Azərbaycan Respublikasının
1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin
icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli
Qanunu ilə təsdiq edilmiş Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin icrasını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
6-cı maddəsinin beşinci abzasında nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın dövlət mülkiyyətində olan
torpaq sahələrinin istifadəyə və icarəyə
verilməsi, habelə dövlət ehtiyaclarının təmin
edilməsi məqsədilə geri alınması səlahiyyətlərini
aşağıdakı orqanlar həyata keçirirlər:[1]
qiymətli kənd təsərrüfatı
torpaqlarının (əkin və dincə qoyulmuş torpaqlar,
çoxillik əkmələrin altındakı torpaqlar),
meşə fondu torpaqlarının (meşədə oduncaq və
digər meşə materialları tədarükü istisna
olmaqla), xüsusi qorunan ərazilərin torpaqlarının, yay
və qış otlaqları torpaqlarının (dövlət
mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat
sahibi hüquqi şəxslərə istifadəyə verilməsinə
münasibətdə), müdafiə və təhlükəsizlik
təyinatlı torpaqların istifadəyə verilməsi, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsinin altında olan torpaqların (Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin təklifi əsasında) və sahilboyu 20-50 metrlik
zolağının altında olan torpaqların istifadəyə
və icarəyə verilməsi barəsində - Azərbaycan
Respublikasının Nazirlər Kabineti;[2]
dövlətə məxsus olan hüquqi şəxslərin
istifadəsində olan və ya dövlət obyektlərinin
tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş,
habelə üzərində hüquqi və fiziki şəxslərin
inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaqların (dövlət tərəfindən
yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri
və aqroparklar, habelə turizm və rekreasiya
zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri
üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri istisna edilməklə)
icarəyə və istifadəyə verilməsi, habelə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində yaradılan süni torpaq sahəsinin
icarəyə verilməsi barəsində – Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi;[3]
meşə bitkiləri ilə örtülü olmayan
meşə fondu torpaqlarının meşələrin bərpası
məqsədilə təyinatı üzrə icarəyə və
meşədə oduncaq və digər meşə materialları
tədarükü məqsədilə istifadəyə verilməsi
barəsində – Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Respublikasının Meşə Məcəlləsində nəzərdə
tutulmayan məqsədlər üçün meşə fondu
torpaqlarının icarəyə və istifadəyə verilməsi
qadağandır;[4]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
46-cı maddəsində göstərilən digər dövlət
torpaqlarının istifadəyə və icarəyə verilməsi
barəsində - rayon (şəhər) icra hakimiyyəti
orqanları; [5]
dövlət mülkiyyətində olan torpaqların
dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə
geri alınması barəsində - Azərbaycan
Respublikasının Nazirlər Kabineti;[6]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
6-cı maddəsinin altıncı və on ikinci
abzaslarında, 12-ci maddəsinin 4-cü hissəsində,
16-cı maddəsinin 1-ci hissəsində, 23-cü maddəsinin
5-ci hissəsində, 24-cü maddəsinin 1-ci hissəsində,
38-ci maddəsinin beşinci abzasında (abzasda sadalanan sənədlərin
təsdiq edilməsi hissəsində), 70-ci maddəsinin
3-cü və 5-ci bəndlərində, 75-ci maddəsində
(dövlət ehtiyacları üçün torpaq sahəsi
üzərində mülkiyyət və icarə hüququna
xitam verilməsi hissəsində), 96-cı maddəsinin 8-ci
hissəsində, 99-cu maddəsinin 4-cü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;[7]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
6-cı maddəsinin on beşinci abzasında, 23-cü maddəsinin
4-cü və 6-cı hissələrində, 38-ci maddəsinin
altıncı abzasında (abzasda göstərilən qərarların
qəbul edilməsi hissəsində), 63-cü maddəsinin 1-ci
hissəsində, 64-cü maddəsində, 75-ci maddəsində
(torpaq sahəsindən əvəzsiz istifadə hüququna
xitam verilməsi hissəsində), 80-ci maddəsinin
dördüncü abzasında, 108-ci maddəsinin 2-ci hissəsində
(məhkəmədən kənar torpaq mübahisəsinin həllinə
dair qərarın qəbul edilməsi hissəsində) nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;[8]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
21-ci maddəsinin 1-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
öz səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli
mərkəzi icra hakimiyyəti orqanları həyata
keçirirlər;[9]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
34-cü maddəsinin 8-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
öz səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirirlər;[10]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
38-ci maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
həmin abzasda qadağan edilməsi nəzərdə tutulan
işləri həyata keçirən və ya onların həyata
keçirilməsinə razılıq verən, yaxud belə
işlərə nəzarət edən mərkəzi və
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
46-cı maddəsinin 4-cü hissəsində, 55-ci maddəsinin
ikinci abzasında, 56-cı maddəsinin 1-ci hissəsində,
6-cı hissəsinin birinci abzasında və 8-ci hissəsində
66-cı maddəsinin 1-ci hissəsində, 70-ci maddəsinin
6-cı bəndində, 79-cu maddəsinin 1-ci bəndinin ikinci
abzasında nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanları"nın səlahiyyətlərini fəaliyyət
istiqamətlərinə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus
olan hüquqi şəxslərin istifadəsində olan və
ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş,
habelə üzərində hüquqi və fiziki şəxslərin
inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaqlara (dövlət tərəfindən
yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri
və aqroparklar, habelə turizm və rekreasiya
zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri
üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)
münasibətdə), Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;[11]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
50-ci maddəsinin 4-cü hissəsinin birinci abzasında nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti
hüdudlarında Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər;[12]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
51-ci maddəsinin 3-cü hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərinin öz səlahiyyəti
hüdudlarında dövlətə məxsus olan hüquqi
şəxslərin istifadəsində olan və ya dövlət
obyektlərinin tikintisi layihələşdirilmiş, habelə
üzərində hüquqi və fiziki şəxslər tərəfindən
inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaqlara (dövlət tərəfindən
yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri
və aqroparklar, habelə turizm və rekreasiya
zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri
üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri istisna olmaqla), Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində yaradılan süni torpaq sahəsinin
icarəyə verilməsinə münasibətdə Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər.[13]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
66-cı maddəsinin 2-ci bəndində (əsasında torpaq
üzərində mülkiyyət və torpaqdan daimi istifadə
hüquqları verilən qərarların qəbul edilməsi
hissəsində) nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
öz səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi və
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
66-cı maddəsinin 2-ci (özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin yerləşdiyi
torpaq sahələri istisna olmaqla, qalan torpaq sahələri
üzərində mülkiyyət və torpaqdan daimi istifadə
hüquqlarını təsdiq edən dövlət
aktlarının (şəhadətnamələrinin) verilməsi
hissəsində) və 3-cü (özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin yerləşdiyi
torpaq sahələri istisna olmaqla, qalan torpaqlara münasibətdə)
bəndlərində, 102-ci maddəsinin 4-cü hissəsində
(meşə fondu torpaqları və xüsusi mülkiyyətdə
olan torpaqlar istisna olmaqla, qalan torpaq sahələrinə
münasibətdə− yeni torpaqların mənimsənilməsi,
torpaqların münbitliyinin artırılması tədbirlərinin
həyata keçirilməsi hissəsi istisna olmaqla), 108-ci maddəsinin
2-ci hissəsində məhkəmədən kənar torpaq
mübahisəsinin həllinə dair qəbul olunmuş
müvafiq qərarın icrasına nəzarətin həyata
keçirilməsi hissəsində) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Əmlak Məsələləri
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi Komitəsi həyata
keçirir;[14]
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
66-cı maddəsinin 2-ci (özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin yerləşdiyi
torpaq sahələri üzərində mülkiyyət hüququnu
təsdiq edən dövlət aktlarının (şəhadətnamələrin)
verilməsi hissəsində) və 3-cü (özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin yerləşdiyi
torpaq sahələrinə münasibətdə) bəndlərində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata
keçirir;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
100-cü maddəsinin 1-ci hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti
hüdudlarında Azərbaycan Respublikasının Nazirlər
Kabineti və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi həyata keçirirlər;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
100-cü maddəsinin 2-ci hissəsinin birinci abzasında nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
102-ci maddəsinin 4-cü hissəsində (meşə fondu
torpaqlarına münasibətdə − yeni torpaqların mənimsənilməsi,
torpaqların münbitliyinin artırılması tədbirlərinin
həyata keçirilməsi hissəsində) nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirir.[15]
2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli,
176 nömrəli Fərmanının 1-ci bəndinin
dördüncü abzasına "34-cü maddəsinin 8-ci bəndində"
sözlərindən sonra "38-ci maddəsinin beşinci,
altıncı və doqquzuncu abzaslarında" sözləri əlavə
edilsin; 2-ci bəndinin dördüncü abzasından "50-ci
maddəsinin 4-cü bəndinin birinci abzasında" sözləri
çıxarılsın.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 291
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.972-975