Bakı şəhər İcra hakimiyyəti başçısının 1999-cu il 5 oktyabr tarixli, 961 nömrəli sərəncamının qüvvəsinin dayandırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Öz səlahiyyətlərini aşaraq, Bakı şəhərində mənzil-kommunal xidməti tariflərini əsassız olaraq artırdığı üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il 5 oktyabr tarixli, 961 nömrəli sərəncamının qüvvəsi müəyyən olunmuş qaydada ləğv edilənə qədər dayandırılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 2 mart 2000-ci il

  № 28

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1149.