Azərbaycan
Respublikası vətəndaşlarının
2000-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası
vətəndaşlarının 2000-ci ilin aprel ayında
həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 2000-ci ilin aprel-may aylarında ehtiyata buraxılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 12
mart tarixli, 300 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. 2000-ci il aprelin
1-dən 20-nə həqiqi hərbi
xidmətə çağırış
vaxtı rayon (şəhər) çağırış
komissiyalarına rəhbərlik
və onların fəaliyyətinə nəzarət
üzrə Respublika Çağırış Komissiyasının
tərkibi təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar
Respublikasının Nazirlər
Kabineti Naxçıvan
Muxtar Respublikasının
çağırış komissiyasını, respublikanın
şəhər və
rayonlarının icra
hakimiyyəti orqanları
isə müvafiq şəhər və rayon çağırış
komissiyalarını yaratsınlar.
3. Azərbaycan Respublikası
Çağırış Komissiyasının sədri:
1982-ci ildə doğulmuş
və çağırış
gününə kimi
18 yaşı tamam olmuş, habelə
1973-1981-ci illərdə doğulmuş,
yaşı 27-dək olan
həqiqi hərbi xidmətə çağırışdan
möhlət hüququ
olmayan Azərbaycan Respublikası vətəndaşlarının
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinə
və qanunvericilikdə
nəzərdə tutulmuş
digər qoşun birləşmələrinə həqiqi
hərbi xidmətə
çağırışını təşkil etsin;
ilk növbədə
həqiqi hərbi xidmətə çağırışdan
möhlət hüququnu
itirəcək yuxarı
yaşlı çağırışçıların,
eləcə də çağırışdan yayınanların
hərbi xidmətə
çağırılması üçün müvafiq
tədbirlər görsün;
çağırışçıların
Silahlı Qüvvələrin
qoşun növlərinə,
digər qoşun birləşmələrinə bölgüsünü
Müdafiə Nazirliyinin,
digər nazirlik və təşkilatların
sifarişləri əsasında
keçirsin;
savadlı, fiziki
cəhətdən sağlam,
ali və orta təhsili olan çağırışçıları
rayon və şəhər hərbi komissarlıqları arasında,
habelə təlim hərbi hissələrinə
səmərəli bölüşdürülməsini
təmin etmək üçün çağırış
tapşırığını müvafiq qaydada planlaşdırsın;
çağırışçıların
hərbi komissarlıqlardan
yola salınmasını
yerli icra hakimiyyəti orqanlarını,
Böyük Vətən
müharibəsi veteranları
və Azərbaycan Respublikasının müharibə
veteranlarını cəlb
etməklə, təntənəli
şəraitdə keçirilməsini
təmin etsin;
vətəndaşların qəbulu, ərizə və şikayətlərinə
baxılmasına həssaslıqla
yanaşsın;
həqiqi hərbi
xidmətə çağırışdan
yayınan çağırışçıların
axtarılmasını və
onların hərbi xidmətə yola salınmasını yerli icra hakimiyyәti, hüquq mühafizə orqanları ilə sıx əlaqədə keçirsin.
4. Şəhər və
rayon icra hakimiyyəti orqanları vətəndaşların həqiqi
hərbi xidmətə
çağırışının hazırlanması və keçirilməsi işinin
təşkili ilə bağlı məsələlərdə
hərbi komissarlıqlara
hərtərəfli köməklik
göstərsinlər.
5. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
respublikanın şəhər
və rayon çağırış komissiyalarına
lazımi sayda ixtisaslı həkim-mütəxəssislərin
və orta tibb işçilərinin
ayrılmasını, onların
müvafiq tibbi texnika, alətlər və digər ləvazimatla təchiz edilməsini və çağırışçıların tibbi yoxlanışının
keyfiyyəti üzərində
nəzarəti təmin
etsin.
6. Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi:
vətəndaşların həqiqi hərbi xidmətə çağırışını
həyata keçirməkdə
hərbi komissarlıqlara
hərtərəfli köməklik
göstərsin;
ümumi hərbi
mükəlləfiyyətdən yayınan şəxslərin
axtarışının həyata
keçirilməsi üçün
lazımi tədbirlər
görsün;
hərbi komissarlıqların
toplanış və çağırış məntəqələrində
ictimai qorunması üçün lazımi
sayda polis dəstələrinin, habelə
respublika ərazisində
çağırışçıları
daşıyan avtomobil
dəstələrinin müşayiәti
üçün Dövlət
Yol Polisi tərəfindən maşınlarının
ayrılmasını təmin
etsin.
7. Respublika Çağırış
Komissiyası sədrinin
təqdimatına əsasən
"Azərbaycan Hava Yolları" Dövlət
Konserni, Azərbaycan Dövlət Dəmir Yolu, şəhər və rayon icra
hakimiyyəti orqanları
respublika toplanış
məntəqəsinin işini
təmin etmək üçün 2000-ci il aprelin 1-dən 20-nə qədər
respublika ərazisində
çağırışçıların
daşınmasını təşkil
etsinlər.
8. Azərbaycan Respublikasının
Rabitə Nazirliyi respublika toplanış mәntәqәsini, rayon
və şəhər
hərbi komissarlıqlarının
çağırış məntəqələrini etibarlı
və fasiləsiz telefon rabitəsi ilə təmin etsin.
9. Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
çağırış dövründə respublika
toplanış məntəqəsində,
həmçinin rayon və şəhər hərbi komissarlıqlarının
çağırış məntəqələrində mədəni
hamilik işinin aparılmasını təşkil
etsin.
10. Qərarın icrasına
nəzarət Azərbaycan
Respublikasının Nazirlər
Kabineti İşlər
İdarəsinin hərbi
və inzibati orqanlar şöbəsinə
və müvafiq şöbələrinə həvalə
edilsin.
11. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A. Rasİzadə
Bakı şəhəri,
22 mart 2000-ci il
¹ 53
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci
il 22 mart tarixli, 53 nömrəli
qərarı ilə TӘSDİQ edİlmİşdİr
2000-ci il aprelin 1-dən 20-nə qədər
həqiqi hərbi xidmətə çağırış
vaxtı
rayon (şəhər) çağırış
komissiyalarına rəhbərlik
və onların fəaliyyətinə
nəzarət üzrə
Respublika Çağırış Komissiyasının
TƏRKİBİ
Ə. Hüseynov - Azərbaycan
Respublikasının hərbi
komissarı - komissiyanın
sədri
A. Rəfiyev - ədliyyə
nazirinin müavini
T. Səfərəliyev - Daxili
İşlər Nazirliyi
İctimai Təhlükəsizlik
İdarəsinin rəis
müavini
A. Dadaşov - AHİK sədrinin müavini
K. Xalıqov - Azərbaycan
Respublikası Xalq Təsərrüfatı üçün
Təxsislə İşçi
Qüvvəsi Saxlayan
Respublika Komissiyasının məsul katibi
A. Sultanov
- Səhiyyə Nazirliyinin
baş psixiatrı,
professor
A.
İbrahimov - Səhiyyə Nazirliyinin baş terapevtinin müavini, tibb elmləri namizədi
B. Ağayev - Səhiyyə
Nazirliyinin M.Topçubaşov
adına Elmi Tədqiqat Eksperimental Cərrahiyyə İnstitutunun
direktoru, tibb elmləri doktoru, professor
M. Novruzov
- Səhiyyə Nazirliyinin
baş ftiziatrı, tibb elmləri doktoru
K. Kərimov - Səhiyyə
Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, tibb elmləri doktoru
Ə. Musayev
- Səhiyyə Nazirliyinin
baş nevropatoloqu, tibb elmləri doktoru
Ə. Fərzəliyev - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının sədri
A. Quliyev - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının sədr
müavini
Y. Hüseynov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi
A. Qasımov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi
M. Cəbrayılov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-mütəxəssisi
S. Məhəliyev - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-cərrahı
S. Sadıxova - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-terapevti
A. Mehdiyev
- M.Qədirli adına mərkəzi hövzə xəstəxanasının
həkim-terapevti
A. Manafov
- Azərbaycan Respublikası
Hərbi Komissarlığının
hərbi həkim komissiyasının həkim-nevropatoloqu
F. Cəfərov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-psixiatrı
H. Quluzadə - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-oftalmoloqu,
tibb elmləri namizədi
D.
İbrahimov - Elmi Tədqiqat Pulmanologiya və Ftiziatriya İnstitutunun həkim-ftiziatr
Q. Məmmədov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-otolarinqoloqu
S. Fərəcova - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-dermatoveneroloqu
F. Hüseynov - Azərbaycan
Respublikası Hərbi
Komissarlığının hərbi həkim komissiyasının həkim-stomatoloqu
E. Sabayeva
- Azərbaycan Respublikası
Hərbi Komissarlığının
hərbi həkim komissiyasının həkim-rentgenoloqu
V. Mirqasımov - Bakı
şəhər 2 nömrəli
klinik psixonevroloji dispanserinin həkim-psixiatrı
E. Məmmədova - Bakı
şəhər 15 nömrəli
birləşmiş xəstəxanasının
həkim-nevropatoloqu
S. Hüseynov - Bakı
şəhəri 2 nömrəli
dəmir yolu xəstəxanasının həkim-cərrahı
S. Bağırova - Bakı
şəhər 16 nömrəli
poliklinikasının həkim-oftalmoloqu
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, ¹ 3.- S. 1350-1354.