Aşkar edilmiş ya tapılmış arxiv sənədlərini aşkar edən ya tapan şəxsləri mükafatlandırma QAYDASI

 

1. Bu sənədMilli arxiv fondu haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində onun hüdudlarından kənarda Azərbaycan xalqının tarixinə mədəniyyətinə aid qiymətli arxiv sənədləri aşkar edən ya tapan şəxslərin mükafatlandırılması qaydalarını müəyyən edir.

2. Azərbaycan xalqının tarixinə mədəniyyətinə aid qiymətli arxiv sənələrini aşkar edən ya tapan Azərbaycan Respublikası vətəndaşları, vətəndaşlığı olmayan şəxslər əcnəbilər, o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar tərəfindən bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə (bundan sonraMilli Arxiv İdarəsi) yaxılı ya şifahi surətdə məlumat verilir.[49]

3. Aşkar edilmiş ya tapılmış arxiv sənədləri Azərbaycan xalqının tarixi mədəniyyəti üçün qiymətli sənədini Milli Arxiv İdarəsi tərəfindən müəyyən olunmuş qaydalarla dövlət qeydiyyatına alınaraq daimi mühafizə üçün müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilir.[50]

4. Aşar edilmiş ya tapılmış arxiv sənədlərinin tərkibi məzmunu ilə tanış olan Milli Arxiv İdarəsinin mütəxəssisləri ya dəvət olunmuş ekspertlər aşkar edilmiş ya tapılmış sənədlər, onların xalqımızın tarixi mədəniyyətini öyrənmək sahəsində əhəmiyyəti haqqında ilkin rəylərini bildirirlər.[51]

5. Aşkar edilmiş ya tapılmış arxiv sənədləri Milli Arxiv İdarəsinin mütəxəssisləri ya dəvət olunmuş ekspertlərin təqdimatı ilə Milli Arxiv İdarəsində idarənin dövlət arxiv xidməti təşkilatlarının, habelə arxiv sənədlərinin tarixi elmi əhəmiyyətini qiymətləndirməyi bacaran respublikanın görkəmli tarixçi mütəxəssislərinin mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Ekspert-Qiymətləndirmə Komissiyasının iclasında ətraflı şəkildə baxılaraq səs çoxluğu ilə həmin tarixi sənədlərin dəyəri haqqında qərar qəbul edir. Komissiyanın qərarı tarixi sənədləri sənəd kolleksiyalarını aşkar edən ya tapan şəxsə elan edilir.[52]

6. Xalqımızın tarixinə mədəniyyətinə aid qiymətli arxiv sənədlərini aşkar edən ya tapan şəxsləri həvəsləndirmək məqsədi ilə aşkar edilmiş ya tapılmış sənədlər üçün Ekspert-Qiymətləndirmə Komissiyasının müəyyən etdiyi qiymət tam məbləğində həmin sənədləri aşkar edən ya tapan şəxsə mükafat kimi təqdim olunur.

7. Arxiv sənədlərini aşkar edən ya tapan şəxslərə mükafatlar Milli Arxiv İdarəsi tərəfindən bu üçün büdcədə nəzərdə tutulmuş fonddakı vəsait hesabına ödənilir.[53]

8. Vətənpərvərlik xeyriyyəçilik məqsədi ilə həmin şəxs verilən mükafatdan dövlət xeyrinə imtina edərsə, onu aşkar edən ya tapan şəxsə təşəkkür məktubu yazılır mətbuatda bu barədə məlumat verilir ya hər hansı bir ictimai-siyasi təşkilata bağışlamaq haqqında təşəbbüs qaldırarsa, onda bu məsələ müvafiq əlavə sənədlərlə rəsmiləşdirilir.

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1165-1166.