Azərbaycan Respublikası Hökuməti və Ukrayna
Nazirlər Kabineti arasında rabitə sahəsində əməkdaşlıq
haqqında
Sazİş
Bundan sonra «Tərəflər» adlanan Azərbaycan
Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,
qarşılıqlı hörmət ifadə edərək,
bərabərlik prinsiplərini rəhbər tutaraq,
rabitə sahəsində qarşılıqlı
faydalı əməkdaşlığı inkişaf etdirməyə
və hər iki dövlətdə poçt və elektrik rabitə
şəbəkələrinin və vasitələrinin fasiləsiz
fəaliyyət göstərməsinə, habelə bu sahədə
hüquqi tənzimləmənin təkmilləşdirilməsinə
səy göstərərək,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə 1
Tərəflər rabitə
sahəsində öz münasibətlərini beynəlxalq
hüququn ümumi qəbul olunmuş prinsiplərinə və
normalarına, Ümumdünya Poçt İttifaqı
aktlarının müddəalarına və Beynəlxalq
Elektrik Rabitəsi İttifaqının tövsiyələrinə
uyğun quracaqlar.
Bu Sazişlə, eləcə
də hər iki Tərəfin iştirakçısı
olduğu beynəlxalq sazişlərlə tənzimlənməyən
məsələlər Tərəflərdən hər birinin
milli qanunvericiliyinə müvafiq həll oluna bilər.
Maddə 2
Tərəflər
öz dövlətlərinin ərazilərində
bütün poçt göndərişlərinin və sənədli
məlumatların maneəsiz qəbulu, işlənməsi,
daşınması və ünvanına
çatdırılmasını təmin edir, həmçinin
digər Tərəfin müəyyən edilmiş qaydada
qeydiyyata alınmış dövrü nəşrinin
yayılmasına imkan yaradırlar.
Azərbaycan
Respublikası və Ukrayna arasında poçt
baratlarının mübadiləsi və
qarşılıqlı hesablaşmaların aparılması Tərəflər
arasında xüsusi Sazişlə müəyyən edir.
Maddə 3
Tərəflər
öz ərazilərindən bütün elektrik rabitəsi
növlərinin, poçt göndərişlərinin,
televiziya və radio verilişləri proqramlarının sərbəst
tranzitinə təminat verirlər. Tranzit əvvəlcədən
razılaşdırılmaqla və Tərəflərin
müvafiq idarələrinin təsdiq etdikləri marşrut, cədvəl
və tariflərlə həyata keçirilir.
Maddə 4
Bu Sazişin yerinə
yetirilməsindən irəli gələn hesablaşma və
ödənişlər Tərəflərin müvafiq idarələri
arasında qüvvədə olan Sazişlərə uyğun və
Tərəflərin mövcud qanunvericiliyi əsasında
aparılacaqdır.
Maddə 5
Tərəflər zəruri
hallarda, radiotezliklərdən istifadəni, onların öz səlahiyyətləri
çərçivəsində, dövlətlərinin
qanunlarına və normativ aktlarına, regional sazişlərə,
ikitərəfli və çoxtərəfli beynəlxalq
sazişlərə və Beynəlxalq Elektrik
İttifaqının tövsiyәlәrinә uyğun
olaraq uzlaşdırırlar. Belə uzlaşdırmalar
korrespondensiyaların mübadiləsi və ya ayrıca
sazişlərin imzalanması yolu ilə həyata
keçirilir.
Maddə 6
Tərəflər
qarşılıqlı faydalı şərtlərlə rabitə
sahəsində məlumatların mübadiləsi və
qanunvericiliyin təkmilləşdirilməsi, tənzimləmə
və texniki inkişaf üzrə təcrübənin
mübadiləsini təşkil edirlər.
Maddə 7
Tərəflər zəruri
olduqda onların fəaliyyət sahələri üzrə əməkdaşlıq
haqqında öz aralarında xüsusi sazişlər
bağlaya bilən, idarə və təşkilatları
arasında əlaqələrin möhkəmləndirilməsinə
yardım göstərirlər.
Maddə 8
Tərəflər bu
Sazişin şərhi və ya tətbiqi zamanı yaranan
mübahisəli məsələləri danışıqlar və
qarşılıqlı məsləhətləşmələr
yolu ilə həll edəcəklər.
Maddə 9
Bu Saziş Tərəflərin,
onların bağladıqları digər beynəlxalq sazişlərdən
irəli gələn hüquq və öhdəliklərinə
toxunmur.
Maddə 10
Qarşılıqlı
mübadilələr, məsləhətləşmələr
və danışıqlar zamanı Tərəflər rus və
ingilis dillərindən istifadə edirlər.
Maddə 11
Bu Sazişə Tərəflərin
yazılı razılığına müvafiq olaraq bu
Sazişin ayrılmaz hissəsi olan protokolla rəsmiləşdirilən
dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 12
Bu Saziş Tərəflərin
onun qüvvəyə minməsi üçün zəruri
dövlətdaxili prosedurları yerinə yetirmələri barədə
axırıncı yazılı bildirişin
alındığı gündən qüvvəyə minir və
Tərəflərdən birinin digər Tərəfi ona xitam
verməsi niyyəti haqqında yazılı olaraq xəbərdar
edənədək qüvvədə qalır.
Bu Saziş belə xəbərdarlıq
alındıqdan altı ay keçdikdən və bu Saziş
üzrə bütün öhdəliklər tam yerinə
yetirildikdən sonra öz qüvvəsini itirir.
Kiyev şəhərində
1999-cu il iyulun 30-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində
iki nüsxədə imzalanmışdır, bütün mətnlər
eyni qüvvəyə malikdir.
Sazişin təfsiri
zamanı fikir ayrılığı yarandığı halda Tərəflər
rus dilində olan mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikası Hökuməti
Ukrayna
adından
Nazirlər Kabineti adından
(imza) (imza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.999-1001