“Azərbaycan Respublikasının Ailə
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, 2000-ci il iyunun 1-dək;
qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
115.6-cı və 119.1-ci maddələrində nəzərdə
tutulmuş valideyn himayəsindən məhrum olan və
övladlığa götürülən uşaqların
uçot qaydalarını təsdiq etsin;
həmin Məcəllənin 119.3-cü maddəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikasının
vətəndaşı olan uşaqların övladlığa
götürülməsini arzu edən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
uçotu qaydasını müəyyən etsin;
həmin Məcəllənin 120.2-ci maddəsində nəzərdə
tutulmuş övladlığa götürməyə, qəyyumluğa
və himayəyə imkan verməyən xəstəliklərin
siyahısını təsdiq etsin;
bu fərmanın 2-ci bəndində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə
aid edilmiş məsələlərə dair digər normativ
hüquqi aktların işlənib hazırlanmasını və
təsdiq edilməsini təmin etsin;
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
115.5 və 119.3-cü maddələrindən nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası ailə qanunvericiliyinin
pozulmasına görə məsuliyyət növlərini
müəyyən edən qanunvericilik aktlarının layihələrini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
öz səlahiyyəti hüdudlarında “Azərbaycan
Respublikasının Ailə Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin
13.3-cü maddəsinin ikinci cümləsində (hər
üç halda), 23.3, 25.3, 51.7, 65.5, 68.4-1, 68.6-cı maddələrində,
72.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində,
115.4-cü (birinci halda), 115.7-ci, 116.1, 116.2, 116.4, 116.5 (hər
iki halda), 116.6 (hər iki halda), 116.7-ci maddələrində,
116.8-ci maddəsinin birinci və ikinci cümlələrində,
116.10, 116-1.1, 116-1.3, 116-1.4-cü maddələrində,
116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində,
118.20, 119.1, 131.4, 138-1, 141.7-ci maddələrində, 141.8-ci
maddəsinin birinci və ikinci cümlələrində, 142.1,
142.2.3, 142.3, 142.4 (hər iki halda), 142.5, 142.7, 142.8 (hər iki
halda), 142.9, 142.10, 142.12-142.14, 142-1.1-ci (hər iki halda) maddələrində,
142-1.3-cü maddəsinin birinci cümləsində, 142-1.7,
142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və
ikinci cümlələrində, 143.2, 143.2.5, 143.3, 143.4, 143-1.1,
143-1.2, 143-1.4, 143-2.1–143-2.3, 145.10, 145-1.1.3–145-1.1.5, 145-1.2.1,
145-1.2.3–145-1.2.6 159.1, 159.2 (birinci halda), 161.1, 161.2, 161.4, 162.1 –
162.3, 163.1 – 163.3, 164.3-1, 164.5, 166.1, 166.2-1, 166.3 (hər
üç halda), 166.4 (hər üç halda), 179, 186,
187.1-1, 190.1, 190.2, 193, 194.1 (hər üç halda), 194.2, 194.3
(birinci və ikinci hallarda), 195.1 və 195.2-ci (hər iki halda)
maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;[1]
2.2. həmin Məcəllənin 13.1, 13.5-ci maddələrində,
53.3-cü maddəsinin üçüncü cümləsində,
77, 115.6, 116.2, 119.2, 120.2, 142.2, 160.1, 160.2 və 165-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;[2]
2.3. həmin Məcəllənin 156.2-ci, 159.2-ci (ikinci
halda) və 196-cı maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;[3]
2.3-1. həmin Məcəllənin 13.3-cü maddəsinin
ikinci cümləsində (üçüncü halda), 23.3,
25.3, 65.5, 68.6, 161.4, 162.3, 163.3, 164.5, 166.2-1, 187.1-1, 190.2, 194.1
(üçüncü halda), 194.2 və 194.3-cü (ikinci
halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi nəzərdə
tutulur;[4]
2.4. həmin Məcəllənin 1.4, 1.5, 2.3, 9.1, 9.2,
9.4, 9.5, 16,17, 17.1, 17.2, 17.4, 18, 19.2, 23.1, 23.3, 24.1, 25.3, 44.1,
44.3, 44.5, 65.5, 68.6, 117.1, 118.3, 131.4 (birinci halda), 150.2, 152.2, 156.1,
158.2, 159.1, 159.2, 161.1, 161.2, 162.1, 162.2, 163.1, 163.2, 166.3
(üçüncü halda), 166.4 (ikinci halda), 171, 172.1, 173,
174, 176.1, 176.2, 177, 178.1, 179, 180.1, 182.2, 183 və 185-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan
Muxtar Respublikasının ərazisində Naxçıvan
Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər)
qeydiyyat şöbələri həyata keçirirlər;[5]
2.4-1. həmin Məcəllənin 179, 190.1 və 195.2-ci
(ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan
Muxtar Respublikasının ərazisində Naxçıvan
Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri
nəzərdə tutulur;[6]
2.4-2. həmin Məcəllənin 161.1, 161.2, 162.1,
162.2, 163.1, 163.2, 179 və 186-cı maddələrində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
rayon (şəhər) qeydiyyat şöbələri və Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki
konsulluq idarələri nəzərdə tutulur;[7]
2.4-3. həmin Məcəllənin 159.1, 164.3-1, 166.1,
193 və 195.1-ci maddələrində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və
Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
qeydiyyat şöbələri, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri,
rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə nikahın bağlanmasının,
doğumun və ölümün qeydiyyatı üzrə
rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin
nümayəndəlikləri nəzərdə tutulur;
2.4-4. həmin Məcəllənin 159.2-ci maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
qeydiyyat şöbələri, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin xaricdәki konsulluq idarələri,
rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə nikahın bağlanmasının,
doğumun və ölümün qeydiyyatı üzrə
rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin
nümayəndəlikləri nəzərdə tutulur;
2.5. həmin Məcəllənin 1.4, 2.3, 9.1, 9.2, 9.4,
9.5, 44.1, 156.1, 159.1, 171, 172.1, 173, 174-cü maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini rayon tabeli şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə rayon,
şəhər, şəhər rayonu icra hakimiyyətlərinin
nümayəndəlikləri də həyata keçirirlər;[8]
2.6. həmin Məcəllənin 158.2-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini nikahın
bağlanmasının, doğumun və ölümün
qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə rayon,
şəhər, şəhər rayonu icra hakimiyyətlərinin
nümayəndəlikləri də həyata keçirirlər;[9]
2.7. həmin Məcəllənin 158.3-cü maddəsinin
birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və
Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
qeydiyyat şöbələri, Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri,
rayon tabeli şəhərlərdə, qəsəbələrdə
və kəndlərdə nikahın bağlanmasının,
doğumun və ölümün qeydiyyatı üzrə
rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətlərinin
nümayəndəlikləri fəaliyyət istiqamətlərinə
uyğun olaraq həyata keçirirlər;[10]
2.8. həmin Məcəllənin 10.2-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər;[11]
2.9. həmin Məcəllənin 7, 26.1.1, 26.1.6, 26.2,
44.4, 44.6, 49.4, 51.2, 51.5, 51.6, 53.4, 54.1-54.3, 59.2, 60.3, 61.3, 62.2-ci
maddələrində, 62.3-cü maddəsinin birinci cümləsində
(hər iki halda), 65.2-ci maddəsinin ikinci cümləsində,
63.3, 66.5, 67.3, 68.3, 68.5, 69.4, 71.2, 72.1, 72.2, 73, 73.1, 73.2, 74.3,
75.5, 96.2, 114.1, 114.2, 114.3, 115.1-115.3, 115.7, 116.4, 122.1, 122.4
(birinci halda), 131.4 (ikinci halda), 134.3, 144.2, 145.2, 145.7, 178.2 və
191.2-ci maddələrində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanları həyata keçirirlər;[12]
2.9-1. həmin Məcəllənin 72.2-ci maddəsinin
birinci cümləsində (birinci halda) və ikinci cümləsində,
116.5 (ikinci halda), 116.6-cı (birinci halda) maddələrində
“orqan (qurum)” dedikdə yerli icra hakimiyyətlərinin qəyyumluq
və himayə orqanları nəzərdə tutulur;[13]
2.9-2. həmin Məcəllənin 49.4-cü və
51.2-ci maddələrində müvafiq icra hakimiyyəti
orqanı dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra
hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə
tutulur;
2.10. həmin Məcəllənin 159.1 və 159.2-ci
maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini,
eləcə də Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin xaricdәki konsulluq idarələri həyata
keçirirlər;[14]
2.11. həmin Məcəllənin 63.3-cü maddəsində,
65.2-ci maddəsinin birinci cümləsində, 66.5, 69.4, 114.1,
114.2, 114.3, 115.1, 115.3 115.4 (ikinci halda), 118.3, 118.5–118.8, 118.9 (hər
iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14,
118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8,
119.10, 119-1.1, 122.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5, 131.2,
133, 134.13, 145.7, 155.5-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;[15]
2.11-1. həmin Məcəllənin 68.4-1-ci maddəsində,
72.2-ci maddəsinin birinci cümləsində (ikinci halda),
116.1, 116.2, 116.4, 116.5 (birinci halda), 116.6 (ikinci halda), 116.7-ci maddələrində,
116.8-ci maddəsinin birinci və ikinci cümlələrində,
116.10, 116-1.1, 116-1.3, 116-1.4-cü maddələrində,
116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində,
119.1, 138-1, 142.1, 142.2.3, 142.3, 142.4 (hər iki halda), 142.5, 142.7,
142.8 (hər iki halda), 142.9, 142.10, 142.12–142.14, 142-1.1 (hər iki
halda), 142-1.3, 142-1.7, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci
maddəsinin birinci və ikinci cümlələrində, 143.2,
143.2.5, 143.3, 143.4, 143-1.1, 143-1.2, 143-1.4, 143-2.1–143-2.3, 145.10,
145-1.1.3–145-1.1.5, 145-1.2.1, 145-1.2.3–145-1.2.6-cı maddələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə
tutulur;[16]
2.12. həmin Məcəllənin 118.20-ci və
131.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi nəzərdə tutulur;[17]
2.12-1. həmin Məcəllənin 194.3-cü
(üçüncü halda) maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir;[18]
2.12-2. həmin Məcəllənin 13.3-cü maddəsinin
ikinci cümləsində (birinci və ikinci hallarda),
166.3-cü (birinci və ikinci hallarda), 166.4-cü (birinci və
üçüncü hallarda), 194.1-ci (birinci və ikinci
hallarda) və 194.3-cü (birinci halda) maddələrində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə tutulur;[19]
2.13. həmin Məcəllənin 115.4 və 115.7-ci
maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyi, Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi və yerli icra
hakimiyyətlərinin qəyyumluq və himayə orqanları nəzərdə
tutulur.[20]
2.13-1. həmin Məcəllənin 141.8-ci maddəsinin
ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq
və himayə orqanları nəzərdə tutulur;[21]
2.14. həmin Məcəllənin 166.3-cü (birinci və
ikinci hallarda) və 166.4-cü (birinci və
üçüncü hallarda) maddələrində “orqan
(qurum)” dedikdə Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin tabeliyindəki tibb müəssisələrinə
münasibətdə İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, digər tibb müəssisələrinə
münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə tutulur;[22]
2.15. həmin Məcəllənin 51.7-ci maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi, Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi və
uşaq hüquqlarının müdafiəsi üzrə
komissiyalar qanunvericiliklə müəyyən olunmuş fəaliyyət
istiqamətlərinə uyğun olaraq nəzərdə
tutulur;[23]
2.16. həmin Məcəllənin 166.3
(üçüncü halda) və 166.4 (ikinci halda) maddələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
rayon (şəhər) qeydiyyat şöbələri nəzərdə
tutulur;[24]
2.17. həmin Məcəllənin 195.2-ci (birinci halda)
maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin xaricdәki
konsulluq idarələri nəzərdə tutulur;[25]
2.18. həmin Məcəllənin 13.4-cü maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və
Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki
konsulluq idarələri, rayon tabeli şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə rayon,
şəhər, şəhər rayonu icra hakimiyyətlərinin
nümayəndəlikləri həyata keçirirlər;[26]
2.19. həmin Məcəllənin 141.7-ci maddəsində
və 141.8-ci maddəsinin birinci cümləsində
“orqanın (qurumun) informasiya sistemi” dedikdə himayədar ailəyə
verilmiş uşaqlara, habelə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yerləşdirilənədək – valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlara münasibətdə Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sistemi, digər hallarda isə Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin “Rəqəmsal İcra Hakimiyyəti” portalı nəzərdə
tutulur.[27]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 297
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.983-984.