Kənd
təsərrüfatı və
meşə təsərrüfatı
istehsalı itkilərinin
və ziyanının
miqdarının müəyyən
edilməsi və ödənilməsi
QAYDALARI
I. Kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkilərinin müəyyən
edİlməsi və ödənilməsi
1. Kənd
təsərrüfatı və
meşə təsərrüfatı
ilə əlaqədar
olmayan məqsədlər
üçün kənd
təsərrüfatı və
meşə təsərrüfatı
torpaqlarının geri
alınması, habelə
istifadə sahəsində
hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri
ilə yaranan məhdudiyyətlər nəticəsində
baş verən kənd təsərrüfatı
və meşə təsərrüfatı itkilərini
həmin torpaqları xeyrinə geri alan, habelə obyektlərin ətrafında
mühafizə, sanitariya
və qoruyucu zonalar müəyyənləşdirilərkən
kənd təsərrüfatı
və meşə torpaqlarını dövriyyədən
çıxaran və
ya onları daha az qiymətli
torpaqlara keçirən
hüquqi və fiziki şəxslər ödəyirlər. Həmçinin
hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri
nəticəsində kənd
təsərrüfatı və
meşə təsərrüfatı
yerlərinin keyfiyyəti
pisləşdikdə də
kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkiləri onlar tərəfindən kompensasiya
edilir.
2. Kənd
təsərrüfatı torpaqlarının
qeyri-kənd təsərrüfatı
məqsədləri üçün
geri alınması müqabilində yeni torpaqların kənd təsərrüfatı dövriyyəsinə
cəlb edilməsinin normativ qiyməti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 23 iyul tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş Kadastr qiymət rayonları və yarımrayonları üzrə
torpaqların normativ qiymətinin 20 faizi həcmində qəbul edilir.
3. Meşə
fondu torpaqlarının
geri alınması ilə əlaqədar meşə təsərrüfatına
dəyən zərərin
və itkilərin ödənilməsi qaydası
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə tənzimlənir.
4. Kənd
təsərrüfatı ilə
əlaqədar olmayan məqsədlər üçün
kənd təsərrüfatı
təyinatlı torpaqlar
geri alındıqda, xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər tərəfindən
torpağın ayrılması
barədə qərar
qəbul edildiyi gündən 2 ay müddətində ayrılmış
kənd təsərrüfatı
təyinatlı torpaqların
müqabilində itkilərin
ümumi dəyəri
Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin xüsusi
hesabına keçirildikdən
sonra həmin sahələrdən istifadə
hüququna icazə verilir.[2]
5. Azərbaycan
Respublikası İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin
xüsusi hesabına yığılan vəsait
aşağıdakı işlərin
yerinə yetirilməsinə
yönəldilir:
suvarma
sistemlərinin və mənbələrinin tikintisinə
və yenidən qurulmasına, kənd təsərrüfatına yararlı
torpaqların daşqın
və sel sularından mühafizəsinə;
tarlalararası
yolların təmirinə
və yeni dövriyyəyə verilmiş
torpaqlara yolların çəkilişinə;
tarlaqoruyucu
meşə zolaqlarının
yaradılmasına, yararsız
torpaq sahələrində
meşələrin salınmasına,
dərə və yarğanların bərkidilməsinə,
erroziyaya qarşı hidrotexniki qurğuların
tikintisinə;
az məhsuldar kənd təsərrüfatı torpaqlarında
torpağın münbit
qatının yaxşılaşdırılmasına,
səth sularının
kənara axıdılmasına,
toplanmış münbit
torpaq qatının digər sahələrə
daşınmasına və
yayılmasına, sahələrin
münbitliyinin artırılması
üçün üzvi
və mineral gübrələrin, habelə
əhəng materiallarının
alınmasına, saxlanılmasına
və torpağa verilməsinə, yeni torpaqların kənd təsərrüfatında mənimsənilməsinə
və onların münbitliyinin artırılması
işlərinin aparılmasına;
suvarma
məqsədi ilə artezian quyularının qazılmasına və suvarma şəbəkələrinin
yaradılmasına;
torpaq
ehtiyatlarının öyrənilməsinə,
onların münbitliyinin
artırılması ilə
bağlı topoqrafiya-geodeziya,
torpaq-geobotanika və başqa layihə-axtarış
işlərinin aparılmasına;
torpaq kadastrının
və monitorinqinin aparılmasına;
kənd təsərrüfatına yararlı
torpaq sahələrində
mədəni-texniki işlərin
aparılmasına (kol-kosdan,
kötüklərdən, daşdan
təmizlənməsinə və sair);
korlanmış torpaqların yenidən yararlı hala salınmasına (rekultivasiya
olunmasına).
6. Kənd təsərrüfatı istehsalı
itkilərinin ödənilməsi
ilə əlaqədar
daxil olmuş vəsaitdən Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin razılığı
əsasında başqa
məqsədlər üçün
də istifadə oluna bilər.
II. Torpaq mülkİyyətçİlərİnə,
İstİfadəçİlərİnə
və İcarəçİlərİnə
vurulan zİyanın müəyyən edİlməsİ
və ödənİlməsİ
7. Torpaq
sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti
tutulması, habelə
torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqlarının məhdudlaşdırılması,
yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin
təsiri ilə torpaqların keyfiyyətinin
pisləşməsi nəticəsində
dəymiş zərər
və əldən çıxmış gəlir
bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
həmin torpaq sahələrini əldə
etmiş, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və
icarəçilərinin hüquqlarının
məhdudlaşdırılmasına, yaxud həmin torpaqların keyfiyyətinin
pisləşməsinə səbəb
olan hüquqi və fiziki şəxslər tərəfindən
ödənilir.
8. Meşə
fondu torpaqlarının
geri alınması ilə əlaqədar meşə təsərrüfatına
dəyən ziyanın
ödənilməsi qaydası
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir.
9. Torpaq
mülkiyyətçilərinə, istifadəçilərinə və
icarəçilərinə vurulan ziyan və
əldən çıxmış
gəlir yerli icra hakimiyyətinin və ya bələdiyyənin
təşkil etdiyi qiymətləndirmə komissiyası
tərəfindən torpağın
geri alındığı
vaxtda qüvvədə
olan bazar qiyməti ilə hesablanır və qiymətləndirmə komissiyasının
aktı müvafiq yerli icra hakimiyyəti
və ya bələdiyyə tərəfindən
təsdiq edilir.
10. Xeyrinə
torpaq alan hüquqi və fiziki şəxslər torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
dəymiş ziyanı
və əldən çıxmış gəliri
torpaqdan istifadə edilməsinə və ya tikintiyə başlanmasına 3 ay qalmış ödəməlidir.
11. İtkilərin, ziyanın və əldən çıxmış gəlirin ödənilməsinə dair mübahisələr məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1225-1227.