Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydaları" təsdiq edilsin. (əlavə olunur)

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əlİyev

Bakı şəhəri, 6 mart 2000-ci il

                 ¹ 293

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.976.