Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası

 

 

I. Ümumİ müddəalar anlayışlar

 

 

1.1. Bu Metodika, meşə fondu sahələrindən istifadənin ödənişli olduğunu nəzərə almaqla (kütləvi meşə servitutları istisna olmaqla), meşə bitkilərinin, torpağın, heyvanat aləminin ətraf mühitin, ekoloji, iqtisadi sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdətini təşkil edən meşələrin iqtisadi qiymətləndirilməsini tənzimləyir tələb olunan ilkin məlumatların tərkibini, iqtisadi qiymətləndirmə göstəricilərinin hesablanmasını müəyyən edir.

1.2. Meşələrin iqtisadi qiymətləndirilməsinin nəticələri aşağıdakı məqsədlər üçün istifadə edilir:

dövlət meşə kadastrının iqtisadi hissəsinin təmin edilməsində;

meşə fondu torpaqlarının geri alınması, yaxud təbiətin antropogen təsirlərin nəticəsində onlara dəyən zərərin itkilərin müəyyən edilməsində;

meşə təsərrüfatının aparılmasına təsərrüfat fəaliyyətinin səviyyəsinin qiymətləndirilməsinə dair sistemin işlənib hazırlanmasında;

meşələrin çoxməqsədli istifadəsinin təşkilində;

meşə fondundan istifadəyə görə ödəniş növlərinin, köküstə buraxılan oduncağın nırx qiymətinin müəyyən edilməsinə dair layihələrin tərtib edilməsində;

meşə təsərrüfatının qarşısında duran iqtisadi, sosial ekoloji məqsədləri əlaqələndirən müasir meşə idarəetmə sisteminin təşkilində.

1.3. Meşələrin iqtisadi qiymətləndirmə obyektləri aşağıdakılardır:

ilkin qiymətləndirmə obyektimeşə fondu torpaqlarının taksasiya ayırması;

aralıq qiymətləndirmə obyektimeşəbəyliyin meşə fondu sahələrinin məcmusu;

yekun qiymətləndirmə obyektimeşə təsərrüfatı müəssisəsinin fəaliyyət göstərdiyi ərazi.

1.4. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı istifadə edilən əsas anlayışlar:

meşə ehtiyatlarımövcud qanunvericilikdə müəyyən olunan qiymətləndirilməsi mümkün olan meşə fondundan istifadə növləri;

meşə ehtiyatlarının kompleks qiymətləndirilməsimeşə fondundan istifadə növlərinin xidmətlərin natural göstəricilərlə qiymətləndirilməsi;

meşə ehtiyatlarının pul (dəyər) ifadəsi ilə qiymətləndirilməsi.

1.5. Meşələrin iqtisadi qiymətləndirilməsinin göstəriciləri:

meşə fondundan kompleks istifadənin pul ifadəsi ilə qiymətləndirilməsi;

meşə fondunda istehsal olunan məhsulun, istifadə növlərinin xidmətlərin kompleks şəkildə pul ifadəsi, müəyyən keyfiyyətə malik müvafiq ərazidə yerləşən meşə sahəsinin xərci ödəmə müddəti ərzində əldə oluna bilən potensial gəliri hər il xalis gəlir (yaxud renta) ilə səciyyələndirilən meşə fondu torpaqlarının normativ qiyməti;

meşə fondu torpaqlarının qiymətləndirilməsi.

1.6. Meşələrin iqtisadi qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır:

təsərrüfat əhəmiyyətli meşələrdə meşə təsərrüfatının aparılmasının hazırkı mərhələsində meşə fondundan istifadənin orta (model) səviyyəsi;

meşə ehtiyatlarının dəyər ifadəsi (qiymətləndirilməsi tələb olunan meşə ehtiyatlarının istismara verilməsindən gözlənilən renta gəliri);

meşə fondundan istifadənin mümkün olan səviyyəsi (konkret iqtisadi şəraitdə ayrı-ayrı növlər üzrə meşə fondundan istifadənin məcmu həcmindən mümkün olan faizi).

 

 II. Meşə fondu sahələrİndən İstİfadənİn İqtİsadİ qİymətləndİrİlməsİ

 

2.1. Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsi iki mərhələdən ibarətdir:

natural göstəricilərlə meşə fondundan istifadə növlərinin kompleks qiymətləndirilməsi;

seçilmiş meşə fondundan istifadə növlərinin pul (dəyər) ifadəsi ilə qiymətləndirilməsi.

2.2. Meşə fondu sahələrindən istifadənin iqtisadi qiymətləndirilməsinin nəticələri meşə torpaqlarının normativ qiymətlərinin müəyyən edilməsinin əsasını təşkil edir.

2.3. Natural göstəricilərlə kompleks məhsuldarlığın elementlərinin iqtisadi qiymətləndirilməsinin əsasını meşələrin taksasiyası zamanı toplanmış məlumatlar, habelə meşə ehtiyatlarının kompleks qiymətləndirilməsinə dair normativ-sorğu məlumatları təşkil edir.

2.4. Meşə ehtiyatlarının kompleks qiymətləndirilməsinə dair normativ-sorğu məlumatlarının tərkibi, onların hazırlanması ilə bağlı texniki sənədlər formalar Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib təsdiq edilir.

2.5. Meşə fondundan istifadə növləri aşağıdakılardır:

oduncaq tədarükü;

ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq başqaları);

meşədən əlavə istifadə (ot çalımı, pətəklərin arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, qərzəkli digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil digərlərinin tədarükü yığılması, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);

elmi tədqiqat məqsədləri üçün;

mədəni-sağlamlaşdırma, turizm idman məqsədləri üçün;

ovçuluq təsərrüfatı ehtiyatları üçün.

2.6. Meşə fondundan istifadə növlərinin köküstdə buraxılan oduncağın nırx qiymətləri bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır.

2.7. Elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm idman məqsədləri, ovçuluq təsərrüfatı ehtiyatları üçün istifadə olunan meşə fondu sahələrinin qiymətləndirilməsi müvafiq elmi tədqiqat təşkilatları tərəfindən tərtib edilmiş xüsusi təlimatlar əsasında aparılır.

Elmi tədqiqat təşkilatları tərəfindən tərtib edilən təlimatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılır müvafiq qaydada tətbiq edilir.[2]

2.8. Meşə fondundan istifadəyə görə ödəniş növləri, köküstə buraxılan oduncağın nırx qiyməti Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə razılaşdırılır Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 III. Meşə torpaqlarının qİymətləndİrİlməsİ

 

 

3.1. Meşə torpaqlarının, o cümlədən tinglik plantasiyalar altında olan torpaqların qiymətləndirilməsi ərazinin meşəbitmə şəraitindən, meşələrin təyinatından asılı olaraq meşə torpaqlarının faktiki yerləşdiyi ərazidən torpaq kateqoriyalarından asılı olaraq meşə torpaqlarının normativ qiymətlərinə dair regional şkalalardan istifadə edilməklə aparılır.

3.2. Meşə torpaqlarının normativ qiymətlərinin şkalaları zona-tipoloji əsasda tərtib edilir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[3]

3.3. Meşə təsərrüfatının fəaliyyət göstərdiyi ərazidəki ağaclıqlar meşə torpaqlarının qiymətlərinə görə normativ tələblərə tam cavab vermədiyini nəzərə alaraq, əvvəlcədən istismar üçün nəzərdə tutulan meşələrə şamil edilməklə oduncaq ehtiyatına malik təsərrüfat əhəmiyyətli (modal) ağaclıqların seçilməsi ilə müvafiq hesablamalar aparılır.

Meşə torpaqlarının münbitliyinin daha yüksək keyfiyyət göstəricilərinə malik olduğunu nəzərə alaraq, onların, habelə tinglik plantasiyalar altında olan sahələrin qiymətləndirilməsi respublikanın kadastr qiymət rayonları yarımrayonları üzrə əkin çoxillik əkmələrin altında olan torpaqların normativ qiymətinin birinci keyfiyyət qrupuna 1,3 əmsal tətbiq olunmaqla müəyyən edilir.[4]

3.4. İqtisadiyyatın cari vəziyyətini meşələrin məqsədli təyinatını nəzərə almaq üçün meşə fondu istifadə növləri üzrə məcmu məhsuldan tam istifadə etməmək imkanları nəzərdə tutulur. Meşədən istifadənin ayrı-ayrı növlərindən istifadə etmə faizi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

 

 IV. Qeyrİ-meşə torpaqlarının İqtİsadİ qİymətləndİrİlməsİ

 

 4.1. Meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqların (əkin, biçənəklər, örüş, bağlar, üzümlüklər s.) normativ qiymətləri respublikada mövcud olan qayda üzrə kənd təsərrüfatında birinci keyfiyyət qrupuna aid edilən torpaqlar üçün hesablanan müvafiq normativ qiymətlərlə eyniləşdirilir.

4.2. Torpaqqoruyucu, rekreasiya, su tənzimedici, istehsalat digər təyinatlı qeyri-meşə torpaqlarının qiymətləndirilməsi üçün respublikada bu qəbildən olan torpaqların qiymətləndirilməsinə dair qüvvədə olan normativlərdən istifadə olunur.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 45 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1242-1245.