“Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Heyvanlar aləmi haqqında” Azərbaycan
Respublikası Qanununun icrasını təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
heyvanlar aləmindən istifadənin xüsusi
razılıq tələb edən növlərinə və
xüsusi razılıq verilməsi qaydalarına aid təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
2. Müəyyən edilsin ki:
- həmin qanunun 6-cı maddəsində nəzərdə
tutulmuş heyvanlar aləminin mühafizəsi və istifadəsi
ilə bağlı hüquq münasibətlərində Azərbaycan
Respublikası adından Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (o cümlədən,
Naxçıvan MR üzrə Naxçıvan MR-nın
Ekologiya və Təbii Sərvətlər Nazirliyi) iştirak
edir;
- həmin Qanunun 8-ci maddəsində nəzərdə
tutulmuş heyvanlar aləminin mühafizəsi və istifadəsi
sahəsində idarəetmə sisteminə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Naxçıvan MR-nın Ekologiya və Təbii
Sərvətlər Nazirliyi daxildir;[1]
həmin Qanunun 15-ci maddəsinin 2-ci, 22-ci maddəsinin
3-cü, 26-cı maddəsinin 2-ci, 43-cü maddəsinin 2-ci
hissələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirir;[2]
həmin Qanunun 17-ci maddəsinin 2-ci hissəsində nəzərdə
tutulmuş ov və balıqçılıq obyektlərinə
aid edilməyən vəhşi heyvanların növləri,
tutulması, vurulması və digər istifadə qaydaları
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir;
həmin Qanunun 34-cü maddəsinin 1-ci hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirir;[3]
həmin Qanunun 43-cü maddəsinin 3-cü hissəsində
nəzərdə tutulmuş heyvanlar aləminin mühafizəsi
və istifadəsi sahəsində dövlət nəzarətinin
həyata keçirilməsi qaydaları, 48-ci maddəsinin
4-cü hissəsində nəzərdə tutulmuş heyvanlar
aləmindən istifadəyə görə ödəmələrin
məbləği, tətbiq edilmə qaydaları və
qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş
ziyanın məbləği və 51-ci maddəsinin 3-cü
hissəsində nəzərdə tutulmuş hallara aid təlimatlar
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.[4]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 294
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.979-980.