"Azərbaycan Respublikası
Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarının və
sərəncamlarının qüvvədən
düşmüş hesab edilməsi və onlara dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar qərara alıram:
I. Azərbaycan Respublikası Prezidentinin
aşağıdakı fərmanları və sərəncamları
qüvvədən düşmüş hesab edilsin:
1. "Fərdi əmək müqavilələri
(kontraktları) haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 420
nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, № 1, maddə
13, № 2, maddə 113);
2. Kollektiv müqavilələr və sazişlər
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 491 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il,
№ 2, maddə 115);
3. "Kollektiv müqavilələr və sazişlər
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına
əlavələr və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il
29 may tarixli 592 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə
380);
4. "Kollektiv əmək mübahisələrinin həlli
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19 avqust tarixli 748 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1998-ci il,
№ 8, maddə 498).
II. Azərbaycan Respublikası Prezidentinin
aşağıdakı fərmanlarında dəyişikliklər
edilsin;
1. "Əlillərin sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının Əmək Qanunları Məcəlləsinə,
"Əməyin mühafizəsi haqqında" və
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası qanunlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19 avqust tarixli 754 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1998-ci il,
№ 8, maddə 504) 1-ci bəndi çıxarılsın;
2. "Azərbaycan Respublikası əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1999-cu il,
№ 4, maddə 231) 2-ci bəndinin üçüncü
abzasında "166-cı maddəsinin birinci hissəsində"
sözlərindən sonra "177-ci maddəsinin altıncı
hissəsində" sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
№ 292
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, № 3.- S.975-976