Azərbaycan Respublikası Elmi-Sahəvi Kitabxanasının

 

NÜMUNӘVİ ӘSASNAMӘSİ

 

1. Ümumİ müddəalar

 

 1.1. Respublika Elmi-Sahəvi Kitabxanası (bundan sonraKitabxana) respublikada elm, texnika, təhsil, mədəniyyət, tibb səhiyyə, kənd təsərrüfatı sahələrində müvafiq icra hakimiyyəti strukturlarının kitabxana şəbəkəsinə məlumat-biblioqrafiya kitabxana xidmətini həyata keçirən elmi-metodik əlaqələndirmə mərkəzidir, vahid elmi-məlumat sisteminə daxildir.

Kitabxana elmi sahəsinə oxucu qruplarına görə ixtisaslaşdırılan, milli xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya informasiya müəssisəsidir, öz profili üzrə kitabxanalararası abonement metodik mərkəz funksiyasını yerinə yetirir.

1.2. Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Mədəniyyət haqqındaKitabxana işi haqqındaAzərbaycan Respublikasının qanunlarını həmin qanunlardan irəli gələn qanunvericilik aktlarını, müvafiq icra hakimiyyəti orqanının qərar, əmr, sərəncam göstərişlərini bu Əsasnaməni rəhbər tutur.

1.3. Kitabxana müvafiq icra hakimiyyəti orqanının tabeliyindədir.

 

 2. Vəzİfələri

 

 2.1. Kitabxana:

 

xidmət etdiyi sahəyə uyğun Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, müvafiq icra hakimiyyəti orqanının qərar, əmr, sərəncam göstərişlərini təbliğ edir, mütəxəssislərə hərtərəfli məlumat-biblioqrafiya kitabxana xidməti göstərir;

mütəxəssislərə məlumat xidmətinin təşkilində elmi idarə müəssisələrlə qarşılıqlı əlaqə saxlayır, oxuculara məlumat-biblioqrafiya xidməti işinin təşkilində kompüter texnikasını tətbiq edir;

kitabxanaşünaslığa biblioqrafiyaşünaslığa dair respublikada aparılan elmi tədqiqat elmi-metodik işlərdə, beynəlxalq miqyasda sahə sahələrarası tədqiqatlarda iştirak edir;

daxil olduğu sistemin kitabxanalarının fəaliyyətini istiqamətləndirmək məqsədi ilə məlumat bankları hazırlanması işində iştirak edir;

“İnternet” sistemi vasitəsilə respublika xarici ölkələrin kitabxanaları, informasiya arasında məlumat-biblioqrafiya kitabxana işini əlaqələndirir;

kitabxana fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu mühafizəsi ilə məşğul olur.

3. Hüquqları

3.1. Kitabxana:

müvafiq icra hakimiyyəti sisteminin kitabxanaları üzrə elmi-metodik mərkəz statusuna malikdir;

müvafiq icra hakimiyyəti sistemindəki kitabxanaların fəaliyyətini öyrənir, metodik köməklik göstərir, təklif tövsiyələr verir, müəyyənləşdirilmiş qaydada onların işi haqqında illik hesabat başqa məlumatlar alır;

kitabxanaların fəaliyyətini gücləndirmək məqsədi ilə onların strukturlarında dəyişikliklər haqqında təkliflər verir;

kitabxana şəbəkəsinin işçilərinin attestasiyadan keçirilməsi işində iştirak edir, onların maddi mənəvi cəhətdən həvəsləndirmə, mükafat fərqlənmə nişanlarına təqdim olunması üçün təkliflər verir;

bazası əsasında ixtisasartırma yenidən hazırlanma kursları təşkil edir;

başqa sistem kitabxanaları, idarələri təşkilatları ilə müəyyənləşdirilmiş qaydada yazışmalar aparır;

müvafiq icra hakimiyyətinin tapşırığı ilə beynəlxalq miqyaslı tədbirlərdə kitabxana, məlumat-biblioqrafiya məsələləri üzrə şəbəkəni təmsil edir;

kitabxana istifadəyə yaramayan hala düşmüş kitabları müəyyən olunmuş qaydada fonddan çıxarır;

fiziki hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini kitabxana qanunvericilikdə müəyyən edilmiş qaydada tələb edir;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 sentyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmişKitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”na uyğun olaraq çap məhsullarının pulsuz məcburi nüsxələrini alır.[6]

4. İşin təşkili

4.1. Kitabxana:

fondun tərkibinin təkmilləşdirilməsini təmin edir;

fondu respublika xarici dövlətlərdə çıxan profilinə uyğun ədəbiyyatla komplektləşdirir;

beynəlxalq kitab mübadiləsini həyata keçirir;

komplektləşdirmə işinə kömək məqsədi ilə sorğu aparatı təşkil edir (komplektləşdirmənin mövzu planı, cari komplektləşdirmənin kartotekası);

çap nəşrlərinin ümumi fərdi uçotunu aparır;

ədəbiyyatı elmi texniki cəhətdən işləyir;

fondu kataloqlaşdırır;

kitab fondunun tərkibinin optimallaşması üzrə aparır, ədəbiyyatı seçir, mövcud qanunvericiliyə uyğun olaraq məzmunca köhnəlmiş istifadəyə yararsız ədəbiyyatı silir, mübadilə fondu üçün ədəbiyyatı ayırır az istifadə olunan kitabları depozitar mühafizəyə verir;

müvafiq icra hakimiyyəti müəssisələrində kitabxana xidmətini həyata keçirir, onların elmi-tədris fəaliyyətinin ixtisas biliklərinin artırılmasına kömək edir;

oxuculara oxu zallarında, abonementdə, səyyar məntəqələrində qiyabi kitabxanalararası abonement (KAA) vasitəsilə xidmət edir;

oxucularla fərdi aparır ədəbiyyat seçməkdə onlara yardım edir;

ədəbiyyatın təbliğində müasir forma metodlardan istifadə edir;

respublikada görkəmli elm xadimlərinin əsərlərinin əlyazmalarının, nadir nəşr nümunələrinin fondunu yaradır;

müvafiq icra hakimiyyətinin əməkdaşlarına, kitabxananın oxucularına informasiya-biblioqrafiya xidmətini təşkil edir;

cari biblioqrafiya kartoteka, biblioqrafik mövzu kartotekaları yaradır;

məlumat-biblioqrafiya işi aparır, oxucuların sorğusuna əsasən şifahi yazılı arayışlar verir;

oxucular arasında kitabxana, məlumat-biblioqrafiya biliklərini təbliğ edir;

fonda daxil olan ədəbiyyatı əhatə edən biblioqrafik vəsaitləri, tövsiyə biblioqrafik göstəriciləri, cari retrospektiv mövzu göstəriciləri hazırlayır təbliğ edir;

elmi-metodik mərkəz kimi rəhbərlik etdiyi kitabxana şəbəkəsinin nəşriyyat fəaliyyətini əlaqələndirir ümumi planını tərtib edir;

metodik rəhbərliyi həyata keçirmək üçün aşağıdakı funksiyaları yerinə yetirir:

müvafiq icra hakimiyyətinin kitabxana şəbəkəsinin strukturunu dəyişdirmək təkmilləşdirmək üçün təkliflər verir;

şəbəkə kitabxanalarının işi haqqında plan hesabatları toplayır, təhlil edir onların fəaliyyətinin xülasəsini hazırlayır;

sistem daxilində qabaqcıl kitabxana təcrübəsini öyrənir, ümumiləşdirir tətbiq edir.

5. İdarəetmə

5.1. Kitabxananın bütün işlərinə direktor başçılıq edir. Direktor aşağıdakı səlahiyyətləri həyata keçirir:

kitabxananı təsisçi, dövlət orqanları, ictimai təşkilatlar, idarə müəssisələrdə təmsil edir, mövcud qanunvericiliyə müvafiq olaraq kitabxananın mülkiyyəti vəsaitlərinə dair sərəncam verir, müqavilə bağlayır, etibarnamə verir;

kitabxana üzrə əmrlər verir, əmək qanunvericiliyinə müvafiq qaydada işçiləri işə qəbul edir işdən azad edir, kitabxana işçilərinə həvəsləndirmə intizam məsuliyyəti tətbiq edir;

plan hesabatları, kitabxana şurasının planını təsdiq edir, vaxtaşırı kitabxananın planını illik hesabatını müvafiq icra hakimiyyətinə təqdim edir;

şöbə bölmə müdirlərini işə qəbul işdən azad edir.

5.2. Direktor onun müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin azad olunurlar.

6. Elmi-metodİk şura

6.1. Şəbəkənin kitabxanalarının işinin elmi-metodik məsələlərini nəzərdən keçirmək üçün məşvərətçi orqan hüququnda elmi-metodik şura yaradılır Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Şuranın tərkibinə direktor (sədr), direktor müavinləri, şöbə müdirləri, kitabxananın xidmət etdiyi sahənin alim mütəxəssisləri, kitabxana şəbəkəsinin nümayəndələri daxil olurlar.

Şuranın tərkibini direktorun təqdimatı ilə müvafiq icra hakimiyyəti təsdiq edir.

6.2. Şuranın tərkibində daimi fəaliyyət göstərən bölmələr yaradılır.

7. Strukturu və malİyyələşdİrİlməsi

7.1. Kitabxananın strukturu ştat cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

7.2. Kitabxana müvafiq icra hakimiyyətinin büdcəsi hesabına maliyyələşdirilir.

Kitabxana fondunu yeni nəşrlərlə komplektləşdirmək, beynəlxalq respublikadaxili kitab mübadiləsini həyata keçirmək məqsədi ilə mübadilə fondu üçün kitab alınmasına büdcədə əlavə vəsait nəzərdə tutulur.

Kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilir bu vəsait müntəzəm olaraq artırılır. Ayrılmış vəsait kitabxananın fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.

7.3. Kitabxana hüquqi şəxsdir, onun möhürü, künc ştampı vardır müvafiq bank hesablarına malikdir.

7.4. Qəbul edilmiş normativlərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı kitabxananı bina, surətköçürtmə çoxaltma texnikası, kompüter, nəşriyyat cildləmə avadanlıqları ilə təmin edir.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1159-1162.