Meşə
təsərrüfatı sahəsinə
dair bəzi normativ hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası
Meşə Məcəlləsinin
39-cu maddəsinə uyğun
olaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Dövlət meşə
kadastrı göstəricilərinin
Siyahısı”, ”Meşələrin iqtisadi
qiymətləndirilməsinin Metodikası” və “Dövlət meşə kadastrının aparılması
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Meşələrin dövlət uçotu, dövlət meşə kadastrının aparılması
və dövlət meşə fondu torpaqlarının vəziyyətinə
və istifadəsinə
sahə uçotu barədə” SSRİ Nazirlər
Sovetinin 1982-ci il 8 yanvar tarixli, 17 nömrəli qərarı
haqqında” Azərbaycan
SSR Nazirlər Sovetinin
1982-ci il 15 fevral tarixli, 79 nömrəli qərarı qüvvədən
düşmüş hesab
edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri,
15 mart 2000-ci il
¹ 45
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1241.