Sənaye
mülkiyyəti obyektlərinin
mühafizəsi sahəsində
rüsumların və
ödənişlərin məbləği
və ödənilməsi
Qaydasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası
Prezidentinin "Əmtəə
nişanları və
coğrafi göstəricilər
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" 1998-ci il
19 avqust tarixli, 749 nömrəli və "Patent haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
1998-ci il 19 avqust tarixli, 755 nömrəli Fərmanlarının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Sənaye mülkiyyəti
obyektlərinin mühafizəsi
sahəsində rüsumların
və ödənişlərin
məbləği və
ödənilməsi Qadası"
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Respublikasında
ixtiraların, faydalı
modellərin və sənaye nümunələrinin
patentlənməsi, əmtəə
nişanlarının və
xidmət nişanlarının
qeydiyyata alınması
və mühafizə sənədlərinin qüvvədə
saxlanılması üçün
rüsum alınması
Qaydaları haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1993-cü il 7 iyun tarixli, 286 nömrəli qərarı qüvvədən
düşmüş hesab
edilsin.
3. Bu qərar
2000-ci il mayın 1-dən
tarixdən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Baş naziri A. Rasİzadə
Bakı şəhəri,
6 mart 2000-ci il
¹ 37
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1192-1193.