Sənaye, nəqliyyat, rabitə digər təyinatlı torpaqların istifadəsi

 

QAYDALARI

 

 

1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində sənaye, nəqliyyat, rabitə digər təyinatlı torpaqların istifadəsi qaydalarını tənzimləyir.

2. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə digər istehsal xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə digər təyinatlı torpaqlar sayılır.

3. Sənaye, nəqliyyat, rabitə digər təyinatlı torpaqların fiziki hüquqi şəxslərin (bundan sonrasifarişçi) istifadəsinə icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.[41]

4. Ayrılmış torpaqdan tam səmərəli istifadə etmək üçün sifarişçi tikiləcək obyektin əsas texniki-iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihəqabağı araşdırmalar aparır. Təqribi hesablamalar əsasında aparılan bu araşdırmalar nəticəsində obyektin təyinatı, istehsalat həndəsi parametrləri, suya, elektrik enerjisinə, istiliyə s. tələbatı, tullantıların həcmi, nəqliyyat kommunikasiyalarına qoşulma ehtiyacı, tikinti üçün ayrılacaq torpaq sahəsinin ölçüləri digər ilkin texniki-iqtisadi göstəricilər müəyyən edilir.

Aparılmış layihəqabağı araşdırmalar nəticəsində sifarişçi tikiləcək obyekt üçün torpaq sahəsinin ayrılmasına dair müvafiq vəsatət hazırlayır.

Torpaq sahəsinin ayrılması haqqında sifarişçinin vəsatətinə yerli icra hakimiyyəti orqanları bələdiyyələr 30 gün müddətində baxır müvafiq qərar qəbul edirlər. Digər təyinatlı torpaqlar «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması razılaşdırılması qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.[43]

5. Sənaye, nəqliyyat, rabitə digər təyinatlı obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma layihəsində yaşayış məntəqələrinin baş planlarında nəzərdə tutulmuş ərazilərdə Dövlət Şəhərsalma Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mənafeyinə toxunulan digər təşkilatlarla razılaşdırılmaqla yerləşdirilməlidir.[44]

6. Layihəqabağı araşdırmalara istinad edərək, sənaye obyektləri üçün ayrılmış torpaq sahəsi istehsalatın nəqliyyat mühəndis xətlərinin əhatədəki müəssisə yaşayış məntəqələri ilə əlaqəli təşkilini, eyni zamanda həmin müəssisənin fəaliyyətinə lazım olan suburaxma, təmizləyici qurğu başqa obyektlərin yerləşdirilməsini təmin etməlidir.

7. Sənaye obyektləri yerləşdirildikdə torpaqdan istifadə daha səmərəli iqtisadi cəhətdən əlverişli olmalı, habelə torpaq istifadəçisinə vurulan ziyan əldən çıxan gəlir ödənilməlidir.

8. Layihələşdirmə zamanı tikiləcək (qurulacaq) obyektlər arasında istifadəsiz torpaq sahəsinin yaranmasına yol verilməməlidir.

9. Sənaye obyektləri yerləşdirilərkən onların arasındakı tələb olunan sanitar yanğından mühafizə məqsədi ilə verilən məsafələr normadan artıq olmamalı kommunikasiya xətləri maksimum qısa olmalıdır.

10. Sənaye müəssisələri texnoloji proseslərlə əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi üçün yaşayış ictimai binalardan sanitar-mühafizə zonası ilə ayrılmalıdır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

11. Sənaye, nəqliyyat, rabitə digər təyinatlı, torpaqların istifadəsi nəticəsində yaranan istehsal tullantıları çirkab suları ilə əlaqədar ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülməli, həmin obyektlərin yerləşəcəyi torpağın 15—20 sm-lik yuxarı (üst) məhsuldar qatı götürülərək az məhsuldar sahələrə köçürülməli planlaşma həllinin texniki-iqtisadi cəhətdən ən əhəmiyyətlisi seçilməlidir.

12. Sənaye, nəqliyyat, rabitə digər təyinatlı obyektlərin yerləşdirilməsi üçün torpaq sahəsinin sərhədləri yerli icra hakimiyyətinin bələdiyyənin müvafiq xidmətləri (memarlıq-tikinti, yerquruluşu) tərəfindən naturada (yerdə) müəyyən edilərək, torpaqdan istifadə hüququna dair müvafiq sənədlə (dövlət aktı, şəhadətnamə) tikinti aparmaq üçün zəruri şərtlərlə birlikdə sifarişçiyə təhvil verilir.

13. Sifarişçiyə mənsub olan torpaq sahəsində yeni təyinatlı obyekt tikintisi aparmaq üçün bu Qaydalara uyğun yenidən razılaşdırmalar aparılmalıdır.

Torpaq sahəsinin ayrılması mövcud istifadədən çıxarılması ilə əlaqədar torpağın qiymətinin, dəyəcək ziyanın əldən çıxacaq gəlirin sifarişçi tərəfindən torpaq sahibinə ödənilməsi qaydası qüvvədə olan normativ hüquqi aktlarla tənzimlənir.

14. Sənaye, nəqliyyat, rabitə digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə əlaqədar texniki-iqtisadi göstəricilərin digər sənədlərin hazırlanması, razılaşdırılması, tərtibatı sair xərclər sifarişçinin vəsaiti hesabına həyata keçirilir. Torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü miqyası ilə bağlı müfəssəl qaydalara yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə sifarişçi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən edilən qaydada xidmət haqqı ödəyir.[45]

15. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində tədbirlər nəzərdə tutulmalı həyata keçirilməlidir.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1237-1238.