1997-ci il iyulun 30-da Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış sənədlər barəsində

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 1997-ci il iyulun 30-da Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş;

2) Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında əczazçılıq sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş;

3) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ukrayna Dövlət Gömrük Xidməti arasında qarşılıqlı yardım göstərilməsi qaydaları haqqında Memorandum.

2. 1997-ci il iyulun 30-da Kiyev şəhərində imzalanmış iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının ikinci iclasının Protokolu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən nəzərə alınsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci və 2-ci yarımbəndlərində göstərilən Sazişlərin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 3-cü yarımbəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Ukrayna Nazirlər Kabineti xəbərdar etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

                   ¹ 342

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.998-999.