M. A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun M.A. Topçubaşov adına Klinik Eksperimental Cərrahlıq Elmi Tədqiqat İnstitutunun (klinikası ilə) (M. A. Topçubaşov adına Elmi-Cərrahlıq Mərkəzinin) ləğv edilməsi onların bazasında yeni M.A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Elm Texnika Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tapşırılsın:

M. A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun yaradılması nəticəsində qənaət məbləğlərinin əldə olunması ilə əlaqədar maliyyələşmə zamanı büdcə xərclərinin azaldılmasını nəzərə alsın;

bu qərardan irəli gələn digər məsələlərin həll edilməsi üçün zəruri tədbirlərin görülməsini həyata keçirsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 18 mart 2000-ci il

                  ¹ 49

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1349.