Qarşılıqlı Anlaşma
Memorandumu
Bu
Qarşılıqlı Anlaşma Memorandumu («Memorandum») 27
oktyabr 1999-cu ildə Bakı şəhərində, Azərbaycan
Respublikası, Azərbaycan Respublikasının qanunvericiyinə
uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət
göstərən Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti («ARDNŞ») və Polşa Respublikasının
qanunvericiyinə uyğun olaraq qeydiyyatdan keçmiş və
fəaliyyət göstərən Polşa Neft və Qaz
Şirkəti («PNQŞ») arasında tərtib olunmuş və
imzalanmışdır. ARDNŞ və PNQŞ bundan sonra təklikdə
«Tərəf» və birlikdə «Tərəflər» adlandırılırlar.
Nəzərə alaraq
ki,
PNQŞ Azərbaycan
Respublikasında Qala, Buzovna-Maştağa və Türkan
yataqlarının bərpası, kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü layihəsində
iştirak etmək arzusunu bildirmişdir; habelə
PNQŞ layihədə
iştirak etmək üçün lazım olan ən yüksək
təcrübəyə, texniki və kommersiya biliyinə və
müasir texnologiyaya, habelə maliyyə vəsaitlərinə
malikdir və onları təqdim etməyə hazırdır,
Bununla Tərəflər
aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Bu Memorandumun imzalanma
tarixindən başlayaraq və onun qüvvədə olduğu
müddət başa çatanadək PNQŞ-ə Azərbaycan
Respublikasında Qala, Buzovna-Maştağa və Türkan
yataqlarının bərpası, inkişafı və
hasilatın pay bölgüsü haqqında Sazişin
(«BKİHPBS») şərtləri üzrə
danışıqlar aparmaq hüquqları verilir.
2. Bu Memorandumun imzalanma
tarixindən sonra altı (6) ay ərzində Tərəflər
BKİHPBS-in əsas kommersiya prinsipləri və müddəalarına
dair Müqavilə («Müqavilə») üzrə
razılığa gəlmək və onu imzalamaq niyyətindədirlər.
3. Əgər Tərəflər
yuxarıda qeyd olunan müddət ərzində Müqavilə
üzrə razılığa gələ bilməsələr
və bu müddətin uzadılmasına razılaşmasalar,
bu Memorandum öz qüvvəsini itirir və Tərəflər
onunla bağlı götürülmüş öhdəliklərdən
azad olunurlar.
4. Tərəflər
yuxarıdakı 2-ci bəndə uyğun olaraq Müqavilə
üzrə razılığa nail olduqda, ARDNŞ
danışıqların aparılması və BKİHPBS-in
imzalanması üçün Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı şəklində
lazımi səlahiyyətlərin alınması məqsədilə
Azərbaycan Respublikası Prezidentinə yazılı
müraciət edəcəkdir.
5. Yuxarıdakı
4-cü bənddə göstərilən səlahiyyətlər
alındıqdan sonra Tərəflər Müqavilədə
müəyyən olunan müddətdə,
razılaşdırılmış kommersiya prinsipləri və
müddəaları əsasında BKİHPBS layihəsinin
hazırlanmasını yekunlaşdırmaq və onu imzalamaq
niyyətindədirlər.
6. Bu Memorandumun qüvvəsi
aşağıda sadalanan hadisələrdən ən tezi
baş verdikdə dayandırılır:
6.1. Tərəflər
bu Memorandumun 2-ci bəndində müəyyən olunmuş
müddətdə razılığa gəlmədikdə və
Müqaviləni imzalamadıqda; yaxud
6.2. Müqavilənin
qüvvəyə minmə tarixindən.
7. Bu Memorandum Tərəflər
onu imzaladığı tarixdən qüvvəyə minir.
8. Bu sənədin mətni
və həyata keçirilməsi üzrə Tərəflər
arasında meydana çıxa bilən hər hansı
mübahisələr və yaxud mülkiyyətə dair
iddialar yekun olaraq Paris şəhərində, Beynəlxalq
Ticarət Palatasının Arbitraj Məhkəməsi vasitəsi
ilə, bu məhkəmənin qaydalarına uyğun olaraq, bu
qaydalara əsasən təyin olunmuş üç arbitr tərəfindən
tənzimlənir. Arbitraj Parisdə ingilis dilində
keçirilir.
9. Bu Memorandum yuxarıda
göstərilən yerdə və tarixdə, bərabər
qüvvəyə malik altı (6) əsl nüsxədə:
ikisi (2) Azərbaycan, ikisi (2) polyak, ikisi (2) ingilis dillərində
tərtib olunmuş və səlahiyyətli şəxslər
tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1017-1018.
ARDNŞ adından
PNQŞ adından
N.ƏLİYEV S.QERON