"Tender haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

"Tender haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Müəyyən edilsin ki, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 163-6-cı maddəsində "qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmadan, tender keçirilmədən birbaşa müqavilələrin bağlanması" dedikdə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr tarixli 524 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə"də müəyyən edilən qaydanın tələblərinə əməl olunmadan müqavilələrin bağlanması nəzərdə tutulur.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 6 mart 2000-ci il

№ 295

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, № 3.- S.981.