Azərbaycan
Milli Kitabxanasının ƏSASNAMƏSİ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının
Milli Kitabxanası (bundan
sonra — Kitabxana)
Azərbaycanda kitabxana
işi sahəsində
dövlət siyasətini
həyata keçirən,
milli nəşrləri, xarici
ölkələrdə Azərbaycan
haqqında nəşr
olunmuş çap məhsullarını və
Azərbaycan müəlliflərinin
əsərlərini, dünya
əhəmiyyətli nəşrləri,
o cümlədən xarici
dillərdə çap
olunmuş məlumat
daşıyıcılarını toplayıb
mühafizə edən
milli xəzinə və
dövlət kitabsaxlayıcısıdır.
1.2. Kitabxana öz fəaliyyətində Azərbaycan
Respublikası Konstitusiyasını,
«Mədəniyyət
haqqında» və
«Kitabxana işi haqqında» Azərbaycan Respublikasının qanunlarını,
digər
qanunvericilik aktlarını,
Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin
qərar və sərəncamlarını, Mədəniyyət
və Turizm Nazirliyinin əmrlərini,
habelə bu Əsasnaməni rəhbər
tutur.
2. KİTABXANANIN
STATUSU
2.1. Milli kitabxana statusu «Mədəniyyət haqqında»
Azərbaycan Respublikası
Qanununun
32-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən
verilir.
2.2. Kitabxana respublikada tipindən və növündən asılı
olmayaraq bütün kitabxanalar üçün
metodik mərkəzdir.
2.3. Kitabxana ümumi istifadə üçündür.
Kitabxana onun daxili qaydalarından düzgün
istifadə etmək
şərti ilə həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları, habelə
idarə, müəssisə
və təşkilatlara
xidmət edir.
2.4. Kitabxanadan istifadə pulsuzdur. Pullu xidmət ayrı-ayrı (surətçıxarma, bərpaetmə)
xidmət növlərinə
tətbiq olunur.
2.5. Kitabxana hüquqi şəxsdir, onun blankı, ştampı və üstündə adı qeyd olunan
möhürü
vardır.
2. KİTABXANANIN
VƏZİFƏLƏRİ
3.1. Kitabxananın əsas vəzifələri aşağıdakılardır:
kitabxana fondunu
milli dildə, dünya
əhəmiyyətli nəşrlərlə
və digər məlumat daşıyıcıları
ilə maksimum komplektləşdirmək, fondun
qorunmasını müəyyən
olunmuş qaydalara əsasən
həyata keçirmək
və istifadəsinə
nəzarət etmək,
sanitar-gigiyena tədbirlərini,
bərpa və cildləmə
işlərini həyata
keçirmək;
fondun elmi cəhətdən işlənməsini,
kataloq və kartoteka sistemində əks olunmasını təmin
etmək;
kitabxana işinin
avtomatlaşdırılması və kitabxana fondlarının tədricən
müasir informasiya
daşıyıcılarına köçürülməsi,
elektron mübadilə
sistemlərindən (internet) istifadə və milli
fondların həmin
sistemlərdə əks
olunmasını təmin
etmək;
Azərbaycanşünaslığa və elmin ayrı-ayrı sahələrinə dair köməkçi elmi və tövsiyə
biblioqrafik göstəricilər
hazırlamaq, diyarşünaslığa
aid nəşr olunmuş ədəbiyyatın
dövlət uçotqeyd
göstəricilərinin hazırlanmasında
iştirak etmək;
milli çap məhsulunun retrospektiv göstəricilərini
və toplu kataloqunu hazırlamaq;
kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın
aktual problemlərinə
dair başqa kitabxana və
müəssisələrlə birlikdə,
həm də müstəqil olaraq tədqiqat işləri aparmaq, ölkədə kitabxana işinin
inkişafının əsas
istiqamətlərinə dair
proqnoz və layihələri, standartları,
normativ sənədləri
işləyib hazırlamaq;
çap əsərlərindən
və digər informasiya daşıyıcılarından
səmərəli istifadə
etmək məqsədi
ilə
kompleks kitabxana,
biblioqrafiya və informasiya xidməti göstərmək;
elmi və kitabxanalararası abonement vasitəsilə orijinal sənədlərlə, yazılı
arayışlarla
oxuculara differensial
xidmət göstərmək;
idarələrin, müəssisələrin,
təşkilatların, habelə
elmi işçilərin,
xalq təsərrüfatı
mütəxəssislərinin, mədəniyyət
və incəsənət
xadimlərinin respublikanın
sosial-iqtisadi və
mədəni inkişafının
aktual problemlərinə
dair sorğularını
dolğun şəkildə
təmin etmək;
oxuculara və abonentlərə məlumat
və məlumat-biblioqrafiya
xidməti göstərmək;
respublika kitabxana
fondlarının depozitar
mühafizəsini təşkil
etmək;
respublikada mübadilə
fondunun fəaliyyətini
genişləndirmək, dublet
və qeyri-profilli
ədəbiyyatın saxlanılmasını
təmin etmək;
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq
və kitabşünaslıq
sahəsində elmi-tədqiqatların
nəticələrini, öz işinə və respublikanın başqa kitabxanalarının işinə
tətbiq etmək, kitabxanaların
qabaqcıl iş təcrübəsini öyrənmək
və yaymaq;
kitabxana işinə
dair respublika və beynəlxalq elmi konfranslar, seminarlar təşkil etmək,
xarici ölkə
kitabxanalarının təşkil
etdiyi seminar və konfranslarda iştirak etmək;
kitabxanaşünaslığa dair ədəbiyyat və biblioqrafik göstəricilər
tərtib və nəşr etmək.
3.2. Kitabxana vaxtaşırı
öz işi haqqında oxucular (ictimaiyyət) qarşısında
hesabat verir.
3. MİLLİ KİTABXANA
DÖVLƏTİN MİLLİ İRSİDİR
4.1. Milli Kitabxananın fondu və əmlakı milli sərvət
hesab olunur və xüsusi əhəmiyyətli
obyekt kimi dövlət tərəfindən
qorunur.
Hökumətin təklifi
ilə Milli Kitabxana və onun fondları
YUNESKO-nun ümumdünya
mədəni irsi siyahısına daxil edilə bilər.
4.2. Kitabxana fondunda olan qiymətli nəşrlərin üzə
çıxarılması, uçotu, mühafizəsi
ilə
məşğul olur. Kitabxananın fondunda olan qiymətli nəşrlərin dəyəri,
mühafizə dərəcəsi
və
respublikadan çıxarılması
imkanı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
ekspertiza yolu
ilə müəyyən
edilir.
4.3. Kitabxananın fondunda olan milli mədəniyyət
sərvətləri Azərbaycan
Respublikasının
milli mədəniyyət əmlakının
Dövlət Siyahısında
və mədəniyyət
sərvətlərinin mühafizə
siyahısında qeydə
alınır.
4. MİLLİ KİTABXANA
VƏ DÖVLƏT SİYASƏTİ. KİTABXANANIN
HÜQUQLARI
5.1. «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə
müvafiq olaraq
Milli Kitabxananı ləğv
etmək, onun mülkiyyət formasını
dəyişmək qadağandır.
5.2. Kitabxana öz fondunu kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat
orqanları ilə aparılan müvafiq əməliyyatlar, abunə
və bağışlama
yolu ilə komplektləşdirir.
5.3. Kitabxana istifadəyə yararsız hala düşən ədəbiyyatı
müəyyən olunmuş
qaydada
fonddan çıxarır.
5.4. Fiziki və hüquqi şəxslər
tərəfindən kitabxanaya
dəymiş ziyanın
ödənilməsini kitabxana
qanunvericilikdə müəyyən
edilmiş qaydada tələb edir.
5.5. Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün
qanunvericilikdə müəyyən
olunmuş
qaydada torpaq sahəsi verilə bilər.
5.6. «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci
maddəsinə
müvafiq olaraq kitabxana dövlət və qeyri-dövlət nəşriyyat fəaliyyəti
ilə məşğul
olan poliqrafiya
müəssisələri və digər hüquqi şəxslər tərəfindən
buraxılan çap məhsullarından 4 (dörd)
pulsuz
məcburi nüsxə,
Azərbaycan Respublikasında
nəşr olunan bütün qəzet və jurnallardan 2 (iki)
pulsuz məcburi
nüsxə ilə təmin olunur.
5.7. «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə
müvafiq olaraq kitabxananın işçilərinin
əmək haqlarına
müvafiq əlavələr
müəyyən edilir.
5.8. Kitabxana dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən
buraxılan çap məhsullarını
birinci növbədə
almaq hüququna malikdir.
5. KİTABXANANIN
MALİYYƏLƏŞDİRİLMƏSİ
6.1 Kitabxana dövlət büdcəsi, büdcədənkənar
daxilolmalar və qanunvericiliklə qadağan
olunmayan digər
mənbələr hesabına
maliyyələşdirilir.[2]
6.2. Kitabxana hüquqi və fiziki şəxslər tərəfindən
verilmiş, yardım üçün nəzərdə
tutulmuş
valyuta hesabına
malik ola bilər.
6.3. Milli Kitabxana üçün ayrılmış vəsait
kitabxananın sərəncamında
qalır, onun
nizamnamə fəaliyyətini
həyata keçirmək
üçün istifadə
edilir və həmin vəsaitin silinməsinə heç
bir halda icazə verilmir.
6. İDARƏETMƏ
7.1. Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində
fəaliyyət göstərir,
kitabxanaya nazirin əmri ilə təyin olunan direktor rəhbərlik edir.
7.2. Direktorun hüquq və vəzifələrinə
aşağıdakılar daxildir:
qarşıya qoyulmuş
vəzifələrin yerinə
yetirilməsi, kitabxana
əməkdaşlarının ixtisaslarının
təkmilləşdirilməsi üçün
məsuliyyət daşıyır;
nizam-intizam qaydalarına və qanunlara riayət olunmasına, dövlət mülkiyyətinin
qorunmasına şərait
yaradır, kollektivin sosial inkişafında və istehsalat vəzifələrinin yerinə
yetirilməsində kitabxananın
ehtiyatlarından səmərəli
istifadə edir;
kitabxananın adından
hərəkət edir,
mövcud qanunvericilik əsasında kitabxananın
maliyyə
və digər
vəsaitlərdən istifadə
olunması üçün
sərəncam verir;
kitabxananın adından
bank və kredit müəssisələrində maliyyə əməliyyatları
aparır,
müvafiq xəzinə
qurumlarında büdcə
və digər hesabları açmaq və bağlamaq işini həyata keçirir,
müqavilələr bağlayır,
etibarnamələr verir;
əmək qanunvericiliyinə
və mövcud qaydalara əsasən işçiləri işə
qəbul və işdən azad edir;
əmək kollektivinin
qərarı və mövcud qanunvericilik əsasında işçiləri
mükafatlandırır və
intizam məsuliyyətinə
cəlb edir;
direktor müavinlərinin
vəzifə bölgüsünü
aparır;
kitabxananın fəaliyyəti
haqqında kollektiv və oxucular qarşısında hesabat
verir.
7.3. Kitabxananın struktur bölmələri öz işini kitabxana direktorunun təsdiq etdiyi
əsasnaməyə uyğun
qururlar.
7.4. Kitabxananın strukturu Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi
tərəfindən təsdiq
edilir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 6 mart tarixli, 30 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1155-1158.