Azərbaycan Respublikası vətəndaşlarının 2000-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 2000-ci ilin aprel-may aylarında ehtiyata buraxılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1982-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1981-ci illərdə doğulmuş, yaşı 27-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2000-ci il aprelin 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2000-ci ilin aprel-may aylarında ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 12 mart 2000-ci il

                 ¹ 300

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.987.