1999-cu il oktyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında imzalanmış sənədlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 1999-cu il oktyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı;

2) Qarşılıqlı Anlaşma Memorandumu.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Polşa Respublikasının Hökumətinə məlumat versin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

                  ¹ 344

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.1016.