Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin kolleksiyaların xaricə müvəqqəti aparılması

 

QAYDASI

 

 

1. Bu sənədMilli arxiv fondu haqqındaAzərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi fiziki şəxslər tərəfindən arxiv sahəsində beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənədlərinin kolleksiyalarının orijinal ya onları əvəz edən nüsxələrinin müvəqqəti olaraq xaricə aparılması qaydasını müəyyən edir.

2. Milli arxiv fondu sənədlərinin orijinal ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır.

3. Beynəlxalq əməkdaşlıq məqsədi ilə Milli arxiv fondu sənədlərinin kolleksiyalarının orijinallarını ya onları əvəz edən nüsxələri yalnız müstəsna hallarda müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ya onun vəkaləti ilə hər hansı başqa dövlət arxivi tərəfindən həyata keçirilə bilər.[54]

4. Qeyri-dövlət təşkilatlarında ayrı-ayrı şəxslərdə mühafizə edilən dövlət qeydiyyatına alınmış qiymətli tarixi sənədlər onları qeydiyyata alan təşkilatın təqdimatı sahibinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə müvəqqəti olaraq xaricə aparıla bilər.[55]

5. Milli arxiv fonduna daxil olan müvəqqəti olaraq Azərbaycan Respublikasının xaricə çıxarılacaq arxiv sənədlərinin orijinalı ya onları əvəz edən nüsxələrin tarixi, vərəqələrinin sayı fiziki vəziyyəti göstərilməklə siyahıları tərkib edilməlidir.[56]

6. Milli arxiv fonduna daxil olan müvəqqəti olaraq xaricə aparılacaq arxiv sənədlərinin orijinalları ya onları əvəz edən nüsxələri müəyyən olunmuş qaydada bütün təhlükəsizlik rejimlərinə tam əməl edilməklə ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilər.

7. Milli arxiv fonduna daxil olan müvəqqəti olaraq xaricə aparılmış arxiv sənədlərinin Azərbaycan Respublikasının ərazisinə qaytarıldığı barədə bu işə məsul olan hüquqi fiziki şəxslər arxiv sənədlərinin ölkəyə qaytarıldığı tarixdən ən geci on gün sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı şəkildə məlumat verməlidirlər.

8. Azərbaycan Respublikasının ərazisindən aparılan qaytarılan arxiv sənədlərinin orijinalları ya onları əvəz edən nüsxələrə görə gömrük rüsumları tutulmur.

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1174-1175.