Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi
və ondan istifadə Qaydaları haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının birinci bəndinə uyğun olaraq hazırlanmışdır.
1.2. Azərbaycan Respublikası
Milli arxiv fondunun komplektləşdirilməsi,
mühafizəsi və
ondan istifadə qaydaları bu Əsasnamə ilə müəyyən edilir.
2. Milli arxiv fondunun komplektləşdirilməsi
2.1. Milli arxiv fondunun komplektləşdirilməsi
dedikdə, onun müntəzəm surətdə
ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni və ya tarixi
əhəmiyyəti olan
arxiv sənədləri
ilə tamamlanması nəzərdə tutulur.[3]
2.2. Milli arxiv fondunun komplektləşdirilməsinin
elmi əsaslarını
sənədlərin təsnifat
prinsiplərinin, onların
komplektləşdirmə mənbələrinin
və ekspertizasının
kriteriyə və prinsiplərinin müəyyənləşdirilməsi
təşkil edir.
2.3. Milli arxiv fondunun komplektləşdirilməsinə
rəhbərlik və
nəzarət bilavasitə
Azərbaycan Respublikasının
Milli Arxiv İdarəsi (bundan sonra - Milli Arxiv
İdarəsi) tərəfindən
həyata keçirilir.[4]
2.4. Milli arxiv fondunun komplektləşdirilməsi
işinə aşağıdakı
proseslər daxildir:
- mənbələrin müəyyən edilməsi;
- daimi mühafizə
ediləcək arxiv sənədlərin tərkibinin
öyrənilməsi;[5]
- arxiv sənədlərin
daimi mühafizə üçün dövlət
və qeyri-dövlət
arxivləri arasında
bölüşdürülməsi.
2.5. Milli arxiv fondunun komplektləşdirilməsi
mənbələri ictimai-siyasi,
iqtisadi, elmi, sosial-mədəni, yaxud tarixi əhəmiyyəti olan arxiv sənədlərin
yarandığı dövlət
və qeyri-dövlət
idarə, təşkilat,
müəssisələri və
ayrı-ayrı şəxslərdir.
2.6. Milli arxiv fondunun komplektləşdirilməsi
mənbələri müəyyənləşdirilərkən
aşağıdakı əsas
meyarlar nəzərə
alınmalıdır:
- sənədlərin ali hakimiyyət və idarəçilik sistemində, habelə sahə idarəçilik sistemində yeri və əhəmiyyəti;
- idarənin fəaliyyətinin
yuxarı idarə orqanları sənədlərində
əks olunması dərəcəsi;
- sənədlərin dövlət arxiv xidməti təşkilatlarının
profilinə uyğunluğu.[6]
Sənədlərinin Milli arxiv fonduna
daxil edilməsi məqsədəuyğun sayılan
şəxslər ilk növbədə elm, mədəniyyət və
ictimai həyatın müxtəlif sahələrinin
inkişafındakı rolu
və tarixi əhəmiyyəti nəzərə
alınmaqla müəyyən
edilir.
2.7. Milli arxiv fondunun komplektləşdirilməsi
dövlət arxiv xidməti təşkilatlarının
komplektləşdirilməsi mənbəyi sayılan idarələrin (şəxslərin)
siyahılarına müvafiq
olaraq həyata keçirilir.
Komplektləşdirmə mənbələrinin siyahıları
dövlət arxiv xidməti təşkilatları
tərəfindən hazırlanır
və Milli Arxiv İdarəsi tərəfindən baxılaraq
təsdiq olunur.[7]
2.8. Milli arxiv fondunun sənədləri
bir dövlət arxiv xidməti təşkilatından digər
dövlət arxiv xidməti təşkilatına
yalnız Milli Arxiv İdarəsinin razılığı ilə
verilə bilər.[8]
2.9. Muzeylərin və
kitabxanaların, dini icmaların və ictimai təşkilatların
arxivlərinin Milli arxiv fondunun dövlətə məxsus
hissəsinin sənədləri
ilə komplektləşdirilməsi
qadağandır.
2.10. İdarə, təşkilat
və müəssisələrin
fəaliyyəti nəticəsində
yaranan və Milli arxiv fonduna
daxil olan arxiv sənədləri “Milli arxiv fondu
haqqında” Azərbaycan
Respublikası Qanununun
10-cu maddəsində göstərilən
müddətlər başa
çatdıqdan sonra
daimi mühafizə üçün Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2023-cü il
24 may tarixli 163 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Arxiv fondu sənədlərinin
daimi dövlət mühafizəsinə təhvil
verilməsi qaydası”na
uyğun olaraq müvafiq dövlət arxiv xidməti təşkilatlarına təhvil
verilir.[9]
2.11. Azərbaycan Respublikası
prokurorluq orqanlarının,
habelə Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin,
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin, Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin, Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin, Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin, Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin, Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidmətinin, Azərbaycan
Respublikası Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin
və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi
Dövlət Agentliyinin
arxiv fondlarının
daimi mühafizəsi həmin orqanların özləri tərəfindən
həyata keçirilir.
Geodeziya və xəritəçəkmə, geologiya
və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət,
standartlaşdırma, metrologiya
və hidrometeorologiya üzrə dövlət orqanlarının, Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin elmi müəssisə və təşkilatlarının və
Azərbaycan Milli Elmlər Akademiyasının
arxiv sənədləri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin icazəsi ilə həmin təşkilatlarda
daimi mühafizə olunur. Həmin təşkilatlar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2023-cü il
14 fevral tarixli 47 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Arxiv fondlarının tərkibi
və həcmi barədə məlumatların
verilməsi Forması”na
uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə Milli Arxiv İdarəsinə
hər il üçün növbəti
il yanvar ayının 25-dək məlumat
verməlidirlər. Arxiv
fondlarının tərkibi
və həcmi barədə məlumatların
verilməsi formasının
və müddətinin
pozulması Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsi
ilə müəyyən
edilmiş inzibati məsuliyyətə səbəb
olur.[10]
2.12. Milli arxiv fondunun dövlətə məxsus hissəsi şəxsi mənşəli
arxiv sənədləri
ilə bağışlama
və ya vəsiyyətlə təmənnasız,
yaxud satınalma yolu ilə, habelə arxiv sənədinin sahibinin olmaması, yaxud baxımsız qalmasını
təsdiq edən məhkəmə və ya notarial orqanların
qərarları əsasında
əldə olunan arxiv sənədləri ilə komplektləşdirilə
bilər.[11]
3. Milli arxiv fondunun mühafizəsi
3.1. Milli arxiv fondu sənədlərinin
mühafizəsini təmin
etmək üçün
aşağıdakı tədbirlər
kompleksi həyata keçirilməlidir:
- arxiv sənədlərin
mühafizəsi üçün
optimal şərait yaratmaq;
- arxiv sənədləri
mühafizəxanalarda yerləşdirmək
və onlar üçün topoqrafik göstəricilər hazırlamaq;
- işlərin mühafizəxanalardan
verilməsi qaydalarına
ciddi əməl etmək;
- işlərin mövcudluğu
və fiziki vəziyyətlərini yoxlamaq;
- xüsusi qiymətli
arxiv sənədləri
üçün sığorta
və istifadə fondu yaratmaq;
- arxiv sənədlərin
fiziki-kimyəvi və
bioloji mühafizəsini
təmin etmək.
3.2. Arxiv sənədlərinin
mühafizəsi üçün
optimal şərait yaratmaq məqsədi ilə:[12]
- yeni arxiv binaları tikmək, yaxud köhnə binaları yenidən qurmaq və təmir etmək;
- arxiv sənədləri
mühafizə edilən
mühafizəxanaları yanğından
mühafizə vasitələri
və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz etmək;
- mühafizəxanalarda
optimal temperatur (rütubət),
sanitar-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə
etmək;
- arxiv
sənədlərin mühafizə
edilməsi üçün
xüsusi vasitələrdən
(qəfəslərdən, rəflərdən,
seyflərdən, qutulardan,
qovluqlardan və s.) istifadə etmək.
3.3. Milli arxiv fondu üçün
xüsusi binalar tikilməlidir və ya başqa binalar
arxiv üçün
uyğunlaşdırılmalıdır.
Bu zaman arxiv sənədlərin
qəbulu və mühafizəsi, elmi məlumat aparatı və qeydiyyat sənədlərinin yerləşdirilməsi,
arxiv sənədlərin
mikro və foto surətlərinin çıxarılması, bərpası,
cildlənməsi, çoxaldılması
üçün laboratoriya,
işçilər üçün
otaqlar, arxiv sənədlərdən istifadə
üçün oxu zalı, sərgi zalları və s. nəzərdə tutulmalıdır.[13]
3.4. Mülkiyyət formasından
asılı olmayaraq,
Milli arxiv fonduna daxil olan sənədlər,
onların mühafizəsini,
üzərində nəzarəti
təmin etmək və miqdarı haqqında lazımi məlumat almaq məqsədi ilə onlar Milli Arxiv İdarəsi tərəfindən
dövlət qeydiyyatına
götürülürlər.[14]
4. Milli arxiv fondundan istifadə
4.1. Dövlət arxiv xidməti təşkilatlarında
mühafizə edilən
Milli arxiv fondu sənədlərindən
ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə
vətəndaşların hüquqi
və qanuni mənafelərini təmin
etmək üçün
istifadə edilir.[15]
4.2. Azərbaycan Respublikasında
bütün hüquqi
və fiziki şəxslər dövlət
arxiv xidməti təşkilatlarında mühafizə
edilən Milli arxiv fondunun dövlətə məxsus hissəsindən
istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən
asılı olmayaraq, dövlət arxivlərində
saxlanılan sənədlərdən
istifadə qaydaları
Azərbaycan Respublikasının
Nazirlər Kabineti və ya onun
tapşırığı ilə Baş Arxiv İdarəsi tərəfindən müəyyən
olunur.[16]
4.3. Dövlət arxivlərində
mühafizə olunan
Milli arxiv fondunun dövlətə məxsus
hissəsinin sənədlərindən
istifadənin təşkili
işinin forma və metodları Baş Arxiv İdarəsi tərəfindən müəyyən
edilir.[17]
Milli arxiv fondunun qeyri-dövlət hissəsinin
sənədlərindən mövcud
qanunvericiliyin pozulmaması
şərti ilə onların mülkiyyətçilərinin
müəyyən etdiyi
qaydalarla istifadə olunur.
4.4. Dövlət arxiv xidməti təşkilatları
onlarda mühafizə edilən arxiv sənədləri əsasında
idarə, təşkilat
və müəssisələrə
arxiv sənədlərin
surətini və ya arxiv sənədlərdən
çıxarışları, vətəndaşlara isə
onların hüquqi və qanuni mənafelərini təmin
edəcək sosial-hüquqi
xarakterli məlumat daşıyıcısı olan
arxiv arayışı,
yaxud arxiv sənədlərdən çıxarışları
verir.[18]
4.5. Dövlət arxiv xidməti təşkilatları
onlarda mühafizə edilən arxiv sənədləri əsasında
hüquqi və fiziki şəxslərin sorğularına cavab verir, sərgilər təşkil edir, media subyektləri üçün
materiallar hazırlayır,
arxiv sənədləri
və sənəd kolleksiyaları əsasında
sənəd külliyyatları
hazırlayaraq nəşr
etdirir və arxiv sənədlərdən
istifadə sahəsində
digər tədbirləri
həyata keçirir.[19]
4.6. Dövlət arxiv xidməti təşkilatlarından
arxiv sənədləri
yalnız müstəsna
hallarda müvəqqəti
istifadə üçün
idarə, təşkilat
və müəssisələrin
yazılı sorğusu
əsasında verilə
bilər. Həmin işlərin qəbulu və geri qaytarılması
müddəti mütləq
müvafiq aktlarla rəsmiləşdirilir.[20]
Şəxsi arxiv sənədləri müvəqqəti
istifadə üçün
yalnız onların sahibinin yaxud varislərinin icazəsi ilə verilə bilər.
4.7. Vətəndaşların şəxsi
və ailə həyatı haqqında informasiya daşıyıcıları
olan arxiv sənədlərinin istifadə
edilməsinə, qanunvericilikdə
başqa hal nəzərdə tutulmayıbsa,
həmin sənədlərin
yaranmasından 75 il sonra
və ya şəxsin vəfatından
30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə,
həmin şəxsin
doğum tarixindən
110 il sonra icazə verilir. Bu müddətdən
tez həmin sənədlərdən istifadəyə
yalnız qanunvericiliklə
nəzərdə tutulmuş
hallarda icazə verilir. [21]
Tərkibində dövlət
sirri olan arxiv sənədlərindən
istifadəyə, onların
məxfiləşdirildiyi gündən
məxfi məlumatlar üçün 10 ildən,
tam məxfi məlumatlar
üçün 20 ildən,
xüsusi əhəmiyyətli
məlumatlar üçün
30 ildən, məxfilik
dərəcəsindən asılı
olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat,
əməliyyat-axtarış fəaliyyətini həyata
keçirən orqanların
əməkdaşı olmasını
və ya bu orqanlarla konfidensial
əsaslarla əməkdaşlıq
edən, yaxud əməkdaşlıq etmiş
şəxslərin şəxsiyyətini
müəyyən etməyə
imkan verən məlumatlar üçün
75 ildən sonra icazə verilir. Həmin müddətlər
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyanın
rəyi ilə uzadıla bilər.[22]
4.8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası
Qanununa müvafiq olaraq, hüquqi və fiziki şəxslər dövlət
arxiv xidməti təşkilatlarının oxu
zallarında Milli arxiv fondunun dövlətə məxsus
hissəsinin sənədlərindən
və onlara aid elmi məlumat
aparatından istifadə
edə bilərlər.[23]
Milli arxiv fondunun qeyri-dövlət hissəsinin sənədlərindən
isə onların mülkiyyətçilərinin razılığı ilə
istifadə edilə bilər.
4.9. Dövlət arxiv
xidməti təşkilatları
sosial-hüquqi xarakterli
sorğuların icrasından
başqa vətəndaşların
arxiv sənədləri
əsasında sorğularını
yerinə yetirməyə
borclu deyildir. Arxivlər vətəndaşlara
yalnız onları maraqlandıran məlumatların
mühafizə edildiyi
müvafiq arxiv fondlarının yerləri
haqqında məlumat verir və arxiv
sənədlərdən istifadə
qaydaların izah edir.[24]
4.10. Arxiv sənədlərindən
(siyasi, iqtisadi, elmi və sosial-mədəni
məqsədlərlə) istifadə
üçün dövlət
arxiv xidməti təşkilatlarında oxu
zalları fəaliyyət
göstərir.
Tədqiqatçıların dövlət arxiv xidməti təşkilatlarının
oxu zallarında arxiv sənədlərdən
və onlar üçün elmi məlumat aparatından istifadə qaydaları Azərbaycan Respublikası
dövlət arxiv xidməti təşkilatları
oxu zallarının iş qaydaları ilə müəyyən olunur.[25]
4.11. Milli arxiv fondu sənədlərindən
istifadə qaydalarının
pozulması Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsi
ilə müəyyən
edilmiş inzibati məsuliyyətə səbəb
olur.[26]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1170-1174.