Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş ya tapılmış arxiv sənədlərini aşkar edən ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Milli arxiv fondu haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi ondan istifadə Qaydaları haqqında Əsasnamə;

Arxivlərin, arxiv fondlarının sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması ya məhv edilməsi Qaydası;

Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar;

Aşkar edilmiş ya tapılmış arxiv sənədlərini aşkar edən ya tapan şəxsləri mükafatlandırma Qaydası;

Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydaları;[2]

Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri   A.Rasİzadə

Bakı şəhəri, 6 mart 2000-ci il

№ 32

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1163.