Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Nazirlər Kabineti arasında əczaçılıq
sənayesi sahəsində əməkdaşlıq haqqında
Sazİş
Bundan sonra
Razılığa gələn Tərəflər adlanan Azərbaycan
Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,
əhalinin dərman
vasitələri, vaksinlər və digər immunbioloji
preparatlar, tibbi texnika və tibbi təyinatlı məlumatlarla
təmin edilməsi məsələsinə xüsusi əhəmiyyət
verərək,
əczaçılıq
sənayesi sahəsində mövcud əlaqələri qorumaq
və inkişaf etdirmək əzmində olaraq,
hüquq bərabərliyi,
suverenliyə hörmət, qarşılıqlı fayda və
qarşılıqlı yardım prinsiplərinə əsaslanaraq,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə 1
Razılığa gələn
Tərəflər tibbi məhsullar istehsal edən müəssisələrə
dərman vasitələrinin, vaksin və digər immunbioloji
preparatların, tibbi təyinatlı məmulatların və
tibbi texnikanın istehsalı və göndərilməsinə
dəstək verəcəklər.
Maddə 2
Razılığa gələn
Tərəflər razılaşırlar ki, dərman vasitələrinin,
vaksin və digər immunbioloji preparatların, tibbi texnika və
tibbi təyinatlı məmulatların göndərilməsi
bütün mülkiyyət formalı təsərrüfat
subyektləri arasında Tərəflərin qanunvericiliyinə
müvafiq olaraq, kontraktlar (müqavilələr) əsasında
həyata keçiriləcəkdir.
Maddə 3
Razılığa gələn
Tərəflər dərman vasitələrinin istehsalı
üçün zəruri olan xammalın, materialların,
yarımfabrikatların, avadanlıqların göndərilməsi
üzrə kooperasiya əlaqələrini qoruyub saxlamaq və
inkişaf etdirmək barədə razılaşdılar.
Maddə 4
Razılığa gələn
Tərəflər Azərbaycan Respublikasının və
Ukraynanın dövlət ehtiyatları üçün tibbi təyinatlı
məhsullar istehsal edən müəssisələrə Tərəflərin
qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq imkan
daxilində maddi-texniki ehtiyatlar ayrılmasına yardım edəcəklər.
Maddə 5
Razılığa gələn
Tərəflər elmi-tədqiqat və təcrübi-
konstruktor işləri, eləcə də
standartlaşdırma, dərman vasitələrinin qeydiyyatı
və keyfiyyətinə nəzarət sahəsində
qarşılıqlı faydalı əməkdaşlığı
sistematik inkişaf etdirmək barədə
razılaşdılar.
Maddə 6
Razılığa gələn
Tərəflər müqavilə əsasında əczaçılıq
sənayesində məşğul olan kadrlar hazırlanması
və ixtisasının artırmağa imkan yaradılmasına
köməklik göstərilməsinə yardım edəcəklər.
Tərəflər bir-birinə əczaçılıq sənayesi
sahəsində keçirilən elmi-texniki nailiyyətlər
üzrə konfranslar, simpoziumlar, seminarlar haqqında məlumat
verəcəklər.
Maddə 7
Epidemiyaların və
yoluxucu xəstəliklərin yayılmasının
qarşısının alınması və aradan
qaldırılması məqsədilə Razılığa gələn
Tərəflərin mövcud qanunvericiliyinə müvafiq
olaraq qarşılıqlı
razılaşdırılmış və tərtib edilmiş
siyahı üzrə yoluxucu xəstəliklərin
diaqnostikası və profilaktik müalicəsi
üçün dərman vasitələri, vaksin və digər
immunobioloji preparatların gətirilməsinə və
aparılmasına icazə verəcəklər.
Maddə 8
Razılığa gələn
Tərəflərin müvəkkil orqanları səviyyəsində
əvvəlcədən müvafiq yazılı
razılaşma olmadan dərman vasitələri, vaksin və
digər immunobioloji preparatlar, tibb texnikası məmulatları
üçüncü ölkələrə, o cümlədən
fiziki və hüquqi əcnəbi şəxslərə və
ya beynəlxalq təşkilatlara təkrar ixrac edilməyəcəkdir.
Maddə 9
Bu Sazişə zəruri
hallarda Razılığa gələn Tərəflərin
qarşılıqlı razılığı əsasında
dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 10
Bu Sazişə uyğun
olaraq məhsul göndərilən zaman təsərrüfat fəaliyyəti
göstərən subyektlər arasında yarana biləcək
bütün məsələlər xarici ticarət
kontraktlarında (müqavilələrində) nəzərdə
tutulmuş şərtlər əsasında həll ediləcəkdir.
Maddə 11
Bu Saziş
Razılığa gələn Tərəflərin zəruri
dövlətdaxili qaydaları yerinə yetirilməsi barədə
axırıncı bildirişin tarixindən qüvvəyə
minir və 5 il müddətinə qüvvədədir, əgər
Razılığa gələn Tərəflərdən
heç biri müvafiq müddətin qurtarmasından ən
azı altı ay əvvəl digər Tərəfə onun
qüvvəsinin xitam edilməsi niyyəti barədə
yazılı bildiriş verməzsə, avtomatik olaraq növbəti
beşillik müddətlərə uzadılır.
Bu Sazişə xitam
verildikdən sonra onun müddəaları, Sazişin qüvvədə
olduğu dövrdə hər iki tərəfin müəssisə
və təşkilatları arasında bağlanmış,
lakin icra olunmamış kontraktlara tətbiq ediləcəkdir.
Kiyev şəhərində,
1999-cu il iyulun 30-da hər biri Azərbaycan, Ukrayna və rus dillərində
iki nüsxədə imzalanmışdır, bütün mətnlər
autentikdir.
Bu Sazişin müddəalarının
təfsiri məqsədilə rus dilində olan mətn
üstün qüvvəyə malikdir.
Azərbaycan Respublikası Hökuməti
Ukrayna
adından Nazirlər
Kabineti adından
(imza) (imza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1001-1003.