Beynəlxalq
Telekommunikasiya İttifaqının
Nizamnaməsinə və
Konvensiyasına, habelə
düzəliş sənədlərinə
qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası
Beynəlxalq Telekommunikasiya
İttifaqının 1992-ci il dekabrın 22-də Cenevrə şəhərində
qəbul edilmiş Nizamnaməsinə və Konvensiyasına, habelə
1994-cü il oktyabrın
14-də Kioto şəhərində
imzalanmış düzəliş
sənədlərinə aşağıdakı
qeyd-şərtlə qoşulsun:
"Azərbaycan Respublikası
Hökuməti aşağıdakı
hüquqları özündə
saxlayır:
1. Əgər ittifaqın
üzvü olan hər hansı dövlət Beynəlxalq Telekommunikasiya İttifaqının
Nizamnaməsinin və
Konvensiyasının və
ya onlara dair Əlavələrin, Protokolların və Reqlamentlərin müddəalarına
hər hansı şəkildə əməl
etməzsə və ya bunları gözləməzsə, əgər
hər hansı başqa birliklərin və ya üçüncü
ölkələrin hərəkətləri
Azərbaycan Respublikasının
milli suverenliyinə toxunarsa və ya onun üçün
təhlükə yaradarsa,
suverenliyini, ayrılmaz
hüquqlarını və
milli mənafelərini
qorumaq üçün
zəruri saydığı
və məqsədəuyğun
bildiyi hər hansı bir tədbiri görmək;
2. Əgər İttifaqın
hər hansı üzvü İttifaqın
xərclərinin ödənilməsində
iştirak etməzsə
və ya İttifaqın başqa üzvlərinin qeyd-şərtləri
İttifaqın xərclərinin
ödənilməsində Azərbaycan
Respublikasının üzvlük
haqqı payının
artırılmasına və
ya başqa maliyyə nəticələrinə
gətirib çıxararsa,
yaxud onun telekommunikasiya xidmətinin
işini bilavasitə və ya dolayı
yolla təhlükə
altına salarsa, öz mənafelərini qorumaq üçün zəruri bildiyi tədbirləri görmək;
3. Beynəlxalq Telekommunikasiya
İttifaqının Nizamnaməsində
və ya Konvensiyasında Azərbaycan
Respublikasının suverenliyinə
bilavasitə və ya dolayı yolla təsir göstərə bilən,
Azərbaycan Respublikasının
Konstitusiyasına və
qanunlarına zidd olan hər hansı
müddəaları özünə
aid hesab etməmək".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri,
14 mart 2000-ci il
¹ 826-IQ
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2320-2321.