Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi və Ukrayna Dövlət
Gömrük Xidməti arasında qarşılıqlı
yardım göstərilməsi qaydaları haqqında
Memorandum
Bundan sonra, Tərəflər
adlandırılan Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi və Ukrayna Dövlət
Gömrük Xidməti,
24 mart 1997-ci il tarixdə
imzalanmış Ukrayna Hökuməti və Azərbaycan
Respublikası Hökuməti arasında gömrük işi
sahəsində əməkdaşlıq haqqında Sazişin
(bundan sonra-Saziş) 16-cı maddəsini rəhbər tutaraq,
Sazişin həyata
keçirilməsi mexanizmini müəyyən etmək məqsədilə,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə 1
Tərəflər bu
Memorandumun 1 və 2-ci Əlavələrində göstərilən
mərkəzi aparatların və ayrı-ayrı
gömrükxanaların müvafiq bölmələrinin rəhbərlərinə
Sazişdə göstərilən müddəaları həyata
keçirməsi məqsədilə birbaşa əlaqələr
yaratmaq və onları davam etdirmək səlahiyyəti verirlər.
Zəruri hallarda, Tərəflərdən
hər biri digər Tərəfi xəbərdar etmək şərtilə
Əlavələrə dəyişikliklər və əlavələr
edə bilər.
Maddə 2
Sazişin fəaliyyətini
qiymətləndirmək və gömrük orqanlarının
işinə dair digər aktual sualların müzakirə edilməsi
məqsədilə iki ildə bir dəfə gömrük idarələri
rəhbərlərinin görüşü keçiriləcəkdir.
Maddə 3
Gömrük idarələri
Sazişə müvafiq olaraq sorğu əsasında yüksək
gömrük rüsumları təyin edilmiş mallar və
gömrük dəyərinin əhəmiyyətli dərəcədə
aşağı salınması barədə məlumatlar təqdim
edəcək, həmçinin idxal və ixrac zamanı
qadağan və məhdudiyyətlər tətbiq edilən
malların siyahılarının mübadiləsini aparacaqlar.
Maddə 4
1. Əməkdaşlıq
haqqında Saziş çərçivəsində yardım
göstərmək haqqında sorğular və onlara cavablar
yazılı surətdə, o cümlədən faks, teleks və
ya digər rabitə vasitələrilə təqdim olunacaqlar.
2. Təxirəsalınmaz
hallarda sorğular şifahi surətdə qəbul oluna bilər,
lakin onlar yubadılmadan yazılı formada təsdiq
olunmalıdırlar. Sorğu edən Tərəfin tələbi
ilə faks, teleks, yaxud digər rabitə vasitələrilə
verilmiş məlumatlar məktubla təsdiq olunur.
3. Sorğu alan
gömrük idarəsi tələb olunan məlumatları və
sənədləri təcili olaraq təqdim edir.
Maddə 5
Yardım göstərilməsi
haqqında sorğu rus, ingilis dillərində və ya
sorğu ünvanlanmış Tərəf üçün
münasib sayılan başqa dildə təqdim ediləcəkdir.
Maddə 6
Yardım göstərilməsi
haqqında sorğuya aşağıdakı məlumatlar
daxildir:
a) sorğu edən
gömrük idarəsinin adı;
b) sorğu edilən tədbirlər;
v) sorğunun məğzi
və səbəbi;
q) sorğuya aid olan
qanunlar və digər normativ aktlar;
d) barəsində təhqiqat
həyata keçirilən fiziki və hüquqi şəxslər
haqqında daha dəqiq və müfəssəl məlumat.
Maddə 7
Bu Memorandum
imzalandığı gündən qüvvəyə minir və
Sazişə müvafiq olaraq qüvvəsi ləğv edilir.
Kiyev şəhərində,
1999-cu il iyulun 30-da Azərbaycan, Ukrayna və rus dillərində
iki nüsxədə imzalanmışdır, bütün mətnlər
eyni qüvvəyə malikdir.
Azərbaycan və Ukrayna
mətnlərinin təfsiri zamanı fikir
ayrılığı yaranarsa, rus dilindəki mətnə
üstünlük verilir.
Azərbaycan Respublikası Dövlət
Ukrayna Dövlət Gömrük Xidməti
Gömrük Komitəsi
adından adından
(imza)
(imza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1003-1005.