Keçmiş kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat meliorasiya irriqasiya sistemlərinin istismarının təşkil edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

 

"1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 noyabr tarixli, 203 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Keçmiş kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat meliorasiya irriqasiya sistemlərinin 2000-ci il 1 mart tarixindən tədricən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya Su Təsərrüfatı Komitəsinin balansına verilməsi barədə İqtisadiyyat Nazirliyinin, Dövlət Əmlakı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Maliyyə Nazirliyinin Meliorasiya Su Təsərrüfatı Komitəsinin təklifi qəbul edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, rayon (şəhər) icra hakimiyyətləri-aqrar islahatı komissiyalarının sədrləri keçmiş kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş daxili təsərrüfat meliorasiya irriqasiya sistemlərinin tam inventarizasiyasının aparılmasını onların Meliorasiya Su Təsərrüfatı Komitəsinin yerli istismar idarələrinin balansına verilməsini təmin etsinlər.

3. Müəyyən edilsin ki, bu qərarın 2-ci bəndində göstərilən sistemlərin istismarı dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

4. Maliyyə Nazirliyi Meliorasiya Su Təsərrüfatı Komitəsi 2000-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində Meliorasiya Su Təsərrüfatı Komitəsinin balansına veriləcək keçmiş kolxoz, sovxoz digər kənd təsərrüfatı müəssisələrinin balansında olmuş, daxili təsərrüfat meliorasiya irriqasiya sistemlərinin istismarı üçün nəzərdə tutulmuş 9,0 milyard manat vəsaitin tam həcmdə ayrılmasını mәqsәdyönlü istifadəsini təmin etsinlər.

5. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin aqrar-sənaye şöbəsinə həvalə edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 15 mart 2000-ci il

                   ¹ 43

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1239.