Dövlət arxiv fondunun sənədlərindən istifadə

 

QAYDALARI

 

 

1. Bu sənədMilli arxiv fondu haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi fiziki şəxslərin dövlət arxivlərinin sənədlərindən istifadə qaydalarını müəyyən edir.

2. Dövlət arxiv fondunun sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.

3. Azərbaycan Respublikasının bütün hüquqi fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən, onlara aid elmi məlumat bankından istifadə etmək hüququna malikdirlər.

4. Hüquqi fiziki şəxslərin dövlət arxiv fondunda saxlanılan sənədlər əsasında arxiv arayışları, arxiv sənədlərinin təsdiq olunmuş surətlərini ya arxiv sənədlərindən çıxarışlar almaq hüquqları vardır. Vətəndaşlar dövlət arxivlərinin oxu zalında arxiv sənədlərindən sərbəst surətdə çıxarışlar edə qeydlər götürə bilərlər.

5. Xarici vətəndaşlar Azərbaycan Respublikası dövlət arxiv fondunun sənədlərindən dövlətlərarası müqavilələr ya Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikitərəfli müqavilələr əsasında istifadə edə bilərlər.

6. Tədqiqatçıların dövlət arxiv fondu sənədlərindən istifadəsi Azərbaycan Respublikası dövlət arxivlərinin özü zallarında tədqiqatçıların işləməsi qaydaları ilə müəyyən olunur.

7. Azərbaycan Respublikasının vətəndaşları dövlət arxiv fondunda saxlanılan sənədlərdən səlahiyyətli təşkilatların məktubları əsasında istifadə edə bilərlər. İdarə, təşkilat müəssisənin blanklarında tərtib olunmuş, onun rəhbəri, yaxud elmi katib tərəfindən imzalanmış məktubda arxivə göndərilən tədqiqatçının soyadı, adı atasının adı, vəzifəsi, elmi dərəcəsi, tədqiqat mövzusunun adı, əhatə etdiyi dövr tədqiqatın məqsədi göstərilir.

8. Müstəsna hallarda ayrı-ayrı vətəndaşlar (pensiyaçılar, işləməyənlər s.) şəxsi ərizə əsasında sənədlərdən istifadə edə bilərlər.

9. Xarici ölkələrin vətəndaşları dövlət arxiv fondu sənədlərindən həmin ölkələrin səfirliklərinin ya xarici ölkə idarələrinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Baş Arxiv İdarəsinin ünvanına göndərdikləri məktublar əsasında istifadə edə bilərlər.

10. Tədqiqatçılara oxu zallarında dövlət arxivlərinin direktorları tərəfindən bir ildən çox olmayan müddətə icazə verilir. Əgər tədqiqatçı bir ildən yuxarı oxu zalında arxiv sənədlərindən istifadə edərsə, yeni məktub təqdim etməlidir.

11. Dövlət arxivlərinin oxu zallarında işləməyə buraxılmış tədqiqatçılar müəyyən olunmuş qaydada anket doldurur dövlət arxivlərinin qaydaları ilə tanış edilirlər.

12. Oxu zalında hər tədqiqatçı üçünşəxsi açılır. Buraya tədqiqatçını göndərən idarənin məktubu, tədqiqatçı haqqında qısa məlumat, onun istifadə edəcəyi əsərlərin siyahıları, işlər sənədlərin surətlərini çıxarmaq haqqında sifarişləri daxil edilir.

13. Dövlət arxivlərinin oxu zallarında tədqiqatçılara yalnız onların mövzularına aid olan işlər verilir.

14. Hər gün qurtardıqdan sonra tədqiqatçı sənədləri arxiv elmi məlumat kitablarını oxu zalının işçisinə təhvil verir. Sənədlər qaytarılarkən onlarda çatışmazlıq korlanma halları müşahidə olunarsa, bu barədə akt tərtib olunur. Əgər korlanma tədqiqatçının günahı üzündəndirsə, o, arxiv rəhbərliyi tərəfindən müəyyən edilən müddətdə sənədlərdən istifadə işindən kənarlaşdırılır. Sənədlər oğurlanarsa onlara bilərəkdən düzəlişlər edilərsə, günahkarlar qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər.

15. Dövlət arxivlərinin oxu zallarında işləyən tədqiqatçılar öz mövzuları üzrə sənədlərdən çıxarışlar edə bilər ya öz hesablarına sənədlərdən surətlər çıxarmağı sifariş edə bilərlər.

16. Dövlət arxivinin oxu zalında işləyən zaman tədqiqatçının həmin arxivin sənədlərinin tərkibi, onların axtarılması yolları barədə arxivin mütəxəssislərindən məsləhət almaq hüququ vardır.

17. Arxiv sənədləri elmi əsərlər sənəd nəşrlərində istifadə edilərkən onların saxlandığı arxivin adına, fondun, siyahının, işin vərəqin nömrələrinə mütləq istinad edilməlidir.

18. Arxiv sənədlərindən istifadə edən Azərbaycan vətəndaşları xarici ölkə vətəndaşları arxiv sənədlərinin məzmununda olan məlumatları təhrif etməyə görə məsuliyyət daşıyırlar.

19. Dövlət arxivlərinin sənədlərindən istifadə zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1164-1165.