Gürcüstanın Prezidenti Eduard
Amrosiyeviç Şevardnadzenin "İstiqlal" ordeni ilə
təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Gürcüstan ilə Azərbaycan arasında dostluq və
əməkdaşlıq münasibətlərinin dönmədən
inkişaf etdirilməsində böyük xidmətlərinə,
ölkələrimizin strateji tərəfdaşlığının
genişləndirilməsində dəyərli fəaliyyətinə
görə Gürcüstanın Prezidenti Eduard Amrosiyeviç
Şevardnadze "İstiqlal" ordeni ilə təltif edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 1 mart 2000-ci il
¹ 287
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.965.