Azərbaycan
Respublikası Hökuməti
və İtaliya Respublikasının Azərbaycandakı
Səfirliyi arasında
"İtaliya-Azərbaycan Qarşılıqlı Balans
Fondunun yaradılması
və işlədilməsi
haqqında" Niyyətlər
Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası
Hökuməti və İtaliya Respublikasının
Azərbaycandakı Səfirliyi
arasında "İtaliya-Azərbaycan
Qarşılıqlı Balans
Fondunun yaradılması
və işlədilməsi
haqqında" 1999-cu il
aprelin 14-də Bakı
şəhərində imzalanmış
Niyyətlər Memorandumu
təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əlİyev
Bakı şəhəri,
17 mart 2000-ci il
¹ 838-IQ
Azərbaycan Respublikası
Hökuməti və İtaliya Respublikasının
Azərbaycandakı səfirliyi arasında İtaliya-Azərbaycan Qarşılıqlı
Balans Fondunun yaradılması və işlədilməsi haqqında
Niyyətlər memorandumu
Azərbaycan
Respublikası Hökuməti
və İtaliya Respublikasının Azərbaycandakı
Səfirliyi (bundan sonra Səfirlik) humanitar yardım layihələrinin rasional şəkildə inkişaf
etdirilməsi və istifadəsi üçün
aşağıdakılar barədə
razılığa gəlmişlər:
Maddə
I
1.1. Səfirlik
Azərbaycan Respublikası
Hökumətinə humanitar
yardımın gətirilməsini
təklif edir; gətiriləcək humanitar
yardım ərzaq məhsulları olduğu halda, onlar Avropa
Birliyində qüvvədə
olan sanitar normalara uyğun olmalıdır.
1.2. Azərbaycan
Respublikası Hökuməti
və Səfirlik gətiriləcək humanitar
yardımın Azərbaycan
Respublikasında mövcud
olan istehsala mənfi təsirinin istisna olunması məqsədi ilə gətirilən yardımın
çeşidi barədə
əvvəlcədən razılaşırlar.
1.3. Azərbaycan
Respublikası Hökuməti
Səfirliklə razılaşaraq
humanitar yardım kimi gətiriləcək ərzaq məhsullarının
qəbulu və satışı ilə məşğul olacaq və humanitar yardımı pul ekvivalentinə çevirəcək
təşkilatı təyin
edir.
Maddə II
2.1. Azərbaycan
Respublikası Hökuməti
ya Səfirliklə razılaşma əsasında
təyin edilmiş Azərbaycanda kənd təsərrüfatının inkişaf
və modernləşdirilməsi
layihələrini və
ya qaçqın və məcburi köçkünlər üçün
nəzərdə tutulan
başqa humanitar layihələri maliyyələşdirmək
məqsədi ilə Qarşılıqlı Balans
Fondu yaradır.
2.2. Qarşılıqlı
Balans Fondu Azərbaycan Respublikasının
daxili bazarında humanitar yardımın satışından əldə
edilən vəsait hesabına yaradılır
və «Humanitar yardım üzrə İtaliya-Azərbaycan Qarşılıqlı
Balans Fondu» adlanaraq əlavə «A»-nın əsasında idarə olunur.
2.3. Azərbaycan
Respublikası Hökuməti
Səfirliyin nümayəndələrinin
tələbi əsasında,
onları mühasibat,
büdcə və Qarşılıqlı Balans
Fondunun idarə olunmasına aid digər sənədlərlə
tanış edir.
Maddə III
3.1. Qarşılıqlı
Balans Fondu, onun iş qaydaları
və tərkibi əlavə «A»-da göstərilən Birgə
Komitə tərəfindən
idarə olunur.
3.2. Birgə
Fond 2.1-ci paraqrafında
açıqlanan məqsədlər
üçün Azərbaycan
Respublikası Hökuməti
tərəfindən istifadə
olunur.
Maddə IV
4.1. Azərbaycan
Respublikası Hökuməti
Səfirliklə birgə
Azərbaycan Respublikasındakı
daxili bazarın şəraitləri ilə
tanış olaraq, məhsulların aşağı
(dempinq) və ya yuxarı (spekulyativ) qiymətlərlə
satışına yol
verilməməsini nəzarətdə
saxlayır, humanitar yardım kimi göndərilən məhsulların
satış qiymətləri
və satış müddəti barəsində
razılaşırlar.
4.2. Azərbaycan
Respublikası Hökuməti
Səfirliklə birgə
razılığa gəlir
ki, hər bir daşınma əməliyyatı haqda xüsusi razılaşma olmadığı halda, işin təşkilinə,
məhsulların qəbuluna,
hazırlanmasına və
ərzaq məhsullarının
satışına ayrılacaq
vəsait məhsulların
satış qiymətinin
20 faizindən artıq
olmamalıdır.
4.3. Humanitar
yardımın satışından
əldə olunan vəsait Azərbaycan Respublikası Hökuməti
tərəfindən cari
bank hesabında Azərbaycan milli valyutasında depozitləşdirilərək
toxunulmaz saxlanılır
(bax əlavə «A»).
Maddə V
Azərbaycan Respublikası qüvvədə olan qanunvericiliyə uyğun olaraq, İtaliyadan göndərilən humanitar yardımı ölkəyə daxil olarkən bütün növ vergi və rüsumlardan azad edir. İtaliya tərəfi heç bir növ vergi və rüsum ödəmir.
Maddə VI
Azərbaycan
Respublikası Hökumətinin
və Səfirliyin nümayəndələri altı
aydan bir görüşərək maliyyə
layihələrinin yerinə
yetirilməsinin gedişini
və Fondun maliyyə fəaliyyətini
yoxlayırlar. Bundan əlavə onlar bu sahədə fəaliyyət proqramları
barədə də razılaşırlar
Maddə VII
Əməkdaşlığın
ümumi aspektləri ilə bağlı fikir ayrılığı
yarandığı hallarda
Azərbaycan Respublikası
Hökuməti və Səfirlik tərəflərin
hər ikisini qane edən qərara gəlməyi üzərlərinə götürürlər.
Maddə VIII
Bu Memorandum müddətsizdir; dəyişikliklər tərəflərin ikisinin də razılığı ilə edilə bilər.
Maddə IX
Bu Memorandum Bakı şəhərində
14 aprel 1999-cu ildə,
eyni qüvvəyə
malik olan dörd nüsxədə,
nüsxələrin ikisi
italyan, ikisi isə Azərbaycan dilində tərtib olunmuşdur
Azərbaycan Respublikası
Hökuməti İtaliya Respublikası Səfirliyi
adından
adından
Baş nazirin müavini, İtaliyanın
Azərbaycandakı səfiri
Beynəlxalq Humanitar
Yardım üzrə
Alessandro FALLAVOLLİTA
Respublika Komissiyasının sədri
Əlİ
HƏSƏNOV
Əlavə «A»
HUMANİTAR yardım
üzrə Qarşılıqlı
Balans Fondu
Maddə 1
Azərbaycan Respublikası Hökuməti
Azərbaycan Respublikası
Prezidentinin 15 yanvar
1995-ci il tarixli, 144 nömrəli
Fərmanı ilə yaradılmış Beynəlxalq
Humanitar Yardım üzrə Respublika Komissiyasını
təyin edir. Beynəlxalq Humanitar Yardım üzrə
Respublika Komissiyası İtaliyadan
gətirilən humanitar
yardımın satışından
əldə edilən,
yalnız Qarşılıqlı
Balans Fondunun fəaliyyətinə xidmət
edən ayrı, milli valyutada olan hesabda saxlanılmasına məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Hökuməti
tez bir zamanda,
yalnız humanitar yardımın yola salınmasından əvvəl,
yuxarıda göstərilən,
Azərbaycan Milli Bankında
açılan ayrı
hesabın nömrəsini
və identifikasiya kodunu Səfirliyə bildirir.
Maddə 2
2.1. Qarşılıqlı
Balans Fonduna nəzarət üçün
bu Memorandumun 3.1-ci maddəsinə əsasən
Birgə Komitə yaradılır.
2.2. Birgə Komitə Azərbaycan Respublikası Hökumətinin
və Səfirliyin nümayəndələrindən təşkil olunur. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
sədri Birgə Komitənin sədri, İtaliyanın səfiri isə Birgə Komitənin sədrinin müavinidir. Birgə Komitənin katibi humanitar yardımın satışından əldə
olunan vəsaitin depozitləşdirilib saxlanıldığı
Milli Bankın işçisi təyin olunur.
2.3. Qarşılıqlı
Balans Fondu vəsaitlərinin istifadəsi
barədə olan hər bir təklif
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası və Səfirliklə razılaşdırılmalıdır. Fondun cari hesabda
olan vəsaitləri yalnız Səfirliyin razılığı ilə
istifadə olunur.
2.4. Qarşılıqlı
Balans Fondu gəlir əldə edilməsi üçün
istifadə edilə bilməz.
Bakı
şəhərində 14 aprel
1999-cu ildə tərtib
edilib.
Azərbaycan Respublikası
Hökuməti adından İtaliya Respublikası səfirliyi adından İtaliyanın Azərbaycandakı
səfiri Alessandro FALLAVOLLİTA
Baş Nazirin müavini,
Beynəlxalq Humanitar Yardım
üzrə
Respublika
Komissiyasının Əli
HƏSƏNOV
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2373-2376.