Torpaq sahələrinin geri alınması dövlət ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması onlara baxılması[3]

 

QAYDALARI

 

Ümumİ müddəalar

 

 Bu Qaydalar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahələrinin geri alınması dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması onlara baxılması qaydalarını tənzimləyir.[4]

 1. Torpaq sahələrinin geri alınması ayrılması haqqında vəsatətə baxmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq sahəsinin geri alınması ayrılması haqqında vəsatət qaldıran aidiyyəti orqanların hüquqi fiziki şəxslərin (sifarişçinin) nümayəndələrinin bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər torpaq şöbələri hazırlayırlar.[5]

 2. Sənaye obyektlərinin tikintisi dəmir avtomobil yollarının, elektrik rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə kənd təsərrüfatı meşə təsərrüfatı istehsalı ilə əlaqədar olmayan ehtiyaclar üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələrdən, yaxud meşəbitmə şəraitinə görə yararsız ya az yararlı sahələrdən ayrılır.

 3. Faydalı qazıntıların hasilatı üçün tikinti işlərinə torpaq sahələrinin ayrılması yerin təki haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 4. Elektrik rabitə xətləri, digər xətti kommunikasiyalar başlıca olaraq yollar, kanallar, mövcud xətlər boyunca çəkilir kənd təsərrüfatı işlərinin aparılmasına maneçilik törətməməlidir.

5. Dövlət ya bələdiyyə mülkiyyətində olan fiziki hüquqi şəxslərə istifadəyə verilmiş torpaq sahələri dövlət ehtiyacları üçün torpaq sahələri istifadəçilərinin razılığı olduqda, yerli icra hakimiyyəti orqanı ya bələdiyyənin qərarı əsasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə geri alına bilər. Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması yerli icra hakimiyyəti orqanının ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. [6]

6. Hüquqi ya fiziki şəxslərin mülkiyyətində olan onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması şərtləri halları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 7. Qeyri-kənd təsərrüfatı qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır:

 obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması /layihələşdirilməsi/;

 torpaq sahəsinin ayrılmasının rəsmiləşdirilməsi.

Obyektİn yerləşdİrİlməsİnİn əvvəlcədən razılaşdırılması /layİhələşdİrİlməsi

 8. Torpaq sahələrinin geri alınması dövlət ehtiyacları üçün ayrılmasında marağı olan aidiyyəti orqanlar hüquqi fiziki şəxslər məqsədli təyinatını göstərməklə, torpaq sahəsinin ayrılması haqqında həmin torpağın yerləşdiyi ərazinin yerli icra hakimiyyəti ya bələdiyyə orqanlarına vəsatət göndərirlər.[8]

 Vəsatətə aşağıdakı sənədlər əlavə edilir:

 obyektin layihələşdirilməsi tikintisi nəzərdə tutulan dövlət orqanının qərar ya sərəncamlarından çıxarış;

 obyektin tikintisi üçün tələb olunan torpaq sahəsinin təxmini ölçüsü onun yerləşəcəyi sahənin cizgisi (planı);

 neft qaz istisna olmaqla faydalı qazıntılar çıxarılması üçün torpaq sahəsinin ayrılması tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin rəyi;

 meşə fondundan torpaq sahələri ayrıldıqda həmin sahələrin texniki-müayinə aktı.

 9. Yerli icra hakimiyyəti ya bələdiyyə orqanları torpaq istifadəçilərinin, habelə sifarişçilərin iştirakı ilə vəsatətə 10 gün müddətində baxır. Qaldırılmış məsələnin həllinə razılıq verildikdə sifarişçiyə aşağıdakı sənədlər təqdim edilir:

 torpaq mülkiyyətçisinin, istifadəçisinin icarəçisinin razılığı;[9]

 ayrılması nəzərdə tutulan sahələrin rayon, şəhər torpaq şöbəsi tərəfindən təsdiq edilmiş 1:10000 ya 1:25000 miqyasında planı;

 şəhərlərin qəsəbələrin hüdudu daxilində yerləşən obyektlər üzrə baş plandan memarlıq şəhərsalma xidmətinin rəhbəri tərəfindən təsdiq edilmiş çıxarış;

 yerli icra hakimiyyəti ya bələdiyyə orqanının rəyi.

 10. Sifarişçi təşkilat, həmçinin obyektin yerləşəcəyi sahəni, bir qayda olaraq, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, şəhər qəsəbə hüdudlarında yerləşəcək obyektlərə dair münasibətdəöz səlahiyyətləri daxilində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma Arxitektura Komitəsi, meşə fondu torpaqlarında yerləşəcək obyektlərə dair münasibətdəAzərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, habelə mənafeyinə toxunulan digər hüquqi fiziki şəxslərlə razılaşdıraraq onların rəylərini alır.[10]

11. Torpaq sahələrinin dövlət ehtiyacları üçün ayrılması ilə əlaqədar bu Qaydaların 9 10-cu bəndlərində göstərilmiş sənədlər sifarişçi tərəfindən öz səlahiyyətləri daxilində baxılıb obyektin layihələşdirilməsinə icazə verilməsi üçün müvafiq yerli icra hakimiyyətinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan halda isə 2 nüsxədən ibarət olmaqla müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə (obyektlə əlaqədar sifarişçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ünvanlanmış izahlı məktubu torpaq sahəsinin ayrılması ilə bağlı itkilərin ziyanın habelə qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin ödənilməsinə dair zəmanəti sənədlərə əlavə edilməklə) təqdim edilməlidir.[11]

 Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi həmin sənədlərə 15 gün müddətində baxaraq, öz rəyi ilə birlikdə sənədlərin birinci nüsxəsini müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 Obyektin layihələşdirilməsinə dair icazə verilməsi bir ay müddətində həyata keçirilir.

 12. Yerli icra hakimiyyətləri, bələdiyyələr, Azərbaycan Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən obyektin layihələşdirilməsinə dair verilmiş icazə həmin torpaq sahəsində tikinti işlərinin başlanmasına əsas vermir verildiyi gündən başlayaraq 1 il ərzində etibarlıdır.

 13. Obyektin tikiləcəyi yerin ayrılması nəzərdə tutulan sahənin təxmini ölçüsünün qabaqcadan razılaşdırılması (layihələşdirilməsi) haqqında yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin icazəsi həmin sahədə layihə-axtarış işləri aparmaq bu işləri maliyyələşdirmək üçün əsasdır.

 14. Sututarların olacağı yer su altında qalması nəzərdə tutulan sahələrin təxmini ölçüləri əvvəlcədən hidrotexniki qurğular tikintisinin texniki-iqtisadi cəhətdən əsaslandırılması mərhələsində torpaq mülkiyyətçiləri, istifadəçiləri icarəçiləri ilə razılaşdırılır.

 15. Yay qış otlaqlarından torpaq sahələrinin ayrılması haqqında vəsatət ayrı-ayrılıqda həmin otlağın yerləşdiyi müvəqqəti istifadə üçün təhkim edildiyi yerli icra hakimiyyətlərinə ya bələdiyyələrə göndərilir. Bu halda torpaq ayrılması barədə qərar otlaq sahələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti ya bələdiyyələr tərəfindən torpaq istifadəçilərinin rəyi nəzərə alınmaqla qəbul edilir.[12]

Torpaq sahəsİnİn ayrılmasının rəsmİləşdİrİlməsİ

 16. Torpaq sahəsinin ayrılmasına marağı olan aidiyyəti orqanlar hüquqi fiziki şəxslər (sifarişçi) əvvəlcədən razılaşdırılmış obyektin layihələşdirilməsi qurtardıqdan sonra torpaq sahəsinin ayrılması barədə müvafiq yerli icra hakimiyyətləri ya bələdiyyələr qarşısında vəsatət qaldırırlar.[13]

 Vəsatətə aşağıdakı sənədlər əlavə edilir:

 obyektin yerləşəcəyi sahənin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi) barədə ilkin sənədlər;

 obyektin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi);

 tikintinin təsdiq edildiyi titul siyahısından çıxarış ya tikintinin həyata keçirilməsi üçün zəruri vəsaitin olması barədə sifarişçinin arayışı;

 torpaq ayrılması ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinə, istifadəçilərinə icarəçilərinə vurulacaq ziyanın, qanunvericiliklə nəzərdə tutulmuş digər xərclərin habelə kənd təsərrüfatı meşə təsərrüfatı itkilərinin ödəniləcəyi obyektin layihələşdirilməsi müddətində mənafeyinə toxunulan hüquqi fiziki şəxslərin tikinti ilə bağlı qoyduqları tələblərin yerinə yetiriləcəyi barədə zəmanət məktubu.[14]

 Torpaq sahəsi faydalı qazıntı çıxarmaqdan ötrü tələb olunduqda dağ-mədən işləri üçün müəyyən olunmuş razılıq sənədi, habelə açıq üsulla faydalı qazıntı çıxarılması ya torpağın üst qatını pozmaqla əlaqədar olan tikinti aparılması üçün torpaq ayrıldığı halda, həmin torpaqların rekultivasiyası layihəsi təqdim edilir.

 17. Yerli icra hakimiyyətləri ya bələdiyyələr vəsatətə ona əlavə edilmiş sənədlərə sifarişçinin iştirakı ilə 10 gün müddətində baxaraq:

 

 a) obyektin yerləşdirilməsinin razılaşdırılması barədə ilkin sənədlərdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinin mənafeyinə toxunulan digər hüquqi fiziki şəxslərin qoyduqları şərtlər yerinə yetirildiyi halda, öz səlahiyyətlərinə aid olan sənədləri təsdiq edir qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin hazırlanması üçün qəbul etdiyi qərarın surətini ayrılan torpağın miqyaslı planını müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə təqdim edir;[15]

 b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid olan sənədləri isə aidiyyəti üzrə təqdim etmək üçün yerli icra hakimiyyəti öz qərarı ilə birlikdə iki nüsxədən ibarət olmaqla sifarişçiyə qaytarır.

 18. Sifarişçi yerli icra hakimiyyətindən aldığı sənədləri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin adına izahlı məktubu (vəsatəti) ilə birlikdə iki nüsxədən ibarət olmaqla müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə təqdim edir.

 19. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi sifarişçi tərəfindən təqdim olunmuş sənədləri 20 gün müddətində ekspertizadan keçirir öz rəyi ilə birlikdə sənədlərin birinci nüsxəsini müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 20. Torpaq sahələrinin geri alınması dövlət ehtiyacları üçün ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsi 10 gün müddətində torpaq sahəsinin planının, ölçüsünün hazırlanması, təsdiqi sifarişçiyə təqdim edilməsi üçün müvafiq rayon (şəhər) şöbəsinə göndərir.[16]

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1227-1231.