Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin

 

digər materialların uçotu, mühafizəsi istifadəsi

 

QAYDALARI

 

 

I. Azərbaycan Respublİkasının Dövlət kİtabxana fondları

 

 1.1. Azərbaycan Respublikasının Dövlət kitabxana fondları kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir.

 1.2. Azərbaycan Respublikasının Dövlət kitabxana fondu dövlət mülkiyyətidir.

 

II. Dövlət kİtabxana fondlarının uçotu

 

 2.1. Kitabxana fondlarının uçotu fondun qorunub saxlanmasını, ondan istifadə edilməsini, fonda daxil olan çıxarılan çap məhsullarını, fondun ümumi miqdarını, məzmununa görə bölgüsünü özündə əks etdirməlidir.

 2.2. Fondun qorunmasına nəzarət, onun bir işçidən başqasına təhvil verilməsi, yoxlanması, statistik hesabatın aparılması uçot sənədləri əsasında həyata keçirilir.

 2.3. Fondun uçotu aşağıdakı proseslərdən ibarətdir: ədəbiyyatın qəbulu, ona ştamp vurmaq, ədəbiyyatın qeydə alınması, həmçinin fonddan çıxarılması, fondun hərəkətinin nəticələrini aşkar etmək onun yoxlanması.

 2.4. Kitab fondlarının uçotu üzrə bütün əməliyyat kitabxananın komplektləşdirmə şöbəsi tərəfindən həyata keçirilir. Kitab fondunun dəyər uçotunu mühasibatlıq aparır.

 2.5. Fondun mühafizə məsələlərinə sosial, fiziki-kimyəvi, bioloji amillər təsir edir. Kitabxana fondlarının mühafizəsini təmin edən müvafiq şərtlərə əməl edilməsi inzibati rəhbər kitabxana işçilərinin, habelə oxucuların müqəddəs vəzifəsi olmalıdır.

 

III. Daxİl olan ədəbİyyatın qəbulu

 

 3.1. Daxil olan bütün çap məhsulları qoşma sənədlə (hesab sənədi, faktura, çekin surəti, akt s.) kitabxananın kitabişləmə şöbəsinə göndərilir. Sənəddə göstərilən yazılarmüəllifin soyadı, sərlövhə, qiymət, nüsxələrin miqdarı yoxlanılır.

 3.2. Daxil olan ədəbiyyat qoşma sənədlə düz gəlməyəndə ya nöqsanlı nüsxələr olduqda ədəbiyyatın qəbuluna məsul şəxsin kitabxananın ictimai təşkilatının nümayəndəsinin iştirakı ilə akt tərtib edilir.

 

 Aktın birinci nüsxəsi kitabxanada saxlanılır daxil olan çap məhsullarının qəbulunda istifadə olunur. İkinci nüsxə ədəbiyyatı göndərən təşkilata verilir ondan çatışmayan, səhvən verilən yaxud nöqsanlı nüsxələrin dəyişdirilməsi tələb olunur.

 

 3.3. Qoşma sənədsiz daxil olmuş çap məhsulları, o cümlədən, təşkilatlar ayrı-ayrı vətəndaşlar tərəfindən bəxşiş verilmiş, yaxud əhalidən toplanmış ədəbiyyat yoxlandıqdan sonra akt tərtib olunur.

 

 3.4. Daxil olan bütün çap məhsullarına dərhal ştamp vurulur. Ştamp 10x40 mm həcmində dördkünc formadan ibarətdir üstündə kitabxananın adı yazılır.

 3.5. Alınmış ədəbiyyat qoşma sənədlə yoxlanıldıqdan, nüsxələrin miqdarı təyin edildikdən ştamp vurulduqdan sonra fərdi ümumi kitaba yazılır.

 

IV. Kİtabxana fondunun uçot kİtabı

 

 4.1. "Kitabxana fondunun uçot kitabı" üç hissədən ibarətdir: 1-ci hissədə fonda daxil olan ədəbiyyat, 2-ci hissədə fonddan çıxarılan ədəbiyyat, 3-cü hissədə isə fondun uçotunun yekunu qeyd edilir.

 4.2. Fonda qoşma sənədlə daxil olan çıxarılan bütün ədəbiyyat fondun uçot kitabının 1-ci 2-ci hissələrinə yazılır. Daxilolma çıxarılma haqqında hər bir qeyd xüsusi sətirdə növbəti sıra nömrəsi ardıcıllığı ilə yazılır. Bu nömrə qoşma sənədə köçürülür.

 4.3. Kitabxana fonduna daxil olan ədəbiyyatın çıxarılması haqqında məlumat 1-dən başlayır çıxarılma səbəbinə baxmayaraq ildən-ilə ardıcıl olaraq davam etdirilir.

 4.4. Kitabxana fondunun uçot kitabının 1-ci 2-ci hissələri yazılarkən tarix, sıra nömrəsi, haradan daxil olması ( ya çıxarılması), qoşma sənədin sayı, ədəbiyyatın miqdarı, onların növlərə məzmununa görə sayı göstərilir.

 4.5. İlin sonunda kitabxananın komplektləşdirmə kitabişləmə şöbəsi fonda daxil olan oradan çıxarılan ədəbiyyatın miqdarını yekunlaşdırır, təzə il üçün fondda saxlanan ədəbiyyatın miqdarını müəyyənləşdirir.

 

V. Kİtab kİtabçaların uçotu

 

 5.1. Kitab kitabçalar nəşrlər üzrə uçot kataloqunda qeyd olunur. Hər bir nəşr üçün kataloqda 75x125 mm həcmində bir kartoçka (qeydiyyat vərəqi) ayrılır. Həmin kartoçkada bu nəşrdən neçə nüsxə alındığı, çıxarıldığı göstərilir.

 5.2. Kartoçkanın üz hissəsində kitabların biblioqrafik təsviri, kitabda qoşma sənəddə göstərilən qiyməti kitaba verilmiş inventar nömrəsi yazılır.

 5.3. Fonda daxil olan hər bir nüsxə üçün bir (növbəti) inventar nömrəsi verilir. Bu nömrə həm uçot kartoçkasında, hər bir nüsxənin titul vərəqində kitab formulyarında yazılır.

 5.4. Çoxcildli əsərlərin bir cildinin bütün nüsxələrinə bir (növbəti) inventar nömrəsi verilir.

 5.5. Nəşrə verilən müəyyən bir inventar nömrəsi kitabların fondda saxlandığı bütün müddət ərzində ona aid olur.

 5.6. Kitabın müəyyən şöbə filiallara aid olduğunu göstərmək üçün şöbənin şərti işarəsi kitabın yarlığında formulyarında kitabın şirәsindәn sonra yazılır.

 5.7. Filial Kitabxanalar əlifba kataloqunun əsas kartoçkasının arxasında bu ədəbiyyatdan neçə nüsxə olduğunu hansı fondlarda saxlandığını qeyd edirlər.

 5.8. Uçot kataloqunda kartoçkaların düzülüşü əlifba kataloqunun tərtibi qaydaları əsasında aparılır. Köməkçi (əlavə, analitik, seriyalı) qısaldılmış təsvirlər tətbiq edilmir. Hər bir yeni nəşrə xüsusi kartoçka tərtib olunur. Kartoçkaların qorunması üçün məsuliyyət kitabxananın komplektləşdirmə kitabişləmə şöbəsi müdirinin üzərinə düşür.

 

VI. Daxİl olan jurnalların uçotu

 

 6.1. Kitabxananın komplektləşdirmə kitabişləmə şöbəsi abunəçilik məlumatları əsasında dövri mətbuatın mərkəzi (ümumi) kartotekasını tərtib edir. Qeyd kartoçkasının (qeydiyyat vərəqi) arxasında alınacaq komplektlərin miqdarı göstərilir.

 6.2. Abunəçiliklə alınan jurnallar bilavasitə kitabxananın bölmələrinə daxil olur. Bu bölmələrdə daxil olan jurnalları qeyd kartoçkasının üz hissəsində qeyd edirlər.

 6.3. Jurnalların qeyd kartoçkaları kitab kitabçalardan ayrı xüsusi əlifba kartotekasında düzülür.

 6.4. Jurnalların mərkəzi kitabxana filiallara daxil olan bütün nömrələri dərhal jurnalların qeyd kartoçkasının müəyyən qrafalarında qeydə alınır onlara ştempel vurulur.

 6.5. Jurnalların qeyd kartoçkaları müəyyən jurnalın bütün nömrələri fonddan çıxarılana qədər mərkəzi kitabxanada filiallarda saxlanılır. Lazım olduqda kartoçkalardan məlumat məqsədi ilə ya dövri məlumat fondunu yoxlamaq üçün istifadə olunur.

 

VII. Dİgər materİalların uçotu

 

 7.1. Başqa növ çap məhsulları materiallar uçot kataloqunda əks etdirilir. Bu kartoçkalar (qeydiyyat vərəqələri) «digər çap məhsulları» ayırıcı altında əlifba sırası ilə kitab kitabçalardan sonra düzülür.

 

VIII. Çıxarılan çap məhsullarının uçotu

 

 8.1. Fonddan ədəbiyyat müvafiq akt əsasında çıxarılır. Hər bir akta yalnız bir səbəb üzrə (köhnəlib, oxucular tərəfindən qaytarılmayıb, cırılıb, başqa səbəblərdən) çıxarılacaq ədəbiyyat daxil olur.

 8.2. Ədəbiyyat çıxarılarkən akt iki nüsxədə tərtib olunur. Çıxarılan ədəbiyyat üçün qəbul olunmuş formada akt tərtib olunur akta əlavə olaraq tərtib edilən siyahıda hər bir nüsxənin qiyməti göstərilir. Çıxarılan ədəbiyyatın qiyməti aktda göstərilən ədəbiyyatın məbləğ miqdarında olmalıdır.

 8.3. Cırıldığına, məzmunca köhnəldiyinə görə oxucular tərəfindən itirilmiş çap məhsullarının çıxarılması üçün tərtib olunan aktları kitabxananın direktoru təsdiq edir. Aktın hər bir nüsxəsində təsdiq olunduğu haqda qeyd kitabxananın möhürü olmalıdır.

 8.4. Müvafiq yaşayış məntəqəsindən köçüb getmiş oxucular tərəfindən qaytarılmayan ədəbiyyatın çıxarılması haqqında tərtib olunan akta ünvan bürosunun bu şəxslərin həqiqətən bu rayondan (şəhərdən) getdiyini təsdiq edən sənəd əlavə olunur.

 8.5. Oxucular tərəfindən itirilmiş ədəbiyyatın əvəzinə alınan çap məhsulları kitabxananın «Oxucular tərəfindən itirilmiş ədəbiyyatın əvəzinə alınan ədəbiyyatın uçotu dəftəri»ndə qeyd olunur. Bu qeydlərin əsasında daxil olan çıxarılan ədəbiyyat haqqındakı akt itirilmiş kitabların formulyarları kitabxananın komplektləşdirmə kitabişləmə şöbəsinə göndərilir.

 

IX. Fondun yoxlanması

 

 9.1. Kitabxana fondu tabe olduğu yuxarı orqanın təyin etdiyi vaxtda, fond üzrə məsul şəxs dəyişdirildikdə, həmçinin təbii fəlakət zamanı yoxlanılır.

 9.2. Fondun yoxlanılması nəzarət talonları əsasında aparılır. Yoxlama qurtardıqdan sonra akt tərtib olunur. Yoxlamanın nəticələri kitabxana şurasında müzakirə olunur kitabxananın tabe olduğu yuxarı orqan tərəfindən təsdiq edilir.

 

X. Kİtabxanalardan İstİfadə qaydaları

 

 10.1. Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.

 

 Kitabxanalardan istifadə qaydaları göstərilən xidmətlər kitabxanaların müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

 

 10.2. Oxucuların kitabxanaya yazılması pasport, yaxud şəxsiyyəti yaşayış yerini təsdiq edən sənəd təqdim etdikdə həyata keçirilir.

 10.3. Oxucuların kitabxanadan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.

 10.4. Oxucu yaşayış yerini, soyadını dəyişdirdikdə, bu barədə kitabxanaya məlumat verməyə borcludur.

 10.5. Oxucular kitabxanadan istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap məhsullarının itirilməsinə yararsız hala salınmasına yol verməməlidirlər.

 

 10.6. Kitabxanalar aşağıdakılara riayət etməlidirlər:

 

 a) oxuculara lazım olan ədəbiyyatın seçilməsində şifahi məsləhət yolu ilə köməklik göstərir, onların kataloqlardan, tövsiyə siyahılarından biblioqrafik materiallardan istifadə etmələri üçün imkan yaradır;

 

 b) fonda daxil olan yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat verir (yeni kitabların sərgisi, yeni daxil olan ədəbiyyatın bülleteni s.).

 

Qeyd.

 

 a) kənd yerlərində yalnız müvəqqəti yaşayan şəxslər sənəd təqdim edirlər;

 

 b) 15 yaşına çatmamış oxucular valideynlərin yaxud tədris müəssisəsinin yazılı xahişi ilə kitabxanaya üzv yazılırlar;

 

 c) 1-8 sinif şagirdləri uşaq kitabxanasından (böyüklər üçün kitabxananın uşaq şöbəsindən) istifadə edirlər. Yaşayış məntəqəsində uşaq kitabxanası (şöbəsi) olmadıqda, məktəblilər böyüklər üçün olan kitabxanalardan istifadə edirlər;

 

 ç) 15 yaşına çatmış şəxslər böyüklər üçün olan kitabxanalardan istifadə etmək hüququna malikdirlər.

 

XI. Kİtabxana fondlarının mühafİzəsİ

 

 11.1. Kitabxana fondlarının mühafizəsi üçün aşağıdakılara riayət edilməlidir:

 

 a) fond orqanlarında hava rejiminə düzgün əməl edilməsinə;

 

 b) oxucuya verilən qaytarılan ədəbiyyatın kitabxanaya daxil olmasının vaxtında uçotu nəzarət;

 

 c) elektrik, istilik, hava, su digər qurğulara, yanğın təhlükəsinə nəzarət;

 

 ç) ədəbiyyatın müxtəlif zərərvericilərdən mühafizəsinə.

 

 11.2. Universal elmi kitabxanalarda fondun etibarlı mühafizəsini təşkil etmək məqsədi ilə əlyazmaları, nadir kitablar xüsusi qiymətli nəşrlər üçün «nadir kitablar fondu», ehtiyat ədəbiyyat üçün mübadilə fondu, az istifadə olunan ədəbiyyat üçün isə depozitar fond yaradılır.

 11.3. Kitabxanalarda olan nadir qiymətli nəşrlər xüsusi rejimdə mühafizə olunur qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilə bilər. Həmin ədəbiyyatın mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1150-1154.