Yaponiya
Hökumətinin "İnkişaf üçün Rəsmi
Yardım Proqramı" çərçivəsində Azərbaycan
Respublikasının kənd təsərrüfatı sahəsinin
inkişafı üçün Yaponiya Hökuməti tərəfindən
ayrılan qrant barədə Notalar Mübadiləsi sənədlərinin
imzalanması səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Yaponiya Hökumətinin "İnkişaf
üçün Rəsmi Yardım Proqramı" çərçivəsində
Yaponiya Hökuməti tərəfindən Azərbaycan
Respublikasının kənd təsərrüfatı sahəsinin
inkişafı üçün ayrılan 380 milyon iyen məbləğində
qrant barədə Notalar Mübadiləsi sənədlərinin
imzalanması səlahiyyəti Azərbaycan
Respublikasının kənd təsərrüfatı naziri
İrşad Nadir oğlu Əliyevə verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən sənədlərin Azərbaycan
Respublikası tərəfindən imzalanması səlahiyyətinin
Azərbaycan Respublikasının kənd təsərrüfat
naziri İrşad Nadir oğlu Əliyevə verilməsi barədə
Yaponiyanın Xarici İşlər Nazirliyinə müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 341
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.998.