Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə QAYDALAR

 

1. Bu sənədMilli arxiv fondu haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq, Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mühafizəsi qaydalarını müəyyən edir.

2. Dövlət mülkiyyətində olmayan arxiv fondları arxiv sənədləri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir.

3. Qeyri-dövlət idarə, təşkilat müəssisələrinin, habelə ayrı-ayrı fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan arxiv fondları arxiv sənəldəri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir həmin təşkilatların ya şəxslərin mülkiyyətidir.

4. Qeyri-dövlət idarə, təşkilat müəssisələrinin fəaliyyəti nəticəsində yaranan daimi mühafizə edilməli olan arxiv sənədlərinin mühafizəsi işi bilavasitə onların özləri tərəfindən həyata keçirilir.

5. Qeyri-dövlət idarə, təşkilat müəssisələri öz arxiv sənədlərini mühafizə etmək üçün əlverişli bina otaqlar ayırmalı, sənədlərin mühafizəsi üçün tam məsuliyyət daşımalı, məsul şəxslər təyin etməlidir.[40]

6. Qeyri-dövlət idarə, təşkilat müəssisələrində arxiv üçün ayrılmış binalar ya otaqlar arxiv sənədlərinin mühafizəsi üçün xüsusi avadanlıqlarla (qəfəslərlə, rəflərlə, seyflərlə, qutularla, qovluqlarla s.) təmin olunmalıdır.[41]

7. Arxiv sənədlərinin mühafizə olunduğu binalar ya otaqlar yanğından mühafizə vasitələri yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilməlidir. Arxiv sənədlərinin mühafizə olunduğu mühafizəxanalarda optimal temperatur (rütubət) sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə olunmalıdır.[42]

8. Dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.

9. Qeyri-dövlət təşkilatlarının arxiv fondları arxiv sənədlərinin Milli arxiv fonduna aid edilməsi həmin sənədlərin dəyərinin ekspertizasından sonra Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları ilə sənədlərin sahibləri arasında bağlanan müqavilə əsasında müəyyən olunur.[43]

10. Qeyri-dövlət təşkilatları onlar üçün yeni qaydalar normativ aktlar hazırlanana qədər arxiv sənədlərin seçilməsi, qaydaya salınması mühafizəsi üçün normativ normativ-metodiki mənbə kimi dövlət idarə arxivləri üçün qüvvədə olan əsas qaydalarından, təlimatlardan, saxlanılma müddətləri göstərməklə nazirlik, dövlət komitələri, idarə, təşkilat, müəssisələrində yaranan arxiv sənədləri üçün nümunəvi siyahılardan sairədən istifadə edə bilərlər.[44]

11. Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçiləri öz fondları arxiv sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ya müvafiq dövlət arxiv xidməti təşkilatlarının sorğusu əsasında məlumat verməyə borcludurlar.[45]

12. Milli arxiv fondunun qeyri-dövlət hissəsi mülkiyyətçilərinin xahişi ilə Azərbaycan Respublikası dövlət arxiv xidməti təşkilatları onların arxivlərinin komplektləşdirilməsi, mühafizəsi istifadəsi işinə qanunvericiliyə uyğun olaraq metodiki köməklik göstərə bilərlər.

13. Azərbaycan Respublikası Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçisi öz arxiv sənədlərini dövlət arxiv xidməti təşkilatlarında mühafizə etmək üçün dövlət mülkiyyətinə verə bilər. Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyət hüququnun dövlətə verilməsi dövlət arxiv xidməti təşkilatı ilə mülkiyyətçi arasında müqavilə əsasında rəsmiləşdirilir lazım gələrsə, orada arxiv sənədlərinin mühafizəsi istifadəsi şərtləri göstərilir.[46]

14. Fiziki şəxs vəfat etdikdə, onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, hüquqi şəxs yenidən təşkil edildikdə isə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun hüquqi varisinə keçir. Hüquqi şəxs ləğv edildikdə ya vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda, onların arxiv sənədləri üzərində mülkiyyət hüququ dövlətə keçir.

Fiziki ya hüquqi şəxsin mülkiyyətində olan arxiv sənədləri üzərində mülkiyyət hüququ digər şəxslərə keçdikdə, bu barədə məlumat fiziki şəxsin vərəsəsi tərəfindən vəfat etmiş fiziki şəxsin yaşayış yeri üzrə, hüquqi şəxsin hüquqi varisi tərəfindən isə yenidən təşkil edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mülkiyyət hüququnu əldə etdiyi andan 30 (otuz) gün müddətində verilməlidir. Hüquqi şəxs ləğv edildikdə, onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası özünün həmin hüquqi şəxsin arxiv sənədlərinin ləğv edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mühafizəyə verilməsini təmin etməli təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatından Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən müəyyən edilmiş formaya uyğun arayış almalıdır. Dövlət arxiv xidməti təşkilatı həmin arayışı arxiv sənədlərinin təhvil verildiyi gün verməlidir.[47]

15. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mühafizəsini müvəqqəti, həmçinin depozitar qaydasında həyata keçirə bilər. Bu cür hallarda sənədlərin dövlət mühafizəsinə verilməsi qaydası şərtləri həmin sənədlərin sahibləri ilə dövlət arxivi arasında bağlanan sazişlə (müqavilə ilə) müəyyən olunur.

16. Bu Qaydaların pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1167-1168.