Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin və ziyanının miqdarının müəyyən edilməsi və ödənilməsi Qaydaları", "Torpaq sahələrinin geri alınması, dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları", "Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).[1]

2. Dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddi sənaye, nəqliyyat, rabitə, istehsal, xidmət, sahibkarlıq və digər məqsədlə fəaliyyət göstərən obyektlərə dair münasibətdə ayrı-ayrılıqda həmin obyektlərin fəaliyyəti üçün zəruri olan texniki, sanitar, mühafizə şərtləri nəzərə alınmaqla onların baş planlarında müəyyən edilmiş torpaq sahəsi, qalan hallarda isə 1 (bir) kvadrat metr qəbul edilir.

3. "Azərbaycan SSR-nin yay və qış otlaqları haqqında Əsasnaməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il 27 oktyabr tarixli, 346 nömrəli qərarı və "Kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin miqdarının müəyyən edilməsi ödənilməsi qaydası və toplanmış vəsaitin təyinatı" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 37 nömrəli qərarı (4-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. Rasİzadə

 

Bakı şəhəri, 15 mart 2000-ci il

                   № 42

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1224.