“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

 

“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan respublikası tərəfindən səlahiyyətli orqan təyin edilsin.[1]

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya” ilə təsis olunmuş Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya Komitəsində Azərbaycan Respublikasını təmsil etsin.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında ali təhsil sistemi və ali təhsil ixtisaslarına dair ətraflı məlumatların həmin Konvensiyanın tərəfləri olan digər dövlətlərin müvafiq orqanlarına çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-3-cü bəndləri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə verilmiş səlahiyyətlər barədə Avropa Şurasının Baş katibinə və Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət məsələləri üzrə Baş direktoruna (Konvensiyanın depozitariyalarına) müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 6 mart 2000-ci il

 

                 ¹ 346

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.1019-1020.