İş yerlərinin
attestasiyasının keçirilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası
Əmək Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 15 aprel tarixli, 122 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İş yerlərinin
attestasiyasının keçirilməsi Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 6 mart 2000-ci il
№ 38