Dövlət
meşə kadastrı
göstəricilərinin Sİyahısı
Meşə fondunun
qoruyucu kateqoriyalara aid edilməsi, meşə fondu torpaqlarının qısa
və uzunmüddətli
istifadəyə verilməsinin,
habelə torpaqların
meşə fondundan çıxarılmasının və ya onun
tərkibinə qəbul
olunmasının hüquqi
əsasları;
meşə fondunun
inzibati ərazi üzrə torpaq kateqoriyalarına və meşələrin qoruyucu
kateqoriyalara bölünməsi;
meşə əkinlərinin
vəziyyəti haqqında
məlumat;
meşə ilə
örtülü sahələrin
inzibati ərazi üzrə üstünlük
təşkil edən cinslər və yaş qrupları üzrə bölünməsi;
meşələrin bonitet
sinifləri üzrə
bölünməsi;
meşələrin doluluq
qrupları üzrə
bölünməsi;
meşə fondunun
inzibati ərazi vahidi daxilində idarə olunması üzrə bölünməsi;
meşə fondunun
dövlət uçotunun
məlumatları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il
15 mart tarixli, 45 nömrəli qərarı
ilə TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, № 3.- S. 1241-1242.