Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

 

"Vəkillər vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 254 nömrəli Fərmanının birinci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan SSR Vəkillər Kollegiyası sayının təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1963-cü il 21 yanvar tarixli, 26 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

2. "Vəkillərin əmək haqqı barəsində Əsasnaməni vəkillər tərəfindən əhaliyə, müəssisələrə, idarələrə, kolxozlara sair təşkilatlara göstərilən hüquqi yardım üçün əmək haqqı vermək barəsində Təlimatı təsdiq etmək haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il 27 oktyabr tarixli, 663 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 22 mart 2000-ci il

                  ¹ 51

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S. 1349-1350.