"Azərbaycan Respublikası Hökuməti Türkmənistan Hökuməti arasında" vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Azərbaycan Respublikası Hökuməti Türkmənistan Hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında" 1999-cu il avqustun 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 24 mart 2000-ci il

¹ 841-IQ

 

 

 

Azərbaycan Respublikası Hökuməti Türkmənistan Hökuməti arasında vətəndaşların qarşılıqlı gediş-gəlişi haqqında

 

Saziş

 

 Bundan sonra «Tərəflər» adlanacaq Azərbaycan Respublikası Hökuməti Türkmənistan Hökuməti,

iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədi ilə,

 siyasi, iqtisadi, ticarət, elmi-texniki mədəni əlaqələri möhkəmləndirməyə çalışaraq,

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 Maddə 1

 

  Bir Tərəfin dövlətinin vətəndaşları bu Sazişə 1-ci 2-ci Əlavələrdə sadalanan etibarlı sənədlərə nəzərdə tutulan şərtlərə uyğun olaraq, digər Tərəfin dövlətinin ərazisinə gəlib, gedib, orada qala bilər oradan tranzitlə keçə bilərlər.

 

Maddə 2

 

  1. Etibarlı diplomatik xidməti pasportların sahibləri olan hər bir Tərəfin dövlətinin vətəndaşları sərhədi keçdiyi vaxtdan etibarən 30 gün müddətinə müvafiq olaraq digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil olur, çıxır, həmçinin tranzit yolla digər Tərəfin dövlətinin ərazisindən keçirlər.

 2. Bu maddənin 1-ci bəndində göstərilən Tərəflərin vətəndaşlarının o biri tərəfin ərazisində 30 gündən çox qalmaq məqsədi olduğu halda, vizanın alınması üçün vətəndaşları olduqları Tərəfin diplomatik nümayəndəliyinin ya konsulluq idarəsinin yazılı şəkildə müraciəti olmalıdır.

 

Maddə 3

 

 1. Etibarlı diplomatik ya xidməti pasportların sahibləri olan öz diplomatik nümayəndəlikləri konsulluq idarələrinin, rəsmi nümayəndəliklərin, habelə digər Tərəfin dövlətinin ərazisində yerləşən beynəlxalq təşkilatların əməkdaşları olan bir Tərəfin dövlətinin vətəndaşları bütün müddəti ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, çıxa orada qala bilər.

 2. Bu maddənin 1-ci bəndinin müddəaları, eyni zamanda, göstərilən vətəndaşların rəsmi səfər müddətində onlarla birlikdə yaşayan ailə üzvlərinə aid edilir.

 3. Bu maddənin 1-ci 2-ci bəndlərində göstərilən şəxslər olduqları dövlətin Xarici İşlər Nazirliyinin müvafiq akkreditəsinə malik olmalıdırlar.

 

 

 

Maddə 4

 

 Bu Sazişin 1-ci 2-ci Əlavələrində sadalanan sənədlər üzrə vizasız daxil olma qaydası aşağıdakılar üçün nəzərdə tutulur:

 a) etibarlı milli pasportlarda əsas bəyannamədə (uçuş tapşırığı) qeydin olduğu halda, mülki aviasiya hava gəmisi ekipajının üzvləri;

 b) etibarlı dənizçi pasportları gəmidə işləmək qeydiyyatı ondan çıxarış qeydi olduğu halda dəniz çay gəmiləri ekipajının üzvləri;

 v) etibarlı milli pasportların hər bir marşrut üçün təsdiq edilən adlar siyahısı, marşrut cədvəli olduğu halda qatar, refrejerator dəmir yolu lokomotiv briqadalarının işçiləri;

 q) etibarlı milli pasportların Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən müvafiq sənədlərin olduğu halda feldyeger xidməti (hökumət feldyeger əlaqəsi) işçiləri.

 

 Maddə 5

 

  Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətindən viza almaq üçün onun diplomatik nümayəndəlik konsulluq idarələrinə qəbul edən dövlətin müvafiq hüquqi fiziki şəxslərindən alınmış bu dövlətin qanunvericiliyinə uyğun olaraq hazırlanmış dəvətnamələri, bu Sazişdə göstərilən müstəsna halları çıxmaq şərti ilə təqdim etməlidirlər.

 

 Maddə 6

 

  Tərəflərdən hər biri digər Tərəfin dövlətinin turizm xətti ilə səfər edən vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirmək qaydasını tətbiq edəcəkdir.

Sadələşdirmə mexanizmini Tərəflər diplomatik kanallarla nota mübadiləsi vasitəsilə razılaşdıracaqdır.

 

 

Maddə 7

 

 Təxirəsalınmaz humanitar xarakterli hallarda Tərəflərin vəkil edilmiş orqanları, ailənin ağır xəstə olan üzvünə ya yaxın qohumuna baş çəkmək məqsədi ilə ailə üzvünün ya yaxın qohumunun dəfnində iştirak etmək üçün gələn şəxslərə, Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən təsdiqedici sənədi təqdim etdikdə 24 saat ərzində pulsuz viza verəcəkdir.

 

Maddə 8

 

  Tərəflər qarşılıqlı olaraq viza verilməsi üçün konsulluq rüsumunun güzəştli tariflərini aşağıdakı şəxslər üçün tətbiq edəcəklər:

 elm, texnika, təhsil, mədəniyyət, incəsənət idman sahələrində mübadilə qaydası üzrə Tərəflərin bağladıqları müqavilə sazişlərə uyğun olaraq gələn şəxslər;

dəfn yerini təsdiq edən sənədin olduğu halda (7 günə qədər ildə bir dəfədən artıq olmayaraq) yaxın qohumlarının qəbirlərinə baş çəkən şəxslər.

 

 

Maddə 9

 

  Tərəflərin vəkil edilmiş orqanları qəbul edən dövlətin ərazisində daimi qeydiyyatla yaşayan yaxın qohumları olan şəxslərə, həmin qohumlardan müvafiq dövlətin qanunvericiliyinə uyğun təsdiq edilmiş dəvətnamələri təqdim etdikdə, bir il ərzində etibarlı olan çoxtərəfli vizalar verəcəklər.

 

Maddə 10

 

  Konsulluq rüsumlarının tarifləri, qarşılıqlı şərtlər daxilində, diplomatik kanallarla nota mübadiləsi vasitəsi ilə təyin ediləcəkdir.

 

 

Maddə 11

 

  Viza verilməsi üçün konsulluq rüsumu bir Tərəfin dövlətinin ərazisindəki dövlət təhsil müəssisələrində təhsil alan digər Tərəfin dövlətinin vətəndaşlarından tutulmayacaqdır.

 

 

Maddə 12

 

 Bu Sazişin tətbiq edildiyi hər iki Tərəfin dövlətinin vətəndaşları Tərəflərdən birinin ərazisinə dövlət sərhədini keçmək üçün zəruri olan rəsmiyyətlərə əməl etməklə, beynəlxalq nəqliyyat üçün müəyyən edilmiş məntəqələrdən gəlib, gedib, tranzitlə keçə bilərlər.

 

Maddə 13

 

  1. Hər bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin ərazisində olduqları vaxt bu Tərəfin qanun qaydalarına, o cümlədən xarici vətəndaşlar üçün müəyyənləşdirilmiş qeydiyyat, daxil olma hərəkət qaydalarına əməl etməlidirlər.

 2. Bu Sazişdə göstərilənlər digər Tərəfin dövlətinin ərazilərində olmaları arzuolunmaz sayılan vətəndaşların daxil olmasına etiraz etmək ya qalma müddətini məhdudlaşdırmaq üçün müvafiq Tərəfin hüquqlarına toxunmur. Tərəflərdən hər biri şərtsiz olaraq istənilən vaxt dövləti müəyyən müddətdən əvvəl tərk etməli olan oradan çıxarılan öz vətəndaşlarını qəbul etməlidir.

 

Maddə 14

 

  Müstəsna hallarda (milli təhlükəsizlik, ictimai qayda-qanun ya vətəndaşların sağlamlığı üçün təhlükə yarandıqda, o cümlədən epidemiya, bədbəxt hadisələr olduqda) Tərəflər bu Sazişin qüvvəsini müvəqqəti, tam ya qismən dayandıra bilərlər. Bu Sazişin qüvvəsinin dayandırıldığı, həm onun yenidən qüvvəyə minməsi halında, Tərəflər imkan daxilində qabaqcadan, qərar qəbul edildiyi andan etibarən 24 saatdan gec olmayaraq, bu barədə diplomatik kanallarla bir-birinə xəbər verəcəklər.

 

 Maddə 15

 

 

 Tərəflərin xarici işlər nazirlikləri diplomatik kanallarla bu Sazişin qüvvəsinin tətbiq edildiyi sənədlərin nümunələrini mübadilə edəcəklər.

 Tərəflər bu maddədə qeyd edilən yeni sənədləri tətbiq etdikdə, onların qüvvəyə minməsindən ən azı 1 (bir) ay əvvəl diplomatik kanallarla bu sənədlərin nümunələrini mübadilə edirlər.

 

 Maddə 16

 

  Bu Sazişə Tərəflərin razılığına əsasən bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollar vasitəsilə rəsmiləşdirilən dəyişiklik əlavələr edilə bilər onlar bu Sazişin 18-ci maddəsinin müddəalarına əsasən qüvvəyə minəcəkdir.

 

Maddə 17

 

 Tərəflər, razılıq əldə olunmamışdırsa, zəruri olduğu halda, sazişin yerinə yetirilməsini təhlil etmək onunla bağlı məsələləri müzakirə etmək üçün növbə ilə Bakıda Aşqabatda məsləhətləşmələr keçirəcəklər.

 Bu Sazişin yerinə yetirilməsi ya onun müddəalarının tətbiqi zamanı meydana çıxan bütün fikir ayrılıqları mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr ya danışıqlar yolu ilə həll ediləcəkdir.

 

Maddə 18

 

 Bu Saziş imzalandığı gündən tətbiq edilir, Tərəflərin dövlətdaxili qaydaları yerinə yetirməsini bildirən axırıncı yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir bir Tərəfin digər Tərəfdən, bu Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə rəsmi bildiriş alması tarixindən etibarən 30 gün müddətinə qüvvədə qalır.

 Bakı şəhərində 3 avqust 1999-cu il tarixində Azərbaycan, türkmən rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

 Bu Sazişin müddəalarının təfsiri məqsədləri üçün rus dilindəki mətndən istifadə olunacaqdır.

 

 Azərbaycan Respublikası Hökuməti                                                        Türkmənistan Hökuməti

 

                      adından                                                                                                      adından

 

 

 

       (imza)                                                                                                             (imza)

 

 

 

  Azərbaycan Respublikası Hökuməti Türkmənistan

Hökuməti arasında vətəndaşların qarşılıqlı

gediş-gəlişi haqqında Sazişə

 1-ci Əlavə

 

 

Azərbaycan Respublikası vətəndaşlarının Türkmənistan ərazisinə daxil olması, çıxması hərəkət etməsi üçün sənədlərin

siyahısı

 

 

 1. Azərbaycan Respublikasının diplomatik pasportu;

 2. Azərbaycan Respublikasının xidməti pasportu;

 3. Azərbaycan Respublikasının vətəndaşının ümumi xarici pasportu;

 4. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qeydi yazısı olan keçmiş SSRİ pasportu nümunəli ümumi xarici vətəndaş pasportu;

 5. Hava gəmisinin ekipaj üzvlərinin ümumi şəhadətnamələri (ekipaj heyətində olduqları vaxt);

 6. Dənizçi vəsiqəsi;

 7. Hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyətini təsdiq edən vəsiqə;

 8. Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə (yalnız Azərbaycan Respublikasına qayıtmaq üçün).

 

 Azərbaycan Respublikası Hökuməti Türkmənistan

Hökuməti arasında vətəndaşların qarşılıqlı

 gediş-gəlişi haqqında Sazişə

 2-ci Əlavə

 

Türkmənistan vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə daxil olması, çıxması hərəkət etməsi üçün sənədlərin

siyahısı

 

  1. Türkmənistanın diplomatik pasportu;

 2. Türkmənistanın xidməti pasportu;

 3. Türkmənistan vətəndaşının pasportu;

 4. Türkmənistan vətəndaşlığı haqqında qeydi yazısı olan keçmiş SSRİ pasportu nümunəli ümumi xarici vətəndaş pasportu;

 5. Hava gəmisinin ekipaj üzvlərinin ümumi şəhadətnamələri (ekipaj heyətində olduqları vaxt);

 6. Dənizçi pasportu;

 7. Hökumətlərarası feldyeger xidməti əməkdaşının şəxsiyyətini təsdiq edən vəsiqə;

 8. Türkmənistana qayıtmaq haqqında şəhadətnamə (yalnız Türkmənistana qayıtmaq üçün).

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2385-2390.