Örüş, otlaq biçənək sahələrinin istifadəyə icarəyə verilməsi, habelə istifadə edilməsi

 

QAYDALARI

 

I. Ümumİ müddəalar

 

 1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay qış otlaqları, mal-qara düşərgələri köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində istifadəsində mal-qara davarlar olan fiziki hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri köç yolları yalnız təyinatı üzrə istifadə edilir. [19]

2. Yay qış otlaqlarının, örüş biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmişTorpaqların kateqoriyalara aid edilməsi onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçirilir.[20]

 3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

 Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri biçənəklər hüquqi fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları ya müsabiqələri vasitəsilə verilir.[21]

Dövlət mülkiyyətində olan örüş, biçənək, yay qış otlaq sahələrinin icarəyə verilməsiTorpaq icarəsi haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 4. Örüş otlaq sahələrinin biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları bələdiyyələr həyata keçirirlər.[23]

 5. Örüş, otlaq biçənək sahələrinin məhsuldarlığı münbitliyi təbii amillərin təsiri nəticəsində itirilərsə, bu sahələr müvafiq yerli icra hakimiyyəti orqanının ya bələdiyyənin vəsatətinə əsasən dövriyyədən çıxarılaraq konservasiya edilir. Həmin sahələrin sağlamlaşdırılması qaydası müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

 

II. Yay qış otlaqlarının bölünməsi

 

 6. Yay qış otlaqları mülkiyyət formasından asılı olmayaraq heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, yem ehtiyatının artırılması məqsədi ilə istifadə edilir.

 

 7. Yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin vəsatəti, habelə Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında yay qış otlaq sahələrinin inzibati ərazi vahidləri üzrə bölgüsünü Azərbaycan Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.[24]

 

 8. Yay qış otlaq sahələrinin ərazi vahidinin vahidlərinin arasında bölüşdürülməsi zamanı aşağıdakı şərtlər nəzərə alınır:[25]

 

 a) damazlıq heyvandarlıq təsərrüfatlarının bələdiyyə mülkiyyətində olan müəssisələrin yay qış otlaqlarına olan tələbatı;[26]

 

 b)mülkiyyət formasından asılı olmayaraq, fiziki hüquqi şəxslərin yay qış otlaqlarına tələbatı;

 

 c)otlaq sahələrinin yerləşdiyi yer;

 

 ç)otlaq sahəsində müvafiq tikililərin olması;

 

 d)fiziki hüquqi şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan otlaq sahələrində davarların saxlanılması imkanı;

 

 e)davarların sayı;

 

 ə)otlaq sahəsinin tutumu;

 

f)köç yolu ilə mal-qara düşərgəsinin mövcud vəziyyəti.

 

9. Dövlət, bələdiyyə ya xüsusi mülkiyyət formalı təsərrüfatların, eləcə digər fiziki hüquqi şəxslərin yay qış otlaq sahələrinə olan tələbatı haqqında məlumatlar həmin təsərrüfatların yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən öyrənilərək, hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq edilir 10 gün müddətində yay qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına bələdiyyələrə göndərilir.[27]

10. Bu Qaydaların 9-cu hissəsində qeyd olunan siyahılar yay qış otlaq sahələrinin yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti orqanlarına ya bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün müddətində həmin rayon (şəhər) üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin yerli qurumları tərəfindən müvafiq torpaqayırma sənədləri hazırlanır təsdiq edilməsi üçün yerli icra hakimiyyəti orqanlarına təqdim edilir.[28]

 Yerli icra hakimiyyəti orqanları ya bələdiyyələr 15 gün müddətində həmin müraciətə hazırlanmış sənədlərə baxaraq müvafiq qərar qəbul edirlər.

 

 Qərarda aşağıdakılar göstərilir:

 

 a) fiziki hüquqi şəxslərin istifadəsinə ya icarəsinə veriləcək otlaq sahəsinin nömrəsi adı;

 b) otlaq sahəsinin ölçüsü yerləşdiyi ərazi;

 c) sahənin torpaq bitki örtüyünün vəziyyəti;

 ç) həmin torpağın normativ qiyməti (dəyəri) barədə nümunəsi əlavədə göstərilmiş qaiməyə (sertifikata) uyğun olaraq məlumat;

 d) otlağın tutumu su təminatı;

 e) otlaq sahəsində olan müvafiq tikili obyektlərin adı, sayı ölçüsü;

 ə) tikili obyektlərin mövcud istifadəyə yararlılıq vəziyyəti.

 

 11. Yerli icra hakimiyyəti orqanının ya bələdiyyənin sərəncamı ilə ayrılmış otlaq sahəsinin sərhədi yerquruluşu xidməti tərəfindən yerdə (naturada) qoyulduqdan sonra istifadəçi (icarəçi) ilə icarə (istifadə) müqaviləsinin bağlanması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. [29]

 

 12. Otlaq sahəsindən müvəqqəti istifadə icarə müddəti başa çatdıqda, yeni müddət üçün həmin sahənin istifadəsində icarəsində üstünlük hüququ əvvəlki istifadəçiyə icarəçiyə verilir.

 

İcarəyə verilmiş bələdiyyə ehtiyat fondunun örüş biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı ya müsabiqəsi nəticəsində uzadıla bilər. [30]

 

III. Yay qış otlaqlarının istİfadəsi icarəsi

 

 13. Dövlət bələdiyyə mülkiyyətində olan müəssisələrə yay qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir icarə müqaviləsində təsbit olunur. [31]

 Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən humus qatının qalınlığından asılı olaraq hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar otarılması nəzərdə tutulur.

 14. Davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti orqanının ya bələdiyyənin sərəncamı ilə xitam verilir. Əgər belə bir hal bütövlükdə hər hansı inzibati ərazi vahidinin ərazisində baş verərsə, onda otlaqların istifadə edilməyən hissəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təklifi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin razılığı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həmin inzibati ərazi vahidinin istifadəsindən geri alınıb, ehtiyacı olan digər inzibati ərazi vahidinə verilir.[32]

15. Yay qış otlaqlarının istifadəsi icarəsi zamanı inzibati ərazi vahidləri daxilində yaranmış mübahisə barədə müvafiq rayon, şəhər torpaq şöbəsinə müraciət olunur. Torpaq şöbəsində 10 gün müddətində məsələ torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılır konkret təkliflə müvafiq yerli icra hakimiyyəti orqanı ya bələdiyyə qarşısında vəsatət qaldırılır.

16. Yeri icra hakimiyyəti orqanı ya bələdiyyə 15 gün ərzində həmin vəsatətə baxıb müvafiq qərar qəbul edir.

Yay qış otlaqlarının istifadəsində inzibati ərazi vahidləri arasında baş verən mübahisələrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə baxılır həll edilir.[33]

17. Yay qış otlaq sahələrindən istifadəyə görə vergi tutulması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə, icarə haqqının müəyyən edilməsi isə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə tənzimlənir. [34]

 

 

 

IV. Örüş sahələrİnİn bİçənəklərİn İstİfadəsİ İcarəsİ

 

 

 18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində bələdiyyə mülkiyyətində olan örüş sahələri biçənəklər ümumi istifadəyə, dövlət bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir. [35]

 19. Örüş sahələrinin biçənəklərin fiziki hüquqi şəxslərin istifadəsinə ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.

 20. İstifadəyə icarəyə verilmiş örüş sahələrinin biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi sənədlər verilir. [36]

21. Örüş sahələrinin biçənəklərin istifadəyə icarəyə verilməsi bu Qaydaların II III bölmələrinə uyğun olaraq həyata keçirilir.

 

 

 

Yay qış otlaqlarından, örüş sahələrİndən bİçənəklərdən İstİfadədə qanunverİcİlİyə əməl edİlməsİ

 

 

 22. Fiziki hüquqi şəxslər onların istifadəsinə ya icarəsinə verilmiş yay qış otlaq sahələrindən, habelə örüş biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər.

 23. Yay qış otlaqlarını istifadəyə icarəyə götürən fiziki hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq digər mədəni-məişət istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır.

 24. Otlaqların istifadə ya icarə müddəti qurtardıqdan sonra həmin sahə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa istifadəçiyə ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda, tikinti əvvəlki istifadəçi ya icarəçi tərəfindən sökülüb aparılır. [37]

 

 25. Torpaq istifadəçiləri ya icarəçiləri aşağıdakı şərtlərə əməl etməyə borcludurlar:

 

 a) otlaq sahələrindən təyinatı üzrə istifadəyə;

 

 b) otlaq sahələrindəki su mənbəyindən səmərəli istifadəyə onların qorunub saxlanılmasına;

 

 c) otlaq sahələrindəki mərz nişanlarının qorunmasına;

 

 ç) köç yolu mal-qara düşərgəsinin təyinatı üzrə istifadəsinə;

 

 d) yataqlar otlaqlararası xüsusi yollardan istifadə etməyə, lazımsız yol cığırların salınmasına yol verməməyə;

 

 e) otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi riayət etməyə;

 

 ə) otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında otarılmamasına.

 26. Quzuları boğaz heyvanları yaşıl yemlə təmin etmək məqsədi ilə istifadəyə ya icarəyə verilmiş qış otlağının ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi yaşıl yem üçün arpa əkini altında istifadə edilə bilər.

 27. Fiziki hüquqi şəxslərin istifadəsinə ya icarəsinə verilmiş örüş, otlaq biçənək sahələrinin sərhədlərinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının ya bələdiyyənin sərəncamı ilə, inzibati ərazi vahidlərinin arasında bu cür dəyişikliklər müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirilir.

 28. Örüş, otlaq biçənək sahələrinin istifadəçiləri icarəçiləri tərəfindən həmin sahələrin alınıb-satılmasına, ipoteka qoyulmasına, özbaşına dəyişdirilməsinə torpaq qanunvericiliyinin digər tələblərinin pozulmasına yol verilmir.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1231-1235.