“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində, 14-cü maddəsinin dördüncü hissəsində, 15-ci maddəsinin birinci və üçüncü hissələrində, 16-cı maddəsinin birinci hissəsində, 18-ci maddəsinin birinci hissəsində və beşinci hissəsində (birinci halda), 19-cu maddəsinin birinci hissəsində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 23-cü maddəsinin beşinci və yeddinci hissələrində, 26-cı maddəsinin dördüncü hissəsində, 29-cu maddəsinin üçüncü, altıncı və yeddinci hissələrində, 30-cu maddəsinin üçüncü hissəsində, 31-ci maddədə, 35-ci maddəsinin ikinci hissəsində, 38-ci maddəsinin birinci və dördüncü hissələrində və 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 23-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması qaydalarını təsdiq etsin;

həmin Qanunun 43-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı qaydası, habelə həmin qeydiyyatı həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin;

öz səlahiyyətləri daxilində "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

[1]2. Müəyyən edilsin ki: [2]

2.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on birinci və iyirminci (ikinci halda) abzaslarında, 5-ci maddəsinin altıncı hissəsində (ikinci halda), 10-1-ci maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində (ikinci halda) və on birinci hissəsində (ikinci halda), 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında, 15-1-ci maddəsinin dördüncü və altıncı hissələrində, 16-cı maddəsinin birinci hissəsində (ikinci halda), 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda), 21-ci maddəsinin üçüncü (ikinci halda) və altıncı (hər iki halda) hissələrində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində və 40-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

 

2.2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və 21-ci maddəsinin altıncı hissəsində (ikinci halda) “orqan (qurum) ” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;[4]

2.3. həmin Qanunun 5-ci maddəsinin üçüncü və beşinci, 6-cı maddəsinin ikinci, 7-ci maddəsinin ikinci və dördüncü, 8-ci maddəsinin üçüncü, 9-cu maddəsinin üçüncü, 10-cu maddəsinin ikinci, 10-1-ci və 11-ci maddələrinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin birinci və səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci hissələrində, 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda), 23-cü maddəsinin dördüncü, 25-ci maddəsinin yeddinci hissələrində, 25-1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 28-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 29-cu maddəsinin doqquzuncu, 35-ci maddəsinin ikinci, 40-2-ci maddəsinin birinci hissələrində və 43-cü maddəsinin beşinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [5]

2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;[6]

2.4. həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yuxarı icra hakimiyyəti orqanının fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti və əsasnamələrinə uyğun olaraq əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 34-1-ci maddəsinin on ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;[7]

2.6. həmin Qanunun 18-ci maddəsinin beşinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.7. həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsində və 25-1-ci maddəsinin ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinin üçüncü abzasında və 25-1-ci maddəsinin ikinci hissəsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.9. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də sərnişin və yük daşımaları sahəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Qanunun 15-1-ci maddəsinin altıncı hissəsində “orqan (qurum)” dedikdə, yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də sərnişin və yük daşımaları sahəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;[8]

2.11. həmin Qanunun 1-ci maddəsinin iyirminci abzasında (birinci halda), 10-1-ci maddəsinin ikinci hissəsində (birinci halda), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində (birinci halda) və on birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini öz balanslarında olan avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;[9]

2.13. həmin Qanunun 1-ci maddəsinin on birinci (dövlət avtomobil yollarına münasibətdə) və iyirminci (balansına verilmiş avtomobil yollarına münasibətdə) abzasında, 5-ci maddəsinin altıncı hissəsində, 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 15-1-ci maddəsinin dördüncü hissəsində, 16-cı maddəsinin birinci hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində, 21-ci maddəsinin üçüncü və altıncı (birinci halda), 22-ci maddəsinin ikinci və dördüncü, 25-ci maddəsinin ikinci, beşinci və altıncı, 40-cı maddəsinin ikinci hissələrində “qurum” dedikdə, habelə Qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət avtomobil yollarına münasibətdə) dedikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur; [10]

2.13-1. həmin Qanunun 1-ci maddəsinin iyirminci abzasında (balansına verilmiş avtomobil yollarına münasibətdə), 5-ci maddəsinin altıncı hissəsində, 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 16-cı maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində “qurum” dedikdə Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;[11]

2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;[12]

2.14. həmin Qanunun 5-ci maddəsinin altıncı (birinci halda), 15-ci maddəsinin üçüncü, 18-ci maddəsinin beşinci (birinci halda), 26-cı maddəsinin dördüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının, 16-cı maddəsinin birinci (birinci halda), 19-cu maddəsinin birinci və 30-cu maddəsinin üçüncü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirir;

2.15. həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, habelə Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;[13]

2.16. həmin Qanunun 31-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (tariflərin razılaşdırılması hissəsində) həyata keçirirlər.

3. Avtomobil yollarında yol göstəricilərinin yerləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[14]

 

 

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

Bakı şəhəri, 10 mart 2000-ci il

                  ¹ 299

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.985-986.