Azərbaycan
Respublikasının Qadın
Problemləri üzrə
Milli Fəaliyyət Planı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının
qoşulduğu "Qadınlara
münasibətdə ayrı-seçkiliyin
bütün formalarının
ləğv olunması
haqqında" Konvensiyanın
və IV Ümumdünya
Qadınlar Konfransında
qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata
keçirilməsi ilə
əlaqədar olaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının
Qadın Problemləri
üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A. Rasİzadə
Bakı şəhəri,
6 mart 2000-ci il
¹ 33
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1175.