Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növlərinin vəzifələrin SİYAHISI

 

1. Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması satışı prosesində iştirak edən idarə, müəssisə təşkilatlarda bütün peşə vəzifələr üzrə işçilər.

2. Təcili yardım stansiyalarının həkimləri, tibb müəssisələrində anestezioloq-reanimatoloqlar, onkoloqlar s. işçilər (bilavasitə narkotik maddələrin istifadə edilməsi məsləhət görülməsi ilə əlaqədar olan tibb işçiləri).

3. Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri.

4. Uşaq yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin işçiləri, mәktәbdәnkәnar müəssisələrin işçiləri.

5. Məktəbəqədər uşaq müəssisələrinin işçiləri.

6. İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində çalışan işçilər.

7. Xüsusi rabitə şəbəkəsinin işçiləri.

8. Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün peşə növlərinin işçiləri.

9. Silah sursatın daşınmasına, tətbiq edilməsinə saxlanmasına icazəsi olan işçilər.

10. Müdafiə, təhlükəsizlik, məhkəmə hüquq mühafizə orqanlarının işçiləri.

11. Bütün müəssisələrdə bank sistemində xəzinə müdirləri, xəzinədarlar nəqd pul əməliyyatlarında məşğul olan mühasib nəzarətçilər.

12. İnkassatorlar.

13. Qaz xilasetmə xidməti, açıq qaz neft fəvvarələrinin qarşısının alınması aradan qaldırılması üzrə dağ, dağxilasetmə komandaları, yanğından mühafizə xidməti işçiləri.

14. Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə vəzifələr üzrə işçilər.

15. 127 V daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında sazlama, quraşdırma yüksək gərginlik altında sınaqlar aparan heyət.

16. İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər.

17. Partlayıcı maddələr tətbiq olunan, partlayış yanğın təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün işçilər.

18. Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkət ilə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1247-1248.