"Özəl tibb fəaliyyəti
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik
aktının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş özəl tibbi praktika ilə məşğul
olmaq üçün zəruri olan tibbi iş stajını və
müvafiq sertifikat alınması qaydasını müəyyən
etsin;
həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş əcnəbilərin və Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul
olması üçün şərtlərini müəyyən
etsin;
həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş özəl tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan şəxslərə
dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin
keçirilmə qaydalarını müəyyən etsin;
həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin ikinci
cümləsində və üçüncü hissəsində,
12-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[1]
bu Fərmanın 2-ci bəndində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərə dair
müvafiq normativ hüquqi aktların işlənib
hazırlanmasını və təsdiq edilməsini təmin
etsin;
öz səlahiyyətləri daxilində "Özəl
tibbi fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında və
13-cü maddəsinin üçüncü hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsinin
birinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;[2]
2.2. həmin Qanunun 13-cü maddəsinin
üçüncü hissəsində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
2.3. həmin Qanunun 4-cü maddəsinin beşinci və
səkkizinci hissələrində, 8-ci maddəsinin ikinci hissəsinin
ikinci cümləsində və üçüncü hissəsində,
9-cu və 12-ci maddələrinin ikinci hissələrində,
16-cı maddəsinin beşinci abzasında nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir; [3]
2.4. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında
“orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi nəzərdə tutulur.[4]
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 296
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.981-982.