Azərbaycan SSR Nazirlər Sovetinin 1954-cü il 14 iyul tarixli, 770 nömrəli 1989-cu il 11 noyabr tarixli, 449 nömrəli qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

 

"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli, 232 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan SSR nazirliklərində, idarələrində yerli hakimiyyət orqanlarında prokurorluğun protest təqdimatlarına baxılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1954-cü il 14 iyul tarixli, 770 nömrəli "Məhkəmə, prokurorluq orqanlarının dövlət notariat kontorlarının işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" SSRİ Nazirlər Sovetinin 1989-cu il 25 oktyabr tarixli, 896 nömrəli qərarı barəsində Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 11 noyabr tarixli, 449 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 15 mart 2000-ci il

                    ¹ 41

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1223.