“Azərbaycan Respublikasının
rayon, şəhər, şəhərlərdə rayon
İcra hakimiyyəti başçılarının
aparatlarında sənədlərlə iş barədə Təlimat”ın
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
Fərmanının 7-ci bəndinə müvafiq olaraq Azərbaycan
Respublikasının rayon, şəhər, şəhər və
şəhər rayonlarında İcra hakimiyyəti
başçılarının aparatlarında sənədlərlə
işin müasir tələblərə uyğun olaraq
aparılmasını təşkil etmək məqsədi ilə
qərara alıram:
1. “Azərbaycan Respublikasının rayon, şəhər,
şəhərlərdə rayon icra hakimiyyəti
başçılarının aparatlarında sənədlərlə
iş barədə Təlimat” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Sərəncamın 1-ci bəndində göstərilən
Təlimatın müddəalarının yerinə yetirilməsinə
nəzarət Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinə həvalə
edilsin.[1]
3. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 25
yanvar tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası rayonlarının, şəhərlərinin
icra hakimiyyəti başçılarının
aparatlarında sənədlərlə iş barədə Təlimat”
qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 6 mart 2000-ci il
¹ 347
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.1020.