Azərbaycan
Respublikasının Nazirlər
Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
arasında 1999-cu il üçün Baş Kollektiv Sazişin müddətinin uzadılması,
ona əlavələr
və dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN VƏ AZƏRBAYCAN HƏMKARLAR
İTTİFAQLARI KONFEDERASİYASININ QƏRARI
Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası qərara
alırlar:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının 1999-cu il 8 aprel tarixli,
62 nömrəli qərarı
ilə bağlanmış
Baş Kollektiv Sazişə aşağıdakı
əlavələr və
dəyişikliklər edilsin:
1. Baş Kollektiv
Sazişin preambulasının
dördüncü abzasında
"Kollektiv müqavilələr
və sazişlər haqqında" sözləri
"Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" sözləri
ilə əvəz edilsin.
2. Baş Kollektiv
Sazişin I bölməsinə
yeni 1.5, 1.6, 1.7-ci bəndlər
əlavə edilsin:
"1.5. İqtisadiyyatın yenidən qurulması, məqbul həyat səviyyəsinin saxlanılması
məqsədi ilə,
tərəflər dövlət
iqtisadi proqramlarının
və 2000-ci ilə Azərbaycan Respublikası
Dövlət büdcəsinin
yerinə yetirilməsində
maksimum səy göstərəcəklərini öz öhdələrinə
götürürlər. Bu
aşağıdakı əsas
göstəriciləri əhatə
edəcəkdir:
2000-ci ildə 1999-cu ilə nisbətən ümumi daxili məhsulun 8,0 faizə qədər artımına
nail olmaq;
2000-ci ildə qiymət
siyasəti vasitəsi
ilə inflyasiyanın
artım səviyyəsini
sabit saxlamaq və istehlak qiymətlərinin artımını
2-3 faiz səviyyəsində
məhdudlaşdırmaq;
sənaye istehsalının
artımını 3,0 faizə
çatdırmaq;
kənd təsərrüfatı
məhsulları istehsalının
4,5 faiz artırılmasına
nail olmaq;
əhalinin orta
aylıq əmək haqqının 14-15 faiz artımına nail olmaq;
Dövlət büdcəsinin
kəsirini, ümumi daxili məhsulun 2,5-3 faiz miqdarında məhdudlaşdırmaq;
əmək haqqının
ümumi daxili məhsulda olan xüsusi çəkisini
2000-ci ildə 1999-cu ilə
nisbətən 15-18 faizə
çatdırmaq.
1.6. 2000-ci ildə əhalinin
sanatoriya-kurort müalicəsi
üçün vəsaitin
ayrılması Dövlət
Sosial Müdafiə Fondu ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
qarşılıqlı razılaşması
ilə həyata keçirilsin.
1.7. 2000-ci ildə sosial
sahəyə ümumi
daxili məhsulun 9-11 faizindən az olmayaraq vəsaitin ayrılması təmin olunsun."
3. Baş Kollektiv
Sazişin 2.15 bəndində
"Əməyin mühafizəsi
haqqında" Azərbaycan
Respublikası Qanununun
14-cü maddəsində" sözləri "Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin 212-ci maddəsində" sözləri
ilə əvəz edilsin.
4. Baş Kollektiv
Sazişin 3.5-ci bəndinin
üçüncü abzasında
"Əmək Qanunları
Məcəlləsinin 248-ci maddəsinə uyğun olaraq, sahə (tarif)" sözləri çıxarılsın.
II. Bu qərar Baş Kollektiv Sazişin 3.7-ci bəndində
olan şərtləri
ilə imzalandığı
gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Həmkarlar
İttifaqları
A. Rasizadə Konfederasiyasının sədri S. Mehbalıyev
Bakı şəhəri,
6 mart 2000-ci il
¹ 39
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1219-1220.